Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Papa Fransisk: Rica edirəm, müharibələri dayandırın!

       Ənənəvi bazar ibadətində Papa I Fransisk xalqa müraciət edərək iyulun 28- I Dünya müharibəsinin başlamasının 100 illiyinin qeyd olunduğunu xatırladıb. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat katibliyindən xəbər verilib.
         "Bir halda ki biz bu faciəvi hadisələri xatırlayırıq, ümid edirəm, keçmiş səhvlər bir daha təkrarlanmayacaq, tarixin verdiyi dərs diqqətə alınacaq", - deyə pontifik bildirib. "Mənim fikirlərim daha çox üç böhran zonasına aiddir: Yaxın Şərq, İraq Ukrayna. Sizdən xahiş edirəm ki, mənə dualarımda dəstək olasınız. Ola bilsin, Tanrı bunları həmin regionlardakı insanlara hökumət nümayəndələrinə çatdırsın", - deyə Papa əlavə edib.
       O, çıxışına bu sözlərlə davam edib: "Qardaşlar bacılar, artıq müharibə lazım deyil! Mən ilk növbədə gələcəkdə gözəl həyat ümidlərindən məhrum edilmiş uşaqlar - ölü uşaqlar, yaralı uşaqlar, şikəst qalmış uşaqlar, yetim uşaqlar, müharibə qurbanına çevrilmiş uşaqlar, gülməyin olduğunu bilməyən uşaqlar barədə düşünürəm. Lütfən, dayanın! Mən bütün qəlbimlə sizdən rica edirəm, dayanmaq vaxtıdır! Dayanın, lütfən!".
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi