Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

MƏLUMAT

        Xocalının ilhaqına bir neçə ay qalmış rayon rəhbərliyi əhalininyuxarılaravurduqları teleqramlar, etdikləri saysız-hesabsız müraciətlər cavabsız qaldı. Yalançı, aldadıcı vədlər verildi. Nəticədə əhali kütləvi qırğına məruz qaldı.
      “Xocalı soyqırımızamanı respublikanın bütün mətbuat orqanları ağzına su almışdı. Haray salıb, səs qaldıran, faciəni bütün dünyaya çatdıranQarabağSəhərqəzetləri oldu. Soyqırımı haqqında məlumat və informasiyaların yasaq olduğu vaxt, “Qarabağqəzeti 5 mart 1992-ci il tarixdəƏsrin faciəsi”, “Xocalı soyqırımıadlı yazı ilə çıxış etdi. Eyni zamandaXocalının səsiqəzeti də faciəni əks etdirən xüsusi buraxılış hazırlayaraq respublika miqyasında yaymağa müvəffəq oldu.


Paylaşın:

XOCALILAR ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEVLƏ HƏMRƏYDİR

                         
         Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi, respublikamızın Prezidenti İlham Əliyev xocalılardan qayğısını heç bir zaman əsirgəmir.
         Xocalı sakinləri respublikamızın 53 yaşayış məntəqəsinə səpələnmişdir. Heç bir şəraiti olmayan, yararsız binalarda məskunlaşan xocalıların sayı-hesabı yox idi. Bunu nəzərə alan ölkə prezidentinin təşəbbüsü ilə Aşağı Ağcakənddə böyük qəsəbə salındı və çətin şəraitdə yaşayan xocalılar ora köçürüldü. Tikilən yaraşıqlı evlər və inzibati binalar göz oxşayır. Bundan əlavə Aşağı Ağcakənddə 150, Yuxarı Ağcakənddə 100, Meşəli kəndində 120, Börü kəndində isə 120 ev tikilərək xocalıların istifadəsinə verildi.
         Xocalılar Respublikamızın Prezidenti İlham Əliyevə inanır, güvənir və arxalanır.
Yeni salınan yaşayış məntəqələrində bütün infrastrukturlar yerinə yetirilmişdir.
Xocalılar, qaçqın və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. İşğal olunmuş ərazilərin sakinləri, xocalılar prezidentlə həmrəy olduqlarını hər an numayiş etdirirlər və doğma Qarabağa qayıdacaqları günü gözləyirlər.
         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsinin ildönümlərində “Vətən harayı” abidəsini ziyarət edir, xocalılarla həmrəy olduğunu nümayiş etdirir.
Ölkə Prezidenti İlham Əliyev 23 fevral 2005-ci ildə Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: – “Xocalı faciəsi”ndən keçən illərin təcrübəsi göstərdi ki, xalqımız, ölkə ictimaiyyəti ayıq-sayıq olmalı, dezinformasiya və təxribat sahəsində böyük təcrübəsi olan ermənilərin planlarını daim ifşa etməlidir. Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəsi açılıb göstərilməlidir. Bu sahədə bizim görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daha səmərəli və ardıcıl aparılmalıdır. Xarici ölkələrdə getdikcə öz mövqelərini gücləndirən soydaşlarımız bu işdə yaxından iştirak etməli, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımı kimi hadisələrə yaşadıqları dövlətlərdə lazımi qiymət verilməsinə çalışmalıdırlar. Düşünürəm ki, müstəqil, güclü, demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər.
        Bir daha Xocalı qəhrəmanlarının və şəhidlərinin əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyərək, xalqımıza başsağlığı verirəm.


Paylaşın:

Məktəbimiz idman yarışlarında uğurlu nəticələr göstərməkdədir.

         Xocalı rayon Kosalar kənd tam orta məktəbi hər zaman təhsildə yüksək nailiyyətlər əldə
etmişdir. Bununla yanaşı məktəbimiz idman yarışlarında uğurlu nəticələr göstərməkdədir. "05 Mart - Bədən tərbiyəsi və idman günü" münasibəti ilə yeniyetmələr arasında keçirilən Voleybol turnirində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin komandası II yeri tutduğuna görə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
          Arzu edirik ki, Kosalar kənd tam orta məktəbinin uğurları davamiyyətli  olsun.
Paylaşın:

FACİƏNİN ŞAHİDLƏRİ BELƏ DEYİRLƏR:


- Onlar yaralıları güllələyirlər, BTR-lər isə meyitlərin üstüylə irəliləyirdi.
-  Çoxları heç qaçıb meşəyə də çata bilmədi.
- Heç macal tapıb əynimizə qalın paltar geyinə bilmədik, elə o cür çaya tərəf qaçmağa başladıq, çayın dayaz yerindən keçib dizə qədər su içində meşəyə üz tutduq.
- 366-cı alayın zabitlərinin çoxu, praporşiklərin demək olar ki, hamısı, əsgərlərin bir hissəsi  ermənilər idi.
- Əli silah tutan, demək olar ki, bütün kişilər düşmənin birinci, ən dəhşətli həmləsini dəf etməyə çalışdı.
- Kiminsə bizim taleyimiz haqda fikirləşdiyi, bizim taleyimizin kimisə narahat edib-etmədiyi aydın deyildi.
- Quldurlar heç kəsə rəhm etmirdilər - qocaları, qadınları və uşaqları öldürürdülər.

- Bu vəhşilik unudulan və yaddan çıxan deyil.
Paylaşın:

ŞİKAYƏTİM VAR ALLAHA!...


Aylar gəldi döndü ilə ömrü-günü verdik yelə,
Əbəs düşdük dildən-dilə, şikayətim var Allaha!...

Gənclik keçdi qürbət eldə, necə bülbül meyli güldə,
Günah yoxdur ayda-ildə, şikayətim var Allaha!...

Düşündükcə boğdu qəhər, bir gördüm oldu səhər,
Yurd-yuvamızdan dərbədər, şikayətim var Allaha!...

Desəm mərdəm mənası yox, nadanların sayı lap çox,
Ürəyimə tuşlanıb ox, şikayətim var Allaha!....

Tapdaq altda ata qəbri, istəmirəm belə səbri,
Bilinməyir insan qədri,şikayətim var Allaha!...

Ən az ömür düşdü gülə, qarğa ömrü oldu şələ,
Yaxşı hər an düşdü felə, şikayətim var Allaha!...

Gözlərdən yaş gilə-gilə, tökülərək döndü selə,
Bax didərgin düşən elə, şikayətim var Allaha!...

Vardı min dərdə dəvası, xəstəyə məlhəm havası,
Satıldı Şuşa qalası, şikayətim var Allaha!...

Yetişmədi arzu dilək, başqa səmtə əsdi külək,
Haqqa qalib gəlir kələk, şikayətim var Allaha!...

Qohum qardaş aralaşdı, soyuqlaşdı, qabalaşdı,
Xırmanlarda yabalaşdı, şikayətim var Allaha!...

Bəmə düşdü barmaqlarım, əsir düşdü oymaqlarım,
İtirildi yaylaqlarım, şikayətim var Allaha!...

İlk məhəbbət izi kimi, ürəyimin közü kimi.
Dərdlilərin yüzü kimi, şikayətim var Allaha!...

Danda görünən ulduzum, dusdaqdır o ulu Kirsim,
Qırxqızım, Yaşamağa yoxdur lüzum, şikayətim var Allaha!...

Sevgim qaldı dağlarında, ömrün gənclik çağlarında,
Ölülərin, sağların da, şikayəti var Allaha!...

Qalacaq özünə axı, bu dünyanın azı-çoxu
Hər şey oldu qərib yuxu, şikayətim var Allaha!...

Məhəmmədəm, qəlbi talan, qəm-kədərdi mənə qalan,
Ümidlərim oldu yalan, şikayətim var Allaha!...

                                                             Məhəmməd Məmmədov
Paylaşın:

DÖVLƏTİMİZƏ QARŞI QƏSDLƏRİN QARŞISI ALINDI


             Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daxili və xarici qüvvələr azadlığımızı əldən almaq üçün vahid birlik yaratmışdılar. Ümummilli liderimiz, dahi siyasətçi, Azərbaycan Respublikasının Prezidenti, dövlətimizin qurucusu Heydər Əliyev xalqımızın monolit birliyini yarada bildi, düşmənlərimiz çirkin niyyətlərinə nail ola bilmədilər.
             Xalqımızın düşmənləri Heydər Əliyevin çox təcrübəli və uzaqgörən siyasətçi olduğunu yaxşı bilirdilər. Xalqımızın sevimli oğlunun həyatına, dövlətimizə qarşı qəsdlər törətməyə başladılar. Lakin Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri yatırıldı. Əvvəlki «rəhbərlərdən» fərqli olaraq yurdumuzun ən çətin anlarında xalqla birlikdə olan, Vətən yolunda həlak olmağa belə hazır olan Heydər Əliyevin qətiyyəti xalqımıza ruh yüksəkliyi gətirdi. Onlar gördülər ki, Azərbaycanın idarə olunması güclü bir əldədir. Bu əlin sahibi özünün vaxtı ilə böyük əzmlə söylədiyi müdrik kəlamına sadiqdir: «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır».
            Dövlətimizə qarşı qəsdlərin yatırılması, həm də hamıya sübut etdi ki, xalqımızın müstəqil dövlətini devirmək, hakimiyyəti zorla ələ keçirmək cəhdləri mənasızdır. Bu cür cəhdlər heç zaman baş tuta bilməz, hamı qanuna tabe olmalıdır!

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi