Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QARAKƏND FACİƏSİ ( 20 NOYABR 1991 - Cİ İL)

            Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd səmasında bort nömrəsi 712 olan Mİ - 8 hərbi vertolyot vuruldu. Vertolyotda Rusiya və Qazaxıstanın müşahidə komissiyasının üzvləri, Azərbaycanın hərbi və dövlət xadimləri uçurdu, 22 nəfər həlak oldu. 2 saat sonra qəzaya yerinə gələn hərbiçilərin tələsik yoxlamasından məlum olub ki, burada onlaradan əvvəl kimsə olub. Hərbiçilərə məxsus 12 tapança yoxa çıxıb. Qəza yerinə Azərbayacanın hökümət adamları vaxtında çata bilmədilər.           
             Vertolyotun qırıqları içində tapılan " Qara yeşik" Azərabaycanın 12 nümayəndəsinin ayıq nəzərləri altında SSRİ MK -nin müvafiq idarəsində açılıb. Nəticə: lent yanıb külə döndüyündən ekspertiza üçün yararlı deyil. Ekspertlərin müəyyənləşdirə bildikləri yeganə şey ondan ibarətdir ki, vertolyotun qabaq şüşəsində və örtüyü boyunca güllə yerləri aşkar edilib. Nazirə bu məlumat çatdırıldıqdan sonra, vertolyotu "hərb itki" siyahısına salıblar.
             20 noyabr 1991 - ci  il Qarakənd səmasında vurulan vertolyotda Azərbayacanın görkəmli siyasi xadimləri, ziyalı oğlanları şəhid oldu. 
             Tofiq İsmayılov - Dövlət katibi, Məhəmməd Əsədov - Dövlət müşaviri, İsmət Qayıbov - Baş prokuror, Zülfü Hacıyev - Baş nazirin müavini, Qurban Namazəliyev - Nazir müavini, Vəli Məmmədov - Xalq deputatı, Vaqif Cəfərov - İcra başçısı, Osman Mirzəyev - Prezident aparatının şöbə müdiri, Alı Mustafayev - Jurnalist, Fəxrəddin Şahbazov - Operator, Arif Hüseynzadə...
             Qəzanın "müəllifləri" aşkar edilməyib. Maraqlı olan  başqa cəhətdir. Hadisə ərəfəsində Mütəllibovla Ter - Petrosyan arasında telofon söhbəti olub, söhbətdə onlar Dağlıq Qarabağda sülh yaradılması yolları haqqında danışıblar. Mİ - 8 vertolyotunun vurulması sülhə olan bütün ümidlərin üstündən xətt çəkdi. 21 noyabrda yeni mitinq dalğası qalxdı. Müxalifətin əsas tələbi bu idi ki, parlament, prezident şurası buraxılısın, koalisyon hökümət yaradılsın, Ali Sovetə yeni  seçkilər keçirilsin. Mütəllibovun istefası şüarı da gur səslənirdi.
             Bu andan etibarən  Rusiya ovqatında köklənən prezidentin iflası başladı. Ancaq Ayaz Mütəllibovun istefasının baş tutması üçün Qarabağ torpağında hərbi uğursuzluqlar seriyası baş tutmalı idi. Nəhayət, Xocalı faciəsi olmalıydı.
                                                                                Video məlumat

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi