Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ANCEY KASPŞİK ERMƏNİLƏRİN YALANINI İFŞA ETDİ


ATƏT nümayəndəsi helikopterin düşdüyü əraziyə getmədiklərini açıqladı: «Azərbaycan tərəfi bu əraziyə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini dedi»
 Rəsmi Bakı ATƏT missiyasına noyabrın 12- Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş ermənilərə məxsus Mi-24 hərbi helikopterinin düşdüyü yerə getmək icazəsi verməyib. APA-nın «Armenia Today»ə istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik Xankəndidə televiziyaya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ərazidə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nəzərə çatdırıb: «İstənilən monitorinq əvvəlcədən planlaşdırılır. Bu səbəbdən monitorinqlər öncəsi hazırlıq işləri aparılır. Növbəti monitorinqin keçirilməsi üçün müraciətimiz helikopterin vurulmasından öncə olub. Təbii ki, biz helikopterin düşdüyü yerdə monitorinq keçirmək istədik. Amma mənim Azərbaycandakı həmkarım bildirdi ki, bu ərazidə vəziyyət çox gərgindir, fəaliyyət göstərməyimiz üçün təhlükəsizliyimizə təminat yoxdur. Ona görə monitorinqi plan üzrə keçirmək qərarma gəldik. Çalışıram ki, helikopterə tezliklə baxış keçirə bilək».
Qeyd edək ki, dünən A.Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.
Xatırladaq ki, «HRİA Novosti» agentliyi ATƏT-in kommunikasiya media ilə əlaqələr şöbəsinin əməkdaşı Mersiya Çauşeviç-Podziçə istinadən A.Kaspşikin helikopterin düşdüyü əraziyə baş çəkməsi ilə bağlı xəbər yayıb.
Lakin həm Mersiya Çauşeviç-Podziç bu xəbəri təkzib edib. O, APA-ya deyib ki, səfir Ancey Kaspşik helikopter vurulan yerdə olmayıb. ATƏT nümayəndəsi belə bir məlumat yaymadıqlarını bildirib: «Biz demişik ki, səfir Kaspşik regionun helikopter vurulan ərazisində olub. Heç vaxt deməmişik ki, o, məhz helikopterin düşdüyü yerdə olub. Biz bütün məlumatlarımızı həmişə öz saytımızda yerləşdiririk».

«ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır, ermənilərin növbəti təxribatıdır». Bunu isə «Trend»in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Rusiya KİV-nin erməni mənbələrinə istinadən guya ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin qoşunların təmas xəttində monitorinq aparan zaman Azərbaycanın Ağdam rayonunda vurulmuş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə olması barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil: «Bu, ermənilərin əvvəlcədən planlaşdırdığı növbəti dəfə mətbuata sızdırdığı təxribat xarakterli yalandır. Monitorinq əvvəlcədən planlaşdırılmış ərazidə aparılıb ki, bu da helikopterin düşdüyü yerdən 20 km uzaqdadır».  
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi