ERMƏNİ GÜLƏŞÇİSİNİ MƏĞLUB EDƏN XOCALI BALASI

        Hüseynquliyev Nihad Ələkbər oğlu 2001-ci il noyabr ayının 2-də Gəncədə anadan olmuşdur. Valideynləri düşmən tapdağında qalan Xocalı rayon Kərkicahan qəsəbə sakinləridir. Güləşə olan marağını görən atası onun adını güləş məktəbinə yazdırmışdır. Nihad Gəncə şəhər birinciliyində, eləcə də rayonlararası turnirlərdə uğurlu yarışlar keçirərək Fəxri fərman və diplomlara layiq görülmüşdür. 02.12.2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə III yer uğrunda mübarizədə erməni güləşçisini məğlub edərək kuboka sahib olmuşdur.
        Nihaddan qazandığı uğurun təəssüratlarını alarkən o, bildirdi ki, erməni ilə güləşərkən ancaq fikirləşirdim ki, qələbə qazanmalıyam.
        Müəllimi “Əməkdar məşqçi”  Elçin Zeynalovun əməyini yüksək dəyərləndirən Nihadın 13.03.2017-ci il tarixdə təşkil ediləcək Respublika çempionatında uğurlu nəticəsini gözləyirik. Onun qazandığı uğurlara təhsil aldığı Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbin müəllim kollektivi və şagirdləri, həmçinin Xocalı rayon ictimaiyyəti sevinir, nailiyyətlərinin daha da yüksək olmasını arzulayırlar.

Yorum Gönder

Daha yeni Daha eski