Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalılıların yürüşü: “Haaqa tribunalı günahkarları gözləyir”

        Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalılı məcburi köçkünlər
XX əsrdə dünya tarixinə Xocalı soyqırımı kimi daxil olan müdhiş faciənin 25-ci ildönümü münasibətilə fevralın 26-da ümumrayon yürüşünə çıxıblar.
        AZƏRTAC xəbər verir ki, yürüşdə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri və bütün qəsəbə sakinləri iştirak ediblər.
        Aşağı Ağcakəndin Bayraq meydanından qəsəbə mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 4 min insanın iştirak etdiyi yürüşün məqəsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
        Ön cərgədə Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri olmaqla yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə icaldılmış abidəyə doğru hərəkətə başladılar.
        Respublikamızın digər bölgələrində olduğu kimi Aşağı Ağcakənd qəsəbəsində keçirilən yürüş də izdihamlı keçdi.
        Lakin, ümumrayon yürüşünün iştirakçılarını digər bölgələrdə keçirilən  iştirakçılardan fərqləndirən o idi ki, hər bir yürüşçü bu qanlı faciədə qətlə yetirilən 613 nəfərdən biri kimi öz ailə üzvlərinin, yaxın qohumlarının portretlərini və soyqırımı qurbanlarının adları yazılmış lövhələri tutmuşdular. Erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adlarını bu rayonun digər sakinləri aparırdılar. Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar.
        Yürüşün marşrutu boyunca digər iştirakçılar da əllərində dəhşətli faciənin, qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, dillərində plakatlar və transparantlar tutmuşdular.
Marşrut boyunca səs gücləndiricilərlə yürüş iştirakçıları Erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan-körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Xocalıda, Şuşada, Xankəndində başa çatacaq!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!”, “Tökdüyünüz şəhid qanları sizin ölüm fərmanınız olacaq!” və s. çağırışlar və şüarlar səsləndirdilər.
        Düşmənə qarşı böyük nifrət və kinlə irəliləyən iştirakçıların yürüşü qədsəbənin mərkəzində Xocalı soyqırımı qurbanlarına ucaldılan abidəni böyük hörmətlə ziyarət edib, önünə gül dəstələri qoymaqla baş çatıb.















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi