Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM VƏ YAXUD 100 İLLİK HƏSRƏTƏ SON QOYULDU

Mən özüm Dərələyəz mahalından 1915-ci ildə qaçqın düşən İsmayılov Hətəm İsmayıl oğlunun oğluyam. Atam Dərələyəz mahalının canı kəndindəndir.
Atam Hətəm, əmilərim Alşan, Tahir, Vilayət 1915-ci ildə ata-baba yurdlarından didərgin (ermənilər tərəfindən) düşmüşlər. Demək olar ki, həmin ildən sonra bütün nəsilimiz cəlayi-vətən olaraq doğma yurdlarından çıxmış və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. Uzun illər apardığım axtarışlar heç bir nəticə vermirdi. Bu məsələ ilə əlaqədar ən yaxın dostum Qasım Qırxqızlıya müraciət etdim. Uzun axtarışlardan sonra əmim uşaqları Yaşar, Zahid, Kolya, əmim qızları Küşvarə, Dürdanə və Həqiqətin Şuşa rayonunun Malıbəyli kəndində yaşadıqları müəyyən olundu. Hazırda onların Abşeron rayonunun Novxanı kəndində məskunlaşdıqları da bilindi.
İllərlə çəkdiyim ağrı-acılara, həsrətə son qoyuldu. Allah ayrılıq həsrəti çəkənlərin hamısına belə xoş görüşləri qismət etsin.
İtirdiklərimi tapmaqda mənə yardımçı olan Qasım Qırxqızlıya və «Xocalının səsi» qəzetinə dərin, səmimi minnətdarlığımı bildirirəm. Beləliklə 100 illik həsrətimizə son qoyuldu.
                                                 Hörmətlə: Müzəfər İsmayılov.
                                                 Goranboy rayonu, Xoylu kəndi.
                                               
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi