MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU

 Rayon Mədəniyyət evində Mili Mətbuat Günü qeyd olundu. Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Göyüş Həsənov açıq elan edərək mətbuat işçilərini təbrik etdi.
«Xocalının səsi» qəzetinin redaktoru məruzə ilə çıxış edərək Mili Mətbuatımızın tarixindən və rayon qəzetinin gördüyü işlər haqqında ətraflı məlumat verdi.
TŞ-nin əməkdaşı Nəcəf Həsənov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyev, qəzetin məsul katibi Mahirə İspiqızı, «Qarabağa aparan yol» qəzetinin baş redaktoru Əli Mahmud, xəstəxananın baş həkimi Məmməd Nağıyev, İH başçısının müavini Lamiə Qarayeva çıxış edərək mətbuat işçilərini təbrik etdilər.
İH başçısının müavini Lamiə Qarayeva qəzetin əməkdaşlarını qəbul etdi. Qəbul zamanı qəzetin ilik abunə haqqının 5 manat olmasının çox az olması qeyd olundu. Əməkdaşların əmək haqqı alması üçün abunə haqqının artırılması məsələsinə toxunuldu.

Tədbir konsert proqramı ilə başa çatdı.

Yorum Gönder

Daha yeni Daha eski