Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XOCALI ELİNİN İSTEDADLI GƏNC ŞAİRİ

        Şəhriyar Allahyaroğlu 14 yanvar 1980-ci ildə Xocalı şəhərində dünyaya göz açmışdır. Xocalı
soyqırımı baş verən zaman o da doğma el-obasını tərk etmək məcburiyyətində qalmışdır. Onun yaşadığı bu didərginlik həyatı ürəyində böyük bir xal kimi hər nəfəsdə onu narahat edir. Dərdini, kədərini, duyğularını kağız parçalarına yazmaqla, bəzən də sinədən gələn sözlərdən meyxana deməklə ürəyi rahatlıq tapır. Şəhriyarla həmsöhbət olarkən onun yaradıcılığı və xoş xasiyyəti ilə tanış oldum. 6 yaşından şeir yazmağa başlayan gənc şair bildirdi ki, bu sənətin sirrini ustadı olmuş atası Allahyar Xocalıdan öyrənib. Allahyar Xocalı Xocalı elinin güclü yazarlarından biridir. Şəhriyar qeyd etdi ki, atası onun şeirlərini o qədər tənqid edir ki, onun yanında şeir oxumağa cəsarət etmir. Təbi gələrkən təbindən asılı olaraq şeirlə seçəcəyi janr özü uzlaşır. Yəni janrı özü seçmir. Şeirin axıcılığı janrı özünə çəkir. O müxtəlif janrlarda məharətlə öz şeir yazma ustalığını göstərir. Ürəyi sözlə dolu olan gənc şair 2001-ci ildən Xocalı rayon Polis şöbəsində Növbətçi köməkçisi vəzifəsində işləyir. Kollektiv arasında xüsusi hörmətə malik olan Şəhriyar hər iki peşənin öhdəsindən layiqincə gəlir. Onun işindən narazıçılıq yoxdur. Xoşlamadığı söz qaçqın sözüdür. Şairin “Qaçqın” adlı şeiri də var. Alnımıza ləkə kimi yazılan qaçqın sözü həmişə onun ürəyini dağlayır.
        Elimizin şair oğlu arzu edir ki, doğma torpaqlarımızı düşmən topdağından azad edək. Mənfur düşmənlərin tapdağı müqəddəs torpaqlarımızdan götürülsün.
        Biz də onun bu ülvi arzularına qoşuluruq. Şəhriyar Allahyar şeirlərini maraqla oxuyur, ona cansağlığı, yaradıcılıq həyatında uğurlar arzu edirik.
        ŞƏHİDLİK ARZUSU VAR
Qarabağ heç zaman verə bilmərik yada,
Bizləri qorxutmayır müharibə, qan-qada
Yatan vulkan oyanmış, artıq bütün dünyada-
Qarabağ mövzusu var.

Sancılacaq bayrağım Şuşanın dörd yanına,
Ordumuz qorxaqların qorxu salıb canına,
Qandan qorxan xainin, düşmənin öz qanına-
Boyanmaq qorxusu var.

Torpağından əl götür dedim Azərbaycanın,
Mən uğrunda ölümə gedim Azərbaycanın,
Yeni Azərbaycanın, Qədim Azərbaycanın-
Yenilməz ordusu var.

Qırmaq olmaz heç zaman qəlblərdə bitən eşqi,
Gəl bu eşqə tay tutma hər yoldan ötən eşqi,
O xalqı yenmək olmaz onda ki, Vətən eşqi-
Şəhidlik arzusu var.
Şəhriyar ALLAHYAROĞLU
05.05.2016
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi