Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Məcburi köçkün qadınlar" ictimai birliyinin tədbiri

         12.12.2015 tarixində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında "Məcburi köçkün qadınlar" ictimai birliyinin təşkilatçılığı ilə "Məcburi köçkün gənclər və yeniyetmələr arasında təbliğat işləri aparmaqda onların hərbi peşəyə yiyələnmələri üçün vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq" adlı tədbir keçirildi.
         Tədbirdə Kosalar, Yaloba, Başkənd tam orta məktəblərinin şagirdləri, müəllimləri və direktorları, ictimai birliyin sədri keçmiş döyüşçü, hərbi qulluqçu ailəsi, "Ömər, "Güzgü" yüksəkliyində həyat yoldaşı ilə çiyin-çiyinə xidmət edən Zərifə Həmzəyeva, döyüşçü Əsəd Hüseynov, Zəngilan İH-nin Mеmarlıq və tiкinti şöbəsinin müdiri Dilşad Həsənova iştirak etdilər.
         "Məcburi köçkün qadınlar" ictimai birliyi tərəfindən Kosalar kənd tam orta məktəbinə televizor hədiyyə edildi.  

         Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
                                                                                    Qalib Bəyməmmədoğlu

Paylaşın:

Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbir haqqında məlumat

   12 dekabr 2015-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Yeni qəsəbə-2-də Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq muzeyində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anım tədbiri keçirildi. Tədbirdə Kosalar kənd Mədəni-maarif işçiləri və qəsəbə sakinləri iştirak etdilər. Muzeyin direktoru Tofiq Məmmədov tədbiri açaraq ulu öndərin həyat fəaliyyəti haqqında məlumat verdi. Çıxış edənlər böyük siyasi və dövlət xadimi haqqında öz fikirlərini söylədilər. Tədbir məktəblilərin söylədikləri şeirlərlə başa çatdı.
                                                                                                                     "Xocalının səsi"
Paylaşın:

Xocalı rayon Mədəniyyət evində "Xankəndi" sənədli filmi nümayiş etdirildi.

             02.11.2015-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində  Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xənkəndi  şəhəri haqqında tədbir keçirildi. Tədbirdə Xankəndinin qədim və indiki tarixini əks etdirən "Xankəndi" sənədli filmi nümayiş etdirildi.
            Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə rəhbərləri və 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova iştirak etdi.
            Xocalı rayon İcra Hakimiyyəti  Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiə Qarayeva  tədbiri açıq elan etdi. Tədbirin mahiyyətini açıqladı. O, bildirdi ki, XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı Stepan Şaumyanın adı qoyulan Xankəndinin 1991-ci ildə  adı yenidən bərpa edilmişdir. Xankəndi şəhəri Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir.
            Lamiə xanım çıxışını"Xankəndi" sənədli filminin nümayişi ilə sonlandırdı.


            Sənədli filmdə Xankəndi şəhəri haqqında ümumi məlumat və erməni işğalına məruz qalmasının xronoloji ardıcıllığı göstərildi.
            Sonra çıxış üçün söz millət vəkili Flora Qasımovaya verildi.  Flora Qasımova Xankəndi haqqında məlumat verdi. Nümayiş olunan "Xankəndi" sənədli filmi nümayişinə  dəfələrlə baxsa da yenə diqqətlə baxıb məlumatını artırmaq istədiyini söylədi.  Biz tariximizə, mədəniyyətimizə aid olan bütün informasiyaları artırmalıyıq. Tariximizi, keçmişimizi unutsaq  gələcək nəsilə heç nə ötürə bilmərik.  

             Millət vəkili Xankəndi şəhərinin icra strukturunun yaradılması üçün səylə çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xankəndi şəhər  İcra Hakimiyyəti yaradılarsa vətəndaşlar şikayət və təkliflərini doğru ünvana çatdıra biləcəklər. Onların müraciətlərinə vaxtında baxılacaq. Xankəndi adının batmaması üçün informasiya resurslarımızı Xankəndinə aid məlumatlarla zənginləşdirməliyik. Belə olan halda düşmənlərimiz  bizim doğma torpaqlarımızı heç bir zaman unutmayacağımızı görərlər.  
            Azərbaycan Respublikası  Milli Məclisinə V çağırış seçkilərinin qalib deputatı 1337 səs toplayan Flora Qasımova ona səs verən bütün seçicilərə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim yeganə dərdimiz  Vətənimizdir - Qarabağdır. Bünün üçün ən sadə vətəndaşdan tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər birimiz ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləməliyik. İnşallah şanlı bayrağımızı Xankəndində və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. 
            Millət vəkili bundan sonra da vətəndaşların problemləri ilə yaxından maraqlanacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
   Məqalədə yazı işləri davam etməkdədir...                                Qalib Bəyməmmədoğlu


Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi