Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin 19 aprel 1991 – ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd
nümayəndəliyinin Yolaba kənd Tarix - Diyarşünaslıq muzeyi yaradılmışdır.
1992 – ci ildə may ayının 9 – da
ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponantlar işğal zonasında
qalmışdır. Məcburi köçkün düşəndən sonra Xocalı rayon Kosalar kənd
nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdır. O, vaxtdan
da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi Hacıkənd qəsəbəsində fəaliyyət
göstərir.
Kənd işğal olunmamışdan qabaq
muzeydə 800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini
əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları,
saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl
ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət
xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı.
İndi isə muzeydə vətənpərvərlik mövzusunda stentlərdən ibarət sərgilər və
Qarabağın qədim tarixini əks etdirən
çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən muzeyin veb səhifəsi yaradılmışdır. Muzey haqqında məlumat almaq və muzeyin eksponantlarından bəziləri ilə virtual tanışlıq üçün http://yalobaktdm.blogspot.com/ ünvanına daxil ola bilərsiniz.
Qalib Bəyməmmədoğlu.