Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Novruz bayramına həsr edilmiş "Yurdumuza Bahar Gəlir" adlı ümumrayon tədbiri


  18.03.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evinin qarşısında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlər, müsəssisə, idarə rəhbərləri və işçiləri iştirak etdilər.
  Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə,  ip üstündə məharətini göstərən kəndirbazlara baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə şanlı bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı.
  Tədbir iştirakçılarına, elimizə xeyir-dua vermək və təbrik etmək üçün söz rayonumuzun İcra Hakimiyyətinin başçısı cənab şahmar Usubova verildi. Rayonumuzun İcra başçısı  xalqımızın qədim adət-ənənəsindən söhbət açdı. Novruz bayramı Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir.
  Bu gün dünya baş verən proseslər onu göstərir ki, bir çox ölkələr iqtisadi problemlər içindədir. Azərbaycan dövlətində isə insanların rifahı yaxşılaşmağa doğru gedir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz günü-gündən çiçəklənir,  inkişaf edir, xalqın həyat şəraiti daha yüksək səviyyəyə çatır. Hərbi qüdrətimiz, iqtisadi gücümüz artır və buna görə də biz əmin-amanlıq içərisində yaşayırıq. Cənab Prezdentimizin sayəsində ölkəmizin adı dünya ölkələri içərisində xüsusi hörmətlə çəkilir.
      Novruz bayramı yazın gəlişi, torpağın oyanışıdır, milli barışıqdır, qonşunun qonşuya pay aparmasıdır. Azərbaycan xalqının ən gözəl adət-ənənələrini təzahürünü bu bayramda görürük. Cənab başçı arzu etdi ki, bundan sonra da Azərbaycan xalqı əmin-amanlıq içərisində yaşasın, gözəl həyat sürsünlər və işğal altında qalan torpaqlarımızı düşmən tapdağı altından azad edək, növbəti bayramlarımızı öz doğma torpaqlarımızda qeyd olunsun. Rayon başçısı qeyd etdi ki, mən əminəm ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət və milli birliyimiz yaxın zamanda bizi Xocalıya və digər işğal olunmuş torpaqlarımıza aparacaq. Bir daha bütün tədbir işirakçılarını, xalqımızı bu milli bayram münasibətilə təbrik edirəm, hamınıza xoşbəxtlik və can sağlığı arzu edirəm.
  Cənab başçımızın bayram təbriki gurultulu alqışlarla qarşılandı.
  Daha sonra rayonmuzun başçısından Novruz tonqalımızı qalamağı xahiş olundu. Cənab başçı Novruz tonqalını alovlandırdı. Odlar diyarımız Azərbaycanda bu il torpaqlarımız bol bərəkətli, süfrəmiz bol olsun.
  Səhnəyə Aşıqlar qrupu çıxdı. Onların saz havaları hər kəsin ürəyincə oldu. Tədbirin gedişində Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlunun ssenariyi və quruculuğu ilə "Bayram bazarı" adlı səhnəciyə baxıldı. Səhnəcik maraqla izlənildi və tədbir iştirakçılarının gülüşünə səbəb oldu. Rayonun musiqi ifaçıları - Səbuhi Həsənov, Dəyanət Hüsynəliyev, İsmayıl Məmmədov və başqalı tərəfindən tədbirdə bayram əhval-ruhiyyəlli mahnılar səsləndi. İfa edilən mahnılar bayram ovqatını bir da artırdı. Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.
  Rayunumuzun mədəniyyət işçiləri, Gənclər və İdman idarəsinin əməkdaşları tədbirin keçirilməsində fəallıq göstərdilər.
  Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı.









                             











Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi