
Xocalı rayon ziyalıları da ölkə başçısının Sərəncamına əsasən, hər il müxtəlif medal və fəxri adlarla təltif edilir. Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 14 ildir ki, dövlət qulluğunda qüsursuz xidmət edən Xocalı rayon İ.H.B-nın Kosalar kənd İ.Ə.D-si üzrə nümayəndəsi Rzayev Şahid Şahmar oğlu Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Səmimi, məsuliyyətli, mehriban, işgüzar bir insan olan Şahid müəllimi ürəkdən təbrik edir, işlərində daim müvəffəqiyyətlər arzulayırıq və bundan sonrakı fəaliyyətində də böyük etimadı doğruldacağına əminik.
23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə Xocalı rayon İcra Hakimiyyətində və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularını təbrik edirik.
“XOCALININ SƏSİ”