Ölkə başçısının tapşırığına uyğun olaraq Səhiyyə
Nazirliyinin əhalinin 02 fevral 2015 - ci il tarixindən 01.05.2015 - cil il
tarixlərdə tibbi müayinələrdən keçirilməsi barədə sərancamının icrası qədim Gəncə
şəhərində də uğurla davam edir.
Fevral
aynını
21 - də Xocalı soyqırımının 23 - cü ildönümü ərəfəsində Gəncə şəhərində yeni
salınan qəsəbədə məskunlaşmış əsasən Xocalı rayonundan məcburi köçkünlərə və qəsəbənin
əhalisinə tibbi profilaktik müayinələr keçirilmişdir. Müayinələr Xocalı rayon
Kosalar kənd tam orta məktəbində aparılıb. Ümumilikdə 30 - yaxın həkim mütəxəssisin
daxil olduğu biriqada gün ərzində qəsəbədə məskunlaşmış məcburi köçkünlərin
tibbi müayinəsini həyata keçirdilər. Həkim mütəxxəssislər arasında terapevt,
pediatr, cərrah, onkoloq, LOR həkim, mama-ginekoloq, kardioloq, endokrinoloq,
nevropatoloq, oftalmoloq, infeksionist və uroloq var. Bundan başqa biriqadaya
laborotoriya avadanlıqları ilə laborant, EKQ, 2 USM aparatı, qlükometr, səyyar
rentgenoflüoqrafiya aparatı da daxildir. Tibbi müayinə zamanı aşkar olunan xəstələr
aidiyyatı üzrə dərinləşdirilmiş müayinə və müalicə üçün Gəncənin xəstəxanalarına
stasionarlara, lazım gələrsə Bakı şəhərinə göndəriləcəklər.