Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirildi.

          Bu gün Gəncə şəhər ərazisində qaçqınlar üçün salınmmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirildi. Xocalı rayon Kosalar kənd İcra Nümayəndəliyinin başçısı Şahid Rzayev tədbiri açıq elan etdi. Əvvəlcə Gəncə şəhərinin axundu Xocalı faciəsi və cəmi şəhidlərin ruhuna fatihə ayələri oxudu. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı faciəsi haqqında geniş məlumat verdi. Xocalı rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Ağayev  çıxışında faciənin analoqu olmayan soyqırım olduğunu qeyd etdi. Sonra söz şəhid ailələri adından Xocalı rayon Kosalar kənd sakini Zülfü Quliyevə verildi. O, çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə olan qayğısını diqqətə çatdırdı. Xocalı rayon Kosalar kənd tam orta məktəbinin fədakar müəllimi Səmayə Mirzəyeva geniş çıxış ederək Xocalı faciəsinin törədənlərinin cəzalandırılması üçün ölkə prezidenti Cənab İlham Əliyevin ətrafında birlik olmağımızın vacib olduğunu bildirdi.
          Tədbir məktəbli şagirdlərin və Gəncə Dram Teatrının incəsənət ustalarının hazırladığı  ədəbi - bədii kompazisiya ilə davam etdi. Sonra Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında nəşr olunmuş kitablardan və şagirdlərin faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxıldı. Anım mərasimi şəhidlərin ruhuna verilmiş ehsanla sona çatdı. 






Paylaşın:

MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM VƏ YAXUD 100 İLLİK HƏSRƏTƏ SON QOYULDU

Mən özüm Dərələyəz mahalından 1915-ci ildə qaçqın düşən İsmayılov Hətəm İsmayıl oğlunun oğluyam. Atam Dərələyəz mahalının canı kəndindəndir.
Atam Hətəm, əmilərim Alşan, Tahir, Vilayət 1915-ci ildə ata-baba yurdlarından didərgin (ermənilər tərəfindən) düşmüşlər. Demək olar ki, həmin ildən sonra bütün nəsilimiz cəlayi-vətən olaraq doğma yurdlarından çıxmış və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. Uzun illər apardığım axtarışlar heç bir nəticə vermirdi. Bu məsələ ilə əlaqədar ən yaxın dostum Qasım Qırxqızlıya müraciət etdim. Uzun axtarışlardan sonra əmim uşaqları Yaşar, Zahid, Kolya, əmim qızları Küşvarə, Dürdanə və Həqiqətin Şuşa rayonunun Malıbəyli kəndində yaşadıqları müəyyən olundu. Hazırda onların Abşeron rayonunun Novxanı kəndində məskunlaşdıqları da bilindi.
İllərlə çəkdiyim ağrı-acılara, həsrətə son qoyuldu. Allah ayrılıq həsrəti çəkənlərin hamısına belə xoş görüşləri qismət etsin.
İtirdiklərimi tapmaqda mənə yardımçı olan Qasım Qırxqızlıya və «Xocalının səsi» qəzetinə dərin, səmimi minnətdarlığımı bildirirəm. Beləliklə 100 illik həsrətimizə son qoyuldu.
                                                 Hörmətlə: Müzəfər İsmayılov.
                                                 Goranboy rayonu, Xoylu kəndi.
                                               
Paylaşın:

HEYDƏR ƏLIYEV FONDU XOCALI SOYQIRIMINI DÜNYAYA ÇATDIRIR



Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da Xocalı soyqırımı ilə əlaqədar dünya miqyaslı tədbirləri həyata keçirir. Mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan Mehriban xanımın rəhbərliyi ilə xarici ölkələrdə təşkil edilən bir çox tədbirlər Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.
Paylaşın:

XOCALI FACİƏSİ


      Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz.
                                                                                       Heydər ƏLİYEV.

            Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Bu vəhşilik insanlığa qara ləkədir. Xocalı faciəsi Azərbaycanın, Xocalının, Türk dünyasının qanlı faciəsidir. Bu faciə torpaq azarına tutulan ermənilərin Azərbaycan xalqına, bütün Türk dünyasına qənim kəsilən nadanlığı və vəhşiliyidir. Bu vəhşilik heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir.
1993-cü ilə qədər Xocalı faciəsi başıpozuq rəhbərlərin ucbatından özünün həqiqi qiymətini ala bilməmişdi. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra “Xocalı soyqırımı” əsil qiymətini aldı. Bu isə onu sübut etdi ki, Heydər Əliyev Xocalı ağrıları ilə yaşayan dahi siyasətçidir.
           Dünya siyasətinin yenilməz lideri Heydər Əliyev Xocalı faciəsini araşdırdı, ildönümləri, mərasimləri lazımi qaydada yerinə yetirmək üçün hazırlıq komissiyaları yaradıldı və lazımınca qeyd olundu. Qarabağ müharibəsində qəhrəmanlıq göstərən xocalılar aydınlaşdırıldı, günahkarlar müəyyən edildi.
           Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi:
           – Əziz həmvətənlərim!
           Xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən üç il keçir. Xaricdəki imperialist qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağılasığmaz qəddarlıq, erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı.
           Bu ağır faciənin baş verməsinə respublikanın daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeləri Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır.
           Milli varlığımıza və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.
          Bu milli hüzn günündə də Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və tam müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir.
          Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, xalqımıza başsağlığı verirəm.
         Allah bütün şəhidlərimizə rəhmət eləsin.
         Heydər Əliyev,

         Azərbaycan Respublikasının Prezidenti.      
Paylaşın:

ERMƏNİ TƏCAVÜZÜNƏ SON QOYULMALIDIR.

   
        Ermənistan silahlı qüvvələri 366-cı rus moto-atıcı alayının köməyi ilə qədim tarixə malik olan – Azərbaycanın qədim yaşayış məskəni Xocalını yer üzündən sildilər. Bu qanlı cinayət XX əsrdə beynəlxalq terrorizmin mülki əhaliyə qarşı törətdiyi ən müdhiş cinayətlərdən biri idi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinin mülki əhalisinin kütləvi qırılması 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdi. Ermənilərin Xocalıda törətdikləri cinayətlərin heç bir hüquqi əsası yoxdur. Onlar bir çox dövlətlərə arxalanaraq Xocalıda soyqırım aktını törətdilər. Bu qara ləkə tarixin yaddaşından heç bir zaman silinməyəcəkdir.
        Xocalı faciəsinin iştirakçısı, erməni Daud Xeyriyanın kitabından: “... martın ikisində meyitlərin yandırılması ilə məşğul olan erməni “Qaflan” qrupu yüzdən artıq azərbaycanlı meyiti yığdı və Xocalıdan təxminən bir kilometr qərbdə yandırdı... Sonuncu maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm, aclığa, soyuğa, aldığı yaralara baxmayaraq bu sir-sifəti göyərmiş uşaq hələ sağ idi. O, yalnız nəfəs alırdı. Tezliklə Tiqranyan adlı əsgər bu hərəkətsiz qızı götürüb meyitlərin üstünə tulladı... Sonra onlara od vurdular”.
       Bax budur erməni vandalizmi, erməni vəhşiliyi və insanlığa düşmən kəsilməyi!
Xocalı soyqırımı planlı, düşünülmüş və ardıcıl şəkildə həyata keçirilmişdir.
Dünya birlikləri hər bir insanın yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüququnu tanıyır, işgəncə və qeyri-insani davranışı pisləyir. Təəssüflər olsun ki, 1988-ci ildən bu günə kimi ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayətlər hələ də cəzasız qalır. Daha doğrusu dünya liderləri bu haqsızlığa, bu ədalətsizliyə göz yumur, Azərbaycanın haqq və ədalət işini nəzərə almırlar. Belə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qərarlar bu günə kimi icrasız qalır.
       Əgər dünya belə ədalətsizliyə qarşı göz yumursa Xocalı faciəsi kimi faciə hər bir ölkənin vətəndaşının başına gələ bilər.
       Azərbaycanın haqq işi tanınmalı, törədilən soyqırımlar hüquqi qiymətini almalı, cinayətkar ermənilər və ermənipərəst qüvvələr Beynəlxalq məhkəmələr tərəfindən mühakimə edilməlidirlər. Beləliklə də erməni təcavüzünə son qoulmalıdır.
      18 il ötməsinə baxmayaraq Xocalı dəhşətlərinin ağrı-acısı bu gün də Azərbaycan xalqının qəlbində yaşayır. Xocalılar dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. O günə qovuşmağımıza inanır, ümidimizi itirmirik.
                                                                                                        "Xocalının Səsi"
Paylaşın:

XOCALI - GÜLLƏLƏNMİŞ ŞƏHƏRİN GÜLLƏLƏNMİŞ SAKİNLƏRİ


      Xocalı faciəsi ağrı-acımız, tariximizin ibrət dərsidir bizə. Xocalı qırğını milli faciəmiz yox, milli yaddaşımız və tarixi dəyərimizdir. İnsan yarandığı gündən var-sərvət, torpaq uğrunda müharibələr etmiş, lakin Xocalıda törədilən qanlı faciələrin heç biri o müharibələrdə törədilməmişdir.
      1992-ci ilin 26 fevralı...
      Qarlı-çovğunlu qış gecəsi. Aylarla ocaqsız-odsuz, çörəksiz qalan xocalılar erməni qəsbkarları tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali çıxılmaz bir vəziyyətə düşmüşdü. Heç bir yandan kömək gəlmir, ərzaq qurtarıb, yollar isə hər tərəfdən bağlanıb. Aydın idi ki, Xocalı ölümə məhkum edilmişdi. Əgər o dövrdə Azərbaycana rəhbərlik edənlər istəsəydilər Xocalı qırğınının qarşısını alardılar. Lakin bunu etmədilər, nəticədə isə xocalılar amansız ölümə, ağır işgəncələrə məruz qaldılar.
Xocalıya dörd istiqamətdən hücum edilmişdi, ancaq Əsgəran tərəfdən adi bir patron belə atılmamışdı. Bu isə onu göstərir ki, Əsgəranda ona görə nisbi sakitlik yaratmışdılar ki, əhali Ağdama getmək üçün Əsgəran səmtə üz tutacaq. Erməni hərbi birləşmələri təpədən-dırnağa qədər silahlanaraq bütün yolları, keçidləri tutmuşdular. Məqsədləri də bu yollarda xocalıları kütləvi qırğına məruz qoyub, Azərbaycanda qorxu xofu yaratmaq idi. Türk dünyasına qənim kəsilən ermənilər uşağa, qadına, qocaya baxmadan xocalıları vəhşicəsinə güllələyirdilər. Ölümdən, girovluqdan yaxa qurtarmaq istəyənlərin az bir hissəsi Ağdama gəlib çıxa bilmişdi.
    Soyuq-şaxtalı qış gecəsi... Qar aman vermədən yağır. Dinc əhali qaçaraq Kətik meşəsinə üz tuturlar. Meşə yollarını qar basdığına görə pərən-pərən düşmüş əhali yol tapa bilmir, ayaqyalın, başıaçıq şaxtalı havada sutkalarla meşədə dolanmağa məcbur olur, düşmənin pusqusuna düşərək məhv edilirdilər. Əsir götürülənlərə aman verilmir, döyür, söyür, təhqir edir, saatlarla ayaqyalın qarın üstündə, saxlamaqdan həzz alırdılar. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin analoqu yer kürəsində əsrlər boyu aparılan qanlı müharibələrin heç birində baş verməmişdir.
   Görəsən nə etmişdi binəva xocalılar ermənilərə? Bu qəddar düşmənçilik hissi necə yaranmışdı insanlıqdan uzaq olan ermənilərdə?! İllərlə qonşuluq etdikləri, bir süfrədə çörək kəsdikləri, ən yaxın dostluq etdikləri adamlara belə rəhm etmirdilər. Zamanın başqa zaman olduğunu, deyərək ən yaxından tanıdıqları xocalıları özləri güllələyirdilər.
   Nə idi bu güllələnən körpələrin günahı, İlahi?! Onlardamı erməniyə güllə atmışdılar? Yox, əsla belə deyildir. Ermənilərin davası torpaq yox, nahaq, günahsız insanların qanını tökmək idi və məqsədlərinə də nail oldular.
  Xocalı faciəsindən sağ çıxanların çoxu aldığı ağır yaralardan, keçirdikləri sarsıntılardan, çəkdikləri əzab və əziyyətdən dünyalarını vaxtsız dəyişdilər. Sağ qalanların isə hamısı xəstə və zəlil olmuşlardır.
  Dünya niyə susur? Törədilən bu vəhşilikləri görmürlərmi? Görürlər, lakin nədənsə haqqı nahaqqın ayağına verir, işğalçı ilə işğala məruz qalanı bərabər tuturlar. Nə vaxt isə haqq öz yerini tapacaq, cinayətkar ermənilər dünyanın haqq divanı qarşısında cavab verəcəklər. Atalar demişkən: “Nahaq qan yerdə qalmaz”.
   Xocalı soyqırımı Azərbaycan xalqının əzm və dəyanətini qırmadı, əksinə onun mübarizə əhval-ruhiyyəsini daha da artırdı.
          Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Xocalı faciəsinin əsil mahiyyətini açıqladı və öz qiymətini aldı. Xalqımız inanır ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində biz torpaqlarımızı yağı tapdağından azad edəcək və doğma yurd-yuvamıza qayıdacağıq
Paylaşın:

TARİXİMİZİN DAŞ SALNAMƏLƏRİ - XOCALI: DAŞ YADDAŞIMIZ

Fürsət düşən kimi Qarabağda hakimiyyəti
ermənilərə verəcək və bunlar vasitəsilə Asiyada
xristian dövləti yaradacağımız barədə
erməni məliklərinə göstəriş vermişəm.

19 may, 1783-cü ildə knyaz Q.A.Potyomkinin
II Yekaterinaya məktubundan.


Xocalı şəhəri Xankəndi şəhərindən 10 km şimal şərqdə, Qarabağ (Qırxqız – 2827 m) dağ silsiləsindədir. Əhalisi üzümçülük, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurdu. 2 orta məktəb, 2 natamam orta məktəb, mədəniyyət evi, kitabxana, klub, tibb məntəqəsi var idi.
Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid Nekropol, Kurqan çölü və s. var. Miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy ilk mədəniyyət abidələri Xocalı kəndinin yaxınlığındadır.
Xocalı qəbiristanlıqları Xocalı kəndi ərazisində son tunc və ilk dəmir dövrünə aid (miladdan əvvəl XIII-VII əsrlər) arxeoloci abidə XIX əsrin sonunda aşkar edilmişdir: daş qutu və Kurqanlardan ibarətdir. Tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, Xocalı qəbiristanlığındakı beş növ Kurqanlar (qəbirlər) azərbaycanlılara məxsusdur.
Müxtəlif tipli saxsı qablar, silahlarqılınc, xəncər, nizə, ox ucluğu, balta, təbərzin, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhləri aşkar edilmişdir.
Qədim Qarabağın sakinlərinin qəbirüstü daşları bütün   Azərbaycan   üçün mühüm olan tipləri özündə saxlamışdır. Xocalıda səkkizguşəli kümbəzin yanında yonulmuş, böyük, sal daşlar var idi. Bu daşlar bayquş, yəhər və nəhrə formalıdırlar. Ancaq onların üzərində heç bir yazı yox idi. Bu da onu göstərir ki, hələ o zamanlar yazı meydana çıxmamışdı. Nehrə şəkilli daşlar qadının, yəhər şəkilli daşlar kişinin, bayquş şəkilli daşlar isə şər qüvvələrin nümunəsi kimi verilmişdir. Bəzi daşların üzərində  isə ərəb qrafikası ilə yazılara təsadüf olunurdu.
Xocalıda basdırılmış, sonradan üzə çıxmış tarixi əşyaların tayı-bərabəri yoxdur. Əqiq, qiymətli daş-qaş, muncuq, mixi xətt, mixi yazılar çar Adadnirarinin (Adadnirari Assur hökmdarı olub, miladdan əvvəl 807-788) adı ilə sıx bağlıdır. Bu daş yaddaşlar göstərir ki, Xocalı qədim şəhər olmaqla cənub,o cümlədən Asiya ölkələri ilə sıx əlaqədə olmuşdur. Qədim Xocalı qəbiristanlığının 11№-li Kurqanından tapılmış əqiq muncuğun üstündə Assuriya çarı Adadnirariyə aid mixi yazı, o cümlədən emal olunmuş saxsı qablar, pasta və şüşədən muncuqlar, qızıldan bəzək əşyaları, silindrik möhür və s. yerli əhalinin Yaxın Şərq ölkələri ilə  də sıx iqtisadi-mədəni əlaqələrini göstərir. Avropa, Asiya və Amerikada da Xocalı abidələrinin əks təsiri özünü göstərmişdir. Şərq və Qərb ölkələrinin tarixi bu mədəniyyətin dəst-xəttini özündə yaşatmışdır.
Əqiqdən hazırlanmış muncuğun üzərində Assur çarı Adadnirarinin adı yazılmışdır. Daş qutularda dəfnetmə adəti Azərbaycanda uzun müddət davam etmişdir. Buna görə də tədqiqatçılar həmin abidələri ilk dəmir dövrünə aid edirlər”. (Rəşid Göyüşov: “Azərbaycan arxeologiyasıBakı, 1986).
Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycan respublikasında Kiçik Qafqazın dağətəyi rayonlarında, Kür-Araz çayları arasında, Şərqi Gürcüstan və Ermənistanda son tunc və ilk dəmir dövrlərinə (m.ə. VIII-VII əsrlər) aid arxeoloci mədəniyyət, Xocalı-Gədəbəy rayonunda ilk dəfə tədqiq olunmuş abidələrin adı ilə adlandırılmışdır. Xocalı-Gədəbəy mədəniyyət abidələri, yaşayış yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazilərdə misəritmə kürələri (Mingəçevir), mis-tunc məmulatları hazırlayan emalatxana (Topal Həsənli) qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir.
Xocalı mədəniyyətinin son dövründə dəmir alət və silahlar, nizə, bıçaq, xəncər və s. meydana gəlmişdir. Əhali əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, sənətkarlıq və dulusçuluqla məşgul olub, oturaq həyat keçirmişlər. Qazıntılar zamanı tapılmış bəzi əşyalar bu ərazidə zərgərliyin də geniş inkişafına dəlalət edir. Xocalı-Gədəbəy mədəniyyəti onun əhalisinin Zaqafqaziyanın müasir xalqlarının uzaq əcdadları olmasını güman etməyə əsas verir.
Xocalı-Kurqan qəbirlərində daş qutu qəbirlərdə ölülər bükülü halda uzadılmış, bəzən oturdulmuş və ya yandırılmış vəziyyətdə dəfn edildiyi aşkar olunmuşdur.
Xocalıda daş qutu və küp qəbirlər də aşkara çıxarılmışdır. Bu qəbirlər antik və ilk orta əsr katakombaları dövrünü əhatə edir. Bu katakombalar quruluşca eynidir. Bunlar bir, bəzən isə iki kameralardan ibarət olub, əksəriyyətində cüt skeletlər aşkar olunmuşdur. Ölü qəbirə qoyulduqdan sonra (bu qəbirlərin hündürlüyü 0,9-1,7 m, eni 1,5-3 m, dərinliyi yer səthindən 3,5-3,6 m olublar) qəbirin ağzı daşla və ya kərpiclə hörülmüşdür. Belə küp qəbirlərə ən çox Azərbaycanda təsadüf olunur.
Xocalı abidələrinin bir qismini siklop (siklop yunancadan KUK-LORStəpəgöz deməkdir.) tikililər  təşkil edir. Həmin siklop tikililərin qalıqları əsasən Xocalı şəhərinin çayqırağı və yüksək sahələrində qazıntılar zamanı üzə çıxmışdır. Bəzən arakəsmələrdən ibarət, uzunluğu 17-18 metr, eni 8-10 metr olan bu cür tikililər bir neçə hissəyə bölünmüşdür. Bu tikililərin içərisində ərzaq saxlamaq üçün quyu qazılır, yaxud da təsərrüfat küpləri basdırılırdı. Divarları yonulmuş sal daşlardan olan belə tikililərin hündürlüyü 3-3,5 metrə çatırdı.
Siklop tikililərini tədqiq etmiş alimlərə məlum olmuşdur ki, bu abidələr əsasən m.ə. II minillikdə və I minilliyin əvvəllərində olmuşdur.
Xocalıda 5 №-li Kurqandan aşkar edilmiş gil qabın qulpu üzərində buğda dənələri təsvir edilmişdir. Tədqiqatlardan məlum olur ki, 3-4 min il bundan əvvəl qədim Qarabağın sakinləri əkinçiliklə məşğul olmuşlar.
Qədim Xocalı abidələrinin tədqiqi zamanı məlum olur ki, ağırlığı 10 tona qədər olan uzun daşlar (meqrellər) daha çox üstünlük təşkil edir. Xocalıda torpaqdan tökülmüş oval şəkilli, hündürlüyü 2 metrə qədər, diametri 12 metrdən çox olan Kurqanlar diqqəti daha çox cəlb edirdi. Bu Kurqanların bir neçəsi qum və daş qarışığından ibarət idi.
Xocalıdan tapılan qırxım qayçıları, ucu şiş itilənmiş bıçaqlar və s. metaldan hazırlanmış əşyalar onu göstərir ki, Xocalı Qafqaz Albaniyasında ən qədim yaşayış məskəni və hələ qədimdən dünyanın mədəniyyət mərkəzlərindən biri olmuşdur. Xocalıdan adi qazıntılar zamanı tapılan saxsı qabların sayı-hesabı yox idi.
Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinin üç inkişaf mərhələsini keçdiyini müəyyən etmişlər. İlk mərhələ m.ə. XIII-XI, ikinci mərhələ XI-IX, son mərhələ IX-VII əsrlərə aid edilir.
Xocalı abidələri Azərbaycan alimləri tərəfindən 1920-ci ildən tədqiq edilməyə başlanmışdır. Ə.Ələkbərov bu abidələr kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmışdır. Eyni zamanda bu abidələr alman arxeoloqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingilis F.Beyer, fransız A.Berce və başqaları tərəfindən tədqiq edilmiş, Xocalıdan əldə etdikləri tarixi əşyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeylərin eksponatlarını zənginləşdirmişdilər.

Əfsuslar olsun ki, Xocalının mədəni, tarixi tapıntıları dünya muzeylərini - Paris, Almaniya, London, Sankt-Peterburq bəzədiyi halda, bizim muzeylərdə bu əqiq tapıntılara az rast gəlinir. Sovet dövründə isə bu tapıntılar əsasən Ermənistana daşınıb aparılmışdır.
Paylaşın:

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV VƏ XOCALI FACİƏSİ

           Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar
bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz.
Heydər ƏLİYEV.

Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Bu vəhşilik insanlığa qara ləkədir. Xocalı faciəsi Azərbaycanın, Xocalının, Türk dünyasının qanlı faciəsidir. Bu faciə torpaq azarına tutulan ermənilərin Azərbaycan xalqına, bütün Türk dünyasına qənim kəsilən nadanlığı və vəhşiliyidir. Bu vəhşilik heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir.
1993-cü ilə qədər Xocalı faciəsi başıpozuq rəhbərlərin ucbatından özünün həqiqi qiymətini ala bilməmişdi. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonraXocalı soyqırımıəsil qiymətini aldı. Bu isə onu sübut etdi ki, Heydər Əliyev Xocalı ağrıları ilə yaşayan dahi siyasətçidir.
Dünya siyasətinin yenilməz lideri Heydər Əliyev Xocalı faciəsini araşdırdı, ildönümləri, mərasimləri lazımi qaydada yerinə yetirmək üçün hazırlıq komissiyaları yaradıldı və lazımınca qeyd olundu. Qarabağ müharibəsində qəhrəmanlıq göstərən xocalılar aydınlaşdırıldı, günahkarlar müəyyən edildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi:
Əziz həmvətənlərim!
Xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən üç il keçir. Xaricdəki imperialist qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağılasığmaz qəddarlıq, erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı.
Bu ağır faciənin baş verməsinə respublikanın daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeləri Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır.
Milli varlığımıza və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.
Bu milli hüzn günündə də Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və tam müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir.
Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, xalqımıza başsağlığı verirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


Paylaşın:

«XOCALIYA ƏDALƏT» KAMPANIYASI – «XOCALI SOYQIRIMI» ÖZ YERINI TAPACAQDIR


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam konfrans təşkilatının Dialoq Əməkdaşlıq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» kampaniyası geniş miqyaslı tədbirlər həyata keçirir.
Leyla Əliyeva: «Doğma torpaq uğrunda həlak olmuş hər bir Azərbaycanlı unudulmayacaqdır».
«Xocalı soyqırımı»nın dünya miqyasında öz yerini tapmaması Qafqaz bölgəsində sülhün bərqərar olmasına maneçilik törədən amillərdən ən başlıcasıdır. «Xocalıya ədalət» kampaniyasının gündən-günə genişlənməsi göstərir ki, Xocalıda törədilən soyqırım nə vaxt isə dünya miqyasında öz yerini tapacaq və layiqli qiymətini alacaqdır.
Paylaşın:

Gəncə şəhərində yeni salınan qəsəbədə məcburi köçkünlərə tibbi profilaktik müayinələr keçirilmişdir.

            Ölkə başçısının tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyinin əhalinin 02 fevral 2015 - ci il tarixindən 01.05.2015 - cil il tarixlərdə tibbi müayinələrdən keçirilməsi barədə sərancamının icrası qədim Gəncə şəhərində də uğurla davam edir.
            Fevral aynını 21 - də Xocalı soyqırımının 23 - cü ildönümü ərəfəsində Gəncə şəhərində yeni salınan qəsəbədə məskunlaşmış əsasən Xocalı rayonundan məcburi köçkünlərə və qəsəbənin əhalisinə tibbi profilaktik müayinələr keçirilmişdir. Müayinələr Xocalı rayon Kosalar kənd tam orta məktəbində aparılıb. Ümumilikdə 30 - yaxın həkim mütəxəssisin daxil olduğu biriqada gün ərzində qəsəbədə məskunlaşmış məcburi köçkünlərin tibbi müayinəsini həyata keçirdilər. Həkim mütəxxəssislər arasında terapevt, pediatr, cərrah, onkoloq, LOR həkim, mama-ginekoloq, kardioloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, infeksionist və uroloq var. Bundan başqa biriqadaya laborotoriya avadanlıqları ilə laborant, EKQ, 2 USM aparatı, qlükometr, səyyar rentgenoflüoqrafiya aparatı da daxildir. Tibbi müayinə zamanı aşkar olunan xəstələr aidiyyatı üzrə dərinləşdirilmiş müayinə və müalicə üçün Gəncənin xəstəxanalarına stasionarlara, lazım gələrsə Bakı şəhərinə göndəriləcəklər.






Paylaşın:

DÜŞMƏN ORDUDA ÖLÜM KABUSU

Qarabağ Ermənistan ordusunun əsgərləri üçün əsl məzarlığa çevrilib
Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağda ölən erməni əsgər Artur Marqaryanın işi ilə bağlı cinayət işi açılıb. Cinayət işi "özünü öldürmə həddinə çatdırma" maddəsilə başlanıb. Əsgərin zabitlər tərəfindən döyüldüyü alçaldıldığı ehtimal edilir.
Qeyd edək ki, Marqaryanın meyiti sinəsində güllə yarası ilə Qarabağdakı postlardan birində aşkarlanıb. Hərbçi hospital yolunda ölüb.
Xatırladaq ki, son günlər Ermənistan ordusunda intihar bədbəxt hadisə ilə bağlı xəbərlər çoxalıb. Son günlər ərzində 10-a yaxın erməni hərbçinin belə hadisələr nəticəsində öldüyü bildirilir.


Paylaşın:

GƏNCLƏR GÜNÜ QEYD OLUNMUŞDUR

Xocalı rayon İH aparatında, ictimai-siyasi humanitar məsələlər şöbəsinin Gənclər İdman idarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər günü rayon səviyyəsində qeyd olunmuşdur.
İH-nin başçısı cənab Şahmar Usubov tədbiri açıq elan edərək gəncləri təbrik etmişdir. Söz Gənclər və İdman İdarəsinin əməkdaşı Ramiz Alıyevə söz verilmiş, o, ürək sözərini çıxış edərək gənclərə ünvanlamışdır.
Sonra söz rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi qrupuna verilmişdir.
Tədbirin yekununda İH-nin başçısı cənab Şahmar Usubov fəallıqları ilə seçilən gəncləri xüsusi hədiyyələrlə mükafatlandırmışdır.
***

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının təşəbbüsü ilə qeyd olunmuşdur. Gənclər Birliyinin sədri Aynurə Abışova çıxış edərək gəncləri təbrik etmişdir. Tədbirdə təşkilatın ideoloci məsələlər üzrə sədr müavini Ramiz Qəhrəmanov, təşkilati məsələlər üzrə müavin ceyhun İbişov təşkilatın Qadınlar Şurasının sədri Məlahət İsmayılova da çıxış etmişdir.
Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi