Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Rusiyanın Samara şəhərində Xocalı qurbanları yad edilib

        26 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar dünyanın hər yerində silsilə tədbirlər həyata keçirilib. Modern.az xəbər verir ki, Rusiyanın Samara şəhərində də Xocalı qurbanları yad edilib. Samarada “Azərbaycan” diaspor təşkilatının sədri Elmar Rəsulovun  təşkilatçılığı ilə azərbaycanlılar bir araya gələrək şəhər Meriyasından alınmış icazəli piket şəklində plakatlarla dinc mitinq keçirərək Rusiya əhalisinin diqqətinə Azərbaycan xalqının başına gətirilən müsibətləri bir daha çatdırıblar.

         Piketdə çıxış edən diaspora rəhbəri Elmar Rəsulov 25 il bundan əvvəl erməni işğalçılarının Azərbaycan torpaqlarının 20 faizini işğal etmələrini, xalqımızın başına gətirdikləri müsibətləri bir daha dünya ictimaiyyətinə çatdırıb.


Paylaşın:

ŞAHMAR USUBOV: "XOCALILAR BU GÜN DƏ FƏXRLƏ DEYİRLƏR Kİ, TORPAQ UĞRUNDA DÖYÜŞMÜŞÜK, QAN TÖKMÜŞÜK"

        Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ermənilərin hərbi-siyasi təcavüzünü dünya ictimaiyyətinə yaymaq hər birimizin borcudur. Bu dəfəki müsahibim 25 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilən Xocalı soyqırımının canlı şahidi olmuş, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovdur. 
        - Xocalı soyqırımının canlı şahidi kimi Xocalıda soyqırım zamanı erməni vəhşilikləri, günahsız insanların başına gətirilən müsibətlər haqqında hansı məlumatları vermək istəyərdiniz?
        - XX əsrin əvvəllərində, ortalarında müharibələr, faciələr çox olub. 1945-ci ildən 1990-cı ilin sonuna qədər müharibələrin arası kəsilmişdi. Həmin dövrlərdə insanlar sosializm və kapitalizm qütblərinə bölünmüşdür. İnsanların da bir-birinə dostluq və qardaşlıq münasibəti var idi.  Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə başlatdığı müharibə Qarabağda bir çox faciələrlə yadda qaldı. 1988-1990-cı illərdə Qərbi Azərbaycanda yaşayan 200 mindən çox azərbaycanlı departasiya edildi və o departasiyadan sonra ermənilərin soyqırım törətmə əməlləri başlandı. Bu ermənilərin əvvəlcədən hazırladığı planının bir tərkib hissəsidir. Ermənilər  1905-1906, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Aəzrbaycanda, Qərbi Azərbaycanda və indiki Azərbaycanın Qarabağ, Naxçıvan, Quba, Sumqayıt, Şamaxı, Bakıda və bir çox şəhərlərimizdə soyqırımlar törətmişlər. Onlar Azərbaycanın qədim və tarixi torpaqlarında özlərinin olmayan dövlətini qurdular. Sonra da o dövrdə sülhsevərlik siyasətindən, Stalin siyasətindən istifadə elərək Azərbaycanın torpaqlarını zəbt etməyə başladılar. 1920-ci illərdə 9000 km2 icarə yolu ilə əldə olunmuş “dövlətçilik” əsrin sonlarına yaxınlaşanda 28,5 min km2-ə çevrildi. XIX əsr boyunca  ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olub və Azərbaycanın yerində olmayan rəhbərlərinin bacarıqsızlığı, Moskvaya təpki göstərmək bacarığında olmamaları üçün tarixi torpaqlarımızı hissə-hissə düşmənə bəxş ediblər. İstəklərinə nail olmuş ermənilər XX əsrin sonlarında SSRİ-nin süqutunun baş verdiyi bir vaxtda və Azərbaycan dövlətçiliyin qorunmasında rəhbərliyin zəif olduğu zamanda yenidən bir məqam ortaya düşdüyünü hiss edərək Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Azərbaycanlıların gözünü qırmaqdan ötrü silsilə soyqırımlar həyata keçirməyə başladılar. Bu soyqırımlar 1991-ci ildə ardıcıl olaraq  Meşəlidə, Kəkicahanda, Qaradağlıda baş verdi və sonda Xocalıda öz kulminasiya nöqtəsinə çatdı. Faciənin təşkilatçılarından və iştirakçılarından biri olmuş Ermənistanın indiki prezidenti Serj Sarkisyan deyirdi ki, azərbaycanlılar hesab edirdilər ki, biz dinc əhaliyə əl qaldırmarıq. Ancaq onlar bunu da gördülər və gördülər ki, biz buna qadirik. Dinc əhalini məhv etməyə qadirik. Budur erməni xisləti, erməni siyasəti, ermənilərin dövlətçilik qurmaq iddiları.
        Biz xocalılar isə torpağına, xalqına, elinə-obasına bağlı insanlar olmuşuq. Biz Xocalılar  kiminsə diktəsi ilə öz dədə-baba yurdumuzdan, torpağımızdan çıxmağı özümüzə ar saymışıq. Ona görə də biz torpağımızı qoyub qaçmaqdandırsa, torpaq uğrunda ölməyi üstün tutduq. Xocalıda düşmənə layiqli müqavimət göstərən igid oğullarımız, milli qəhrəmanlarımız var. Erməni gülləsinə tuş gələn körpələr, qadınlar, qocalar da var. Bu gün də biz fəxrlə deyirik ki, Xocalı olaraq döyüşmüşük, torpaq uğrunda qan tökmüşük və 366-cı alay ilə erməni birləşmələrinin qarşısında biz gücsüz olduğumuzu hiss edərək torpağımızı tərk etmək məcburiyyətində olmuşuq. Ancaq indi dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizə inam verir ki, doğma torpaqlarımıza qayıdacağıq və öz sosial layihələrimizi Xocalıda davam etdirəcəyik.
        - Sizcə Xocalı soyqırımını əvvəlcədən planlaşdırılmasını sübut edən dəlil və faktlar nədən ibarətdir?
        - Ermənilər həmişə özlərinin törədəcəyi cinayətlərin qarşılığında öz məkrli planlarını hazırlayırlar. Onlar Xocalı soyqırımını törətməmişdən qabaq Sumqayıt şousunu hazırladılar. Sumqayıtdakı şoularını SSR-nin Milli Təhlükəsizlik Nazirliyi ilə ermənilərlə birgə həyata keçirdilər. Sumqa-yıtda guya yüzlərlə ermənilərin öldürülməsini dünya miqyasında yayaraq özlərinə gələcəkdə bəraət qazandırcaqları və onun qisasını almaq adı altında silsilə faciələr həyata keçirdilər. Onlar girdiyi oyunlarla özlərini yazıq, əzilmiş, sahibsiz bir xristiyan milləti kimi təqdim edirdilər. Xristiyan ölkələrin tərəfini saxlayan beynəlxalq təşkilatlar - BMT, ATƏT və başqaları Azərbaycana müəyyən təzyiqlər etdilər. Bunların bir səbəbi də Azərbaycanı kölə kimi öz müstəqilliyindən vaz keçirməyə məcbur etmək idi. İkinci tərəfdən isə ermənilər həmin məsələləri öz niyyətləri üçün istifadə etmək məqsədi güdürdü. Mənfur qonşularımız Qərbi Azərbaycandakı soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxartdıqdan sonra Azərbaycanın daxilində yaşayan ermənilərin Dağlıq Qara-bağa yerləşdirilməsini istəyirdilər. Ona görə də Dağlıq Qarabağ ərazində azərbaycanlılara qarşı soyqrımlar törədirlər və Azərbaycan ərazində yaşayan ermənilərin qorunmasını tələb edirdilər. Sumqayıt hadisələrinin törədilməsini Xocalı soyqırımının həyata keçirilməsi planının ilk başlanğıcı sayardım. Beləliklə, dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilər Xocalıdakı vəhşilikləri öz mənfur xislətlərini aşkar etdilər. Üstəlik həyasızcasına Xocalıda öldürülən insanları azərbaycanlıların erməniləri öldürməsi yalanı ilə ilkin olaraq dünya mətbuatına yayırdılar. Çünki, plana əsasən, düşmənlər xarici mətbuatda işləyən yüzlərlə ermənini və ermənipərəst jurnalistləri Dağlıq Qarabağa cəlb etmişlər. Soyqırımın törədilməsi gününün səhərisi baş vermiş faciəni çəkərək guya azərbaycanlıların ermənilərə qarşı törədilmiş hadisəsi kimi, Sumqayıt hadisələrinin davamı kimi yayırdılar. Ancaq fakt faktlığında qalırdı. Sonradan bu məsələnin üstündə Azərbaycan Respublikası işlədi, xarici beynəlxalq təşkilatların Xocalı soyqırımının müsibətlərinə şahid olması üçün cəlb olundu. Həqiqət ortaya çıxsa da, soyqırımı dünya dövlətlərinə çatdırmaq bir qədər vaxt tələb ediridi. Azərbaycan bir neçə ildən sonra buna nail ola bildi.
        - Xocalı rayon sakinlərinin bütün bu müsibətlərdən sonra az da olsa, təsəlli yolu nə ola bilər? 
        - Xocalı əhalisi soyqırıma məruz qaldı. Xocalılar öz doğma yurdlarından didərgin düşəndən sonra respublikanın 50-dən çox rayonuna səpələndilər. Sonra isə əhali müəyyən yerlərdə toplaşaraq bir yerə yığışdı. Əhalinin bir hissəsi Bakı şəhərində, qalan hissəsi də Qarabağa yaxın ərazilərdə müvəqqəti məskunlaşıblar. Xocalı dərdi ağır dərddir. Əsirlikdən azad olunan yüzlərlə insan sonradan dünyasını dəyişdi. Faciəni görmüş, faciəni yaşamış, itki vermiş anaların gözləri illərlə ağlamaqdan tutulub. 150 nəfər itkin düşmüş insanın intizarından, cənazəsi tapılmayan insanların yaxınlarının gözləri ağlamaqdan tutulub. Bu gün də xocalılar 25 il bundan öncə Xocalıda törədilmiş soyqırımın acısını, kədərini yaşayırlar.
        Faciə o zaman insanlar üçün yüngülləşir ki, başqaları ilə bölüşürsən. Yaxınlarınla, qohumlarınla, dövlətinlə, dövlətçiliyinlə, millətlə dərdini bölüşürsən.
        Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, Xocalı soyqırımına qiymət verməsi, Cənab Prezidentimiz İlham Əliyevin bu siyasəti davam etdirməsi, Xocalı soyqırımının 2010-cu ildən başlayaraq, dünya səviyyəsində qeyd olunması və dünyada tanıdılması istiqamətində “Heydər Əliyev” Fondunun vitse - prezidenti Leyla Əliyevanın gördüyü işlər insanlarımıza yaşamaq ümidi gətirir. İnanırıq ki, tökülən qanlarımızın qisasını alacağıq. Doğma yurd-yuvamıza qayıdacağıq. Qəbiristanlıqlarımızı yenidən bərpa edəcəyik. İtkin düşmüş, şəhid olmuş insanların abidəsini Xocalıda ucaldacağıq. Xocalıları yaşadan, Xocalıya qayıtmaq ümididir. Xocalıya qayıdışımızdan sonra viran olmuş torpaqlarımızda abadlıq işləri  aparılacaq və şəhidlərimizin ruhu o zaman şad olacaqdır. Biz xocalılar bu ümidlə yaşayırıq və inanırıq ki, Cənab Prezidentimizin rəhbərliyi ilə tez-liklə torpağımıza qayıdacağıq.
        - Xocalı sakini kimi, Xocalı rayon İH-nin başçısı kimi Xocalı soyqırımının tanıdılması istiqamətində respublikamızda və beynəlxalq səviyyədə görülən təbliğat işlərini necə dəyərləndirirsiniz?
       - Xocalı soyqırımı tək xocalıların dərdi deyil. Bu ümumxalq dərdidir. Bu dərdi dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması yönümündə dövlətimiz çox böyük işlər həyata keçirib. 2011-ci ildən başlanan  “Xocalıya Ədalət” kampaniyasına demək olar ki, hər kəs qoşulmuşdur. Əvvəllər respublika daxilində gedən təbliğat kampaniyası indi dünyanın bir çox ölkələrində davam etdirilir. Beynəlxalq təşkilatlarda soyqırım günü və şəhidlərimizin ruhu anılır. Eyni zamanda 68 müsəlman dövlətinin parlamentində və onların İslam Əməkdaşlıq Şurasında soyqırım günü yada salınır. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq 24 yanvar 2017-ci il tarixli Sərəncam imzalanmışdır. Bu Sərəncama əsasən, Prezident Aparatının rəhbəri cənab Ramiz Mehdiyev hazırlanmış tədbir planını təsdiq etdi. Tədbirlər planında bütün orqanlara Xocalı soyqırımının keçirilməsi üçün məsuliyyətləri əks olunub. Bütün nazirliklərə, xaricdəki diasporlara və digər qurumlara tapşırıqlar verilmişdir.  Tədbirlər planına əsasən, bütün şəhər və rayonlarımızda olduğu kimi, Xocalı rayonunda da silsilə tədbirlər keçirilir. Şəhid ailələri ziyarət edilir, erməni əsirliyində olmuş, yaxınları itkin düşmüş insanlarla söhbətlər aparılır, soyqırıma məruz qalmış hər bir sakinə mənəvi dəstək oluruq. Xaricdəki səfirliklərimiz diaspor təşkilatlarımız,  türk qardaşlarımızla birgə soyqırımın dünyada tanıdılması istiqamətində mühüm təbliğat işləri aparırlar. İlbəil Xocalı soyqırımı, təcavüzkar erməni millətinin vəhşilikləri dünyada daha çox tanıdılır. Xocalı soyqırımını artıq  11 dövlət və ABŞ-ın 22 ştatı tanıyır və erməniləri törətdiyi soyqırım aktına görə qınayır.
       Xocalı rayon İcra Hakimiyyəti soyqırıma məruz qalmış rayon kimi öz üzərimizə düşən mə-suliyyəti çox yaxşı dərk edirik. Aidiyyatı təşkilatlarla əlaqə saxlayırıq. Xarici dövlətlərin ölkə-mizdəki səfirliklərinin nümayəndələrinin xocalıların məskunlaşdığı qəsəbələrə səfəri zamanı rayonumuzun tarixi, Xocalı soyqırımının acı nəticələri haqqında məlumatlar veririk. Dövlətimiz Xocalı soyqırımının tanıdılması məqsədilə siyasi xəttini çoxdan formalaşdırıb və uğurla inkişaf etdirir. Məqsədimiz Xocalı soyqırımına bütün dünya ictimaiyyətinin rəyini almaq və bu soyqırımı törədən vəhşilərin cəzaladırılmasına nail olmaqdır.
        Bütün xocalılar inanır ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində düşmən tapdağında qalan torpaqlarımızı azad edəcəyik və doğma yurdumuza - Xocalımıza qayıdacağıq. Cocuq Mərcanlıda başlanan “Böyük Qayıdış” layihəsi bütün işğal olunmuş torpaqlarımızın azad olunması və abad olunması ilə uğurla yekunlaşacaqdır. O zaman şəhidlərimizin ruhu şad olacaq.
        Allah bütün şəhidlərimizə rəhmət eləsin!
        Amin!
      Müsahibəni apardı: Qalib BƏYMƏMMƏDOĞLU, 
AJB-nin üzvü

Paylaşın:

Gəncədə “Xocalı soyqırımı” abidəsinin açılışı olub

        Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılışı olub.
        Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalı və digər işğal olunmuş rayonların Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.
        Mərasimdə “Xocalı faciəsi” qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
        Bildirilib ki, hündürlüyü 6,12 metr olan abidə kompleksi 3 bölmədən ibarətdir. Abidənin mərkəzində, postament üzərindəki relyefdə Xocalı faciəsini əks etdirən kompazisiya yaradılıb. Postament üzərindəki hüznlü qadın heykəli Xocalı faciəsində gözü yaşlı, əlacsız qalan ana obrazını tərənnüm edir. Kompleksin sağ və sol yanlarındakı mərmər lövhələrdə Xocalı soyqırımının baş vermə tarixi və faciə qurbanları haqqında məlumat qeyd edilib. Xocalı soyqırımı abidəsinin ətrafı abadlaşdırılıb, 150 metr əraziyə qara mərmər, 180 metr əraziyə isə daş döşənib.
        Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Xocalı” abidəsinin açılışını edib, abidə önünə gül dəstələri qoyub.
        Anım mərasimində çıxış edən İcra başçısı bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Elmar Vəliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı” günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
        Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildirib.
Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva, Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxışlarında vurğulayıblar ki, amansız cinayətə rəvac vermiş ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Hadisə şahidləri bildirib ki, bu gün xocalılar ölkənin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birinin məqsədi, arzusu doğma torpaqlara, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqları azad etməkdir.
        Çıxışlardan sonra Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdırilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səhnə əsərində Xocalıda bir toyda insanların arzu-muradının necə yarımçıq qalması, silahsız, günahsiz insanların başına gətirilən müsibətlər Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən göstərilib.
        Qeyd edək ki, Xocalı sakinləri üçün salınan qəsəbədə hazırda 2 min 250 nəfər məskunlaşıb. Onlardan 1061 nəfəri Xocalı sakinləridir. Digərləri isə Laşın, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərdir.




Paylaşın:

Xocalılıların yürüşü: “Haaqa tribunalı günahkarları gözləyir”

        Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalılı məcburi köçkünlər
XX əsrdə dünya tarixinə Xocalı soyqırımı kimi daxil olan müdhiş faciənin 25-ci ildönümü münasibətilə fevralın 26-da ümumrayon yürüşünə çıxıblar.
        AZƏRTAC xəbər verir ki, yürüşdə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri və bütün qəsəbə sakinləri iştirak ediblər.
        Aşağı Ağcakəndin Bayraq meydanından qəsəbə mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 4 min insanın iştirak etdiyi yürüşün məqəsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
        Ön cərgədə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri olmaqla yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə icaldılmış abidəyə doğru hərəkətə başladılar.
        Respublikamızın digər bölgələrində olduğu kimi Aşağı Ağcakənd qəsəbəsində keçirilən yürüş də izdihamlı keçdi.
        Lakin, ümumrayon yürüşünün iştirakçılarını digər bölgələrdə keçirilən  iştirakçılardan fərqləndirən o idi ki, hər bir yürüşçü bu qanlı faciədə qətlə yetirilən 613 nəfərdən biri kimi öz ailə üzvlərinin, yaxın qohumlarının portretlərini və soyqırımı qurbanlarının adları yazılmış lövhələri tutmuşdular. Erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adlarını bu rayonun digər sakinləri aparırdılar. Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar.
        Yürüşün marşrutu boyunca digər iştirakçılar da əllərində dəhşətli faciənin, qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, dillərində plakatlar və transparantlar tutmuşdular.
Marşrut boyunca səs gücləndiricilərlə yürüş iştirakçıları Erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan-körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Xocalıda, Şuşada, Xankəndində başa çatacaq!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!”, “Tökdüyünüz şəhid qanları sizin ölüm fərmanınız olacaq!” və s. çağırışlar və şüarlar səsləndirdilər.
        Düşmənə qarşı böyük nifrət və kinlə irəliləyən iştirakçıların yürüşü qədsəbənin mərkəzində Xocalı soyqırımı qurbanlarına ucaldılan abidəni böyük hörmətlə ziyarət edib, önünə gül dəstələri qoymaqla baş çatıb.















Paylaşın:

ORXAN VAHİDOĞLUNUN SSENARİSİ İLƏ HAZIRLANMIŞ "QAYIDIŞ" SƏHNƏCİYİ NÜMAYİŞ OLUNUB

     
        23.02.2017-ci il tarixdə Bakı şəhərində, 25.02.2017-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində mədəniyyət evinin direktoru Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanmış “Qayıdış” səhnəciyi nümayiş olundu.
         “Qayıdış” səhnəciyinin sujet xəttini erməni quldurlarının 25 il əvvəl Xocalıda günahsız, dinc sakinlərə etdiyi işgənələrdən sonra vəhşiliklə öldürülməsi və bu hadisələrin kiçik yaşlı şahidinin gələcəkdə zabit olaraq erməni quldur dəstəsinin başçısını törətdiyi əməllərə görə cəzalandırması, Xocalı şəhidlərinin qisasının alması təşkil edir. Səhnəcikdə iştirak edən Xocalı rayon mədəniyyət işçiləri və Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri ermənilər tərəfindən əsir götürülən xocalıların başına gətirilən müsibətləri, Xocalı faciəsinin təəssüratlarını böyük ustalıqla nümayiş etdirə bildilər.
        Xocalı rayon İH-nin başçısının müavini, İctiami - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva çıxışında bildirdi ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
        Lamiyə Qarayeva soyqırımı zamanı özü də atasını şəhid verib və təsadüf nəticəsində sağ qalıb.
Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tezliklə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğuladı.
         Musiqili teatr rejissoru Orxan Vahidoğlunun ssenarisi ilə hazırlanmış “Qayıdış” səhnəciyindən təssirlənən tamaşaçılar çəkilən əziyyəti yüksək qiymətləndirdilər.































     
Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi