10 sentyabr 2014-cü il tarixdə Xocalı rayon təhsil işçilərinin sentyabr konfransında RTŞ-nin müdiri Ş.S.Əliyevin "2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda MƏRUZƏSİ


Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından keçən 23 il ərzində bütün sahələrdə olduğu kimi təhsil sahəsində nəzərə çarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə hesab edən ümummilli liderimiz Heydər Əliyevin apardığı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində nail olunmuşdur. "Neft kapitalını insan kapitalına çevirməliyik" vəzifəsini qarşıya qoyan İlham Əliyev cənablarının bütün sahələrdə olduğu kimi təhsil sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. 2003- illə müqayisədə 2014- ildə ölkəmizin dövlət büdcəsi 14 dəfə, minimum əmək haqqı 18 dəfə, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər 9 dəfə, təhsilin maliyyələşdirilməsi investisiya qoyuluşu 47 dəfə, təhsil işçilərinin orta aylıq əmək haqqı 8 dəfə artmışdır. 2003- ildən sonra təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqram layihələrin sayı 25-dir. 2003-2014- illərdə ölkə üzrə 3000-ə yaxın yeni məktəb əlavə korpuslar tikilmişdir.
Məlumat üçün bildiririk ki, 2013-2014- tədris ilinin əvvəlindən etibarən Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 ibtidai məktəb 1 UYM Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 7 bölgədə (Bakı ş, Gəncə ş, Bərdə ş, Şəki ş, Hacıkənd qəsəbəsi, Oğuz rayonu, Goranboy rayonu) fəaliyyət göstərir. Bu təhsil müəssisələrindən altısı (Xocalı şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli kənd tam orta məktəbləri) "Qaçqın Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması" Dövlət Proqramlarına uyğun olaraq inşa olunmuş yeni müasir tipli məktəb binalarında fəaliyyət göstərirlər. Rayonun 3 məktəbi - Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəbləri yaxın gələcəkdə göstərilən proqram çərçivəsində Hacıkənddə məskunlaşmış rayon əhalisi üçün yeni salınan qəsəbədə tikilmiş müasir tipli məktəb binasında öz fəaliyyətlərini davam etdirəcəklər. Bununla da yeni tədris ilində rayonun 13 ümumtəhsil müəssisəsindən 9-u müasir tipli binalarda fəaliyyət göstərəcəklər.
2013-2014- tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1392 nəfər (onlardan 16 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşlar) şagirdin təlim-tərbiyəsi ilə 272 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM- 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur. Tədris ili ərzində 36 nəfər şagird respublikanın məktəblərinə getmiş, 33 nəfər respublika məktəblərindən rayonumuzun məktəblərinə gəlmişlər. 15 iyul 2014- il vəziyyətinə məktəblərimizdə 1281 nəfər şagird yuxarı sinfə keçmişdir.
Rayonda fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsində həyata keçirilən pedaqoci proses RTŞ-nin diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir.
2013-2014- tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 113 nəfər şagird olmuş, dərs ili ərzində IX siniflərdən 3 nəfər şagird respublikanın təhsil müəssisələrinə getmiş, 2 nəfər respublikanın təhsil müəssisələrindən IX siniflərə gəlmişdir. Dərs ilinin sonunda IX siniflər üzrə 112 nəfər buraxılış imtahanlarına buraxılmış hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin IX sinifləri üzrə mənimsəmə faizi 65% olmuşdur.
2013-2014- tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin XI sinifləri üzrə 97 nəfər şagird olmuş, dərs ili ərzində 4 nəfər respublikanın təhsil müəssisələrindən XI siniflərə gəlmişdir. XI siniflərdən gedən şagird olmamışdır. Dərs ilinin sonunda XI siniflər üzrə 1 nəfər imtahanlardan azad olunmuş, 100 nəfər buraxılış imtahanlarına buraxılmış hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə mənimsəmə faizi 80% olmuşdur.
2014- il məzunlarından 1 nəfəriKosalar kənd tam orta məktəbin məzunu Quliyev Babək Sərvər oğlu ali məktəbə qəbul imtahanında 578 bal toplamışdır.
2014-2015-ci dərs ilində Təhsil Nazirinin əmrinə uyğun olaraq Xocalı şəhər 1 saylı, 4 saylı , Yaloba , Meşəli, Kosalar Başkənd kənd tam orta məktəblərin II, III, IV siniflərində pilot olaraq şahmat fənni tədris olunacaqdır. 15 sentyabr 2013- il tarixdə məktəblərimizin I sinif şagirdlərinə H.Əliyev Fondu tərəfindən verilən məktəbli çanta dəstləri məktəbli kostyumları paylanmışdır.
Yerli büdcə vəsaiti hesabına tələbata uyğun olaraq lazımi inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları s. alınaraq məktəblərə çatdırılmış, 2013- ilin yay dövründə 5000 manatlıq cari təmir xərci hesabına rayonun təhsil müəssisələrinin hamısında təmir işləri aparılmışdır.
Xocalı şəhər 1 saylı tam orta məktəbin komandası "Şahin" hərbi idman oyunlarının zona mərhələsində, Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası "Cəsurlar" yarışının zona mərhələsində fəal iştirak etmişlər. İl çərçivəsində rayonumuzun məktəbliləri bir sıra idman yarışlarında fəallıq göstərmişlər. Bu işdə Xocalı rayon Gənclər İdman İdarəsinin gördüyü işlər xüsusilə təqdirə layiqdir
Xocalı rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə 2013- ilin 2014- ilin yay dövründə bir qrup şagirdin Şəki , Nabran Göy-göl rayonlarında yay istirahətləri təşkil olunmuşdur.
Ümumilli lider H.Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsinin respublika mərhələsində iştirak edən Xocalı şəhər 4 saylı tam orta məktəbinin IX sinif şagirdi Bəhramlı İradə Fəxri qızı I yerə layiq görülmüşdür.
2014- ilin may ayında Xocalı rayon Gənclər İdman İdarəsi ilə birlikdə Ulu Öndər H.Əliyevin ad günü münasibətilə futbol yarışı şən startlar idman yarışı keçirilmişdir. İl ərzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri H.Əliyev mərkəzlərində təşkil olunan dərslərdə iştirak etmişlər. Bu, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsində müstəsna rol oynamışdır.
I sinif şagirdləri üçün H.Əliyev Fondunun verdiyi 145 ədəd məktəbli çanta dəstləri I-IV sinif şagirdləri üçün Dövlət Qaçqınkomun verdiyi 425 ədəd məktəbli kostyumları məktəblərə çatdırılmış 15 sentyabr 2014- il tarixdə şagirdlərə paylanacaqdır.
Məktəblərimizin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş yeni dərs ilinə hazırlıq işləri başa çatdırılmışdır.
Qarşıdan yeni 2014-2015-ci tədris ili gəlir. Bu il ümumtəhsil məktəblərimizdə fəal təlim metodlarının tətbiqi üzrə səmərəli sistemi yaradılmalı, bu sahədə respublikada toplanmış təcrübə öyrənilməli, fəal təlim metodları ilə fəaliyyətin hər bir müəllim tərəfindən əsas vəzifə, normativ kimi qəbul edilməsinə nail olunmalıdır.
Təhsil Nazirinin 07.08.2007-ci il tarixli 953 saylı uyğun olaraq 2014-2015-ci   tədris ilində sonrakı illərdə şagirdlərin dərslərə məktəbli formalarında gəlməsi işi diqqət mərkəzində saxlanılmalıdır.
Ölkəmizdə aparılan uğurlu məqsədyönlü siyasət nəticəsində son illərdə Azərbaycan təhsilində, eləcə Xocalı təhsilində nəzərəçarpan irəliləyişlər olmuşdur. Mən Xocalı rayonunun təhsil işçiləri adından Azərbaycan Respublikasının Təhsil Nazirliyini, Xocalı rayon İcra Hakimiyyətinin Başçısını eləcə ictimaiyyətimizi əmin edirəm ki, rayonumuzun təhsil işçiləri bundan sonra da heç bir çətinlikdən qorxmadan gerilikləri, nöqsanları vaxtında aradan qaldıracaq, öz işlərini günün tələbləri səviyyəsində, gənc nəslin təlim-tərbiyəsi işini müstəqil respublikamızın inkişafına uyğun şəkildə, təhsilimizin himayədarı olmuş ümummilli liderimiz H.Əliyevin ideyalarına uyğun şəkildə quracaq, yeni dərs ilində qarşıya qoyulan vəzifələr diqqətlə həyata keçiriləcəkdir.




Yorum Gönder

Daha yeni Daha eski