Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XOCALILAR RESPUBLİKA GÜNÜNÜ BÖYÜK QÜRUR HİSSİ VƏ COŞQU İLƏ QEYD EDİR

        26.05.2017-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, müəssisə, idarə rəhbərləri və işçiləri, rayon ziyalıları iştirak etdilər.
        Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva Azərbaycanın müstəqillik adət-ənənəsinin qoyulmasında 28 may tarixində qazanılmış müstəqilliyimizin əhəmiyyətindən danışdı. Lamiyə Qarayeva bildirdi ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Heç bir qəddar müstəmləkə rejimi xalqın azadlıq istəyini boğmağa qadir deyil. Bu gün Azərbaycan çox güclü inkişaf tarixini yaşayır. Ölkəmiz gündən-günə daha da möhkəmlənir. Cənab Prezidentimiz İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir.
        Sonra məruzə ilə söz YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin sədri Aynur Abışovaya verildi. Aynur Abışova çıxışında müstəqilliyimizin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu kimi dövlətimizin inkişafında göstərdiyi xidmətlərdən danışdı. Natiq əlavə etdi ki, Xocalı rayon gəncləri ulu öndərimizin tövsiyyələrinə sadiq qalaraq üzərinə düşən işi məsuliyyətlə yerinə yetirir.
        Daha sonra Xocalı RMX-nın baş həkimi Məmməd Nağıyev məruzə ilə çıxış edərək bildirdi ki, 1918-ci il may ayının 28-də ADR yarandıqdan sonra səhiyyəmizin inkişafında xüsusi təkan oldu. Müstəqil Azərbaycanın Səhiyyə Naziri vəzifəsinə ilk təyin edilən Xudadat bəy Rəfibəyli olmuşdur.
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışından sonra səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. Ümummilli liderin başladığı işlər bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
        Yekun olaraq söz Xocalı rayon İHB-nın səlahiyyətlərini icra edən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiriVahid Əliyevə verildi. Vahid Əliyev çıxışında Respublika Günü münasibətilə tədbir iştirakçılarına və Azərbaycan xalqına təbrik ünvanladı. O, çıxışında qeyd etdi ki, AXC-nin yaranması Azərbaycanın tarixində ən şanlı və şərəfli tarixlərdən  biridir. Xalqımız müstəqəllik yolunda məşəqqətli yollardan keçmişdir. Azərbaycan xalqı öz iradəsindən və istəyindən dönmədi. Cəmi 23 ay yaşayan Cümhuriyyət böyük nailliyətlər əldə etmişdir. Azərbaycan əyalət adından çıxıb Respublika kimi tanındı. Müxtəlif xalqların yaşadığı Bakı şəhəri paytaxt şəhəri seçilməklə idarəçiliyin həyata keçirildiyi əsas şəhər oldu. Azərbaycançılıq ideologiyası geniş şəkildə yayılmağa başladı.
        Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək demişdir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik.”
        Vahid Əliyev vurğuladı ki, Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasındadır. Ulu öndər Heydər Əliyev bütün həyatını xalqına qurban verdi. Onun siyasi xəttini Cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək ölkəmizi daha da qüdrətli edir. Bizim müstəqil dövlətimiz və milli təbliğatımız var.
        Daha sonra “Xalq Cümhuriyyəti-Azərbaycanın müstəqilliyinin əsası” adlı videoçarx nümayiş etdirildi.
        Tədbirin sonunda Xocalı rayon mədəniyyət işçiləri Qarabağa və milli müsiqilərə aid mahnılar ifa etdilər.





                                                                                                                        “XOCALININ SƏSİ”


Paylaşın:

ŞAGİRDLƏRLƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLDİ

        19.05.2017-ci il tarixdə Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov Gəncə şəhəri Yeni qəsəbə-2-də sakinlərlə və qəsəbədə təhsil alan məktəblilərlə görüş keçirdi.  Əvvəlcə problemləri olan sakinlər öz müraciətlərini etdilər. Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəbinin IX və XI sinif şagirdləri ilə baş tutan görüşdə vətənpərvərlik mövzusunda qarşılıqlı müzakirə əsasında söhbət aparıldı.
        Görüşdə çıxış edən Xocalı rayon Prokuroru Şıxəli Alməmmədov bildirdi ki, millətimiz döyüşkən millətdir. Ancaq təəssüflər olsun ki, bəzən xəyanətkar insanlarla da qarşılaşırıq. Azərbaycan türkünün qəlbində xəyanət olmamalıdır. Vətənimizin uğurlu gələcəyi sağlam və vətənpərvər gənclərdən asılıdır.
        Dini cərəyanlardan uzaq olmaq lazımdır. Dini təriqətləri şər qüvvələr müsəlman aləmini parçalamaq niyyəti ilə yaratmışlar. İslam dini insanı paklığa aparan ən gözəl dindir. Dini təriqətlərə qoşulmaq elə xəyanətə bərabər sayılır. Ona görə ki, dini təriqətlər dövlətimizin zəiflədilməsinə, xalqımızın bölünməsinə yönəldilmişdir. Dövlətimizə və millətimizə dəyən zərər birbaşa özümüzə ziyan yetirir.
        Şıxəli Alməmmədov fikirlərinə əlavə etdi ki, Şagirdlərin qarşısında duran əsas vəzifə yaxşı təhsil almaları və layiqli vətəndaş kimi formalaşmalıdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Yay tətilində asudə vaxtınızı səmərəli keçirməli və öyrəndiyiniz dərsləri təkrar etməlisiniz. Tariximizi dərindən öyrənməli və təhlil etməliyik. Gördüyümüz hər yaxşı əməl Vətənimizin mənafeyi üçün edilməlidir.
        Hər zaman ordumuzu sevməliyik və ona dayaq olmalıyıq. Bizi Qarabağımızı işğaldan azad etməyimiz əqidəsi ilə bərabər, bütün tarixi dədə-baba torpaqlarımızı da bərpa etməyimiz barəsində də daim düşünməliyik.
        Görüşdə şagirdlərin çıxışlarına yer verildi. Çıxış edən şagirdlər Vətənə olan məhəbbətini dərin sevgi hissi ilə ifadə etdilər. Mövzu ətrafında öz fikirlərini söylədilər. Qeyd edildi ki, Azərbaycanda yaşamaq xoşbəxtlikdir. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Xarici dövlətlər “demokratiya” pərdəsi altında gizlənirlər. Ancaq dünyanın heç bir ölkəsində ölkəmizdəki qədər azadlıq və inkişaf yoxdur. Respublikamızda təhsilə xüsusi diqqət yetirilir. Məcburi köçkünlərə daim diqqət və qayğı göstərilir.



Paylaşın:

Qəhrəmanlar kəndi Kosaların işğalının 25-ci ildönümündə yurduna keşik çəkən şəhidlərin ruhu yad edildi

        08.05.2017-ci il tarixdə "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Gəncə Regional
bölməsinin sədri, Qarabağ qazisi, Kosalar kənd Həkim Ambulatoriyasının baş həkimi Aqil Məmmmədovun təşkilatçılığı ilə, Yaloba kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya əsasında Şuşa şəhərinin və Xocalı rayon Kosalar kəndinin işğalının 25-ci ildönümü münasibətilə Kosalar kənd Mədəniyyət evində geniş tədbir keçirildi.
        Tədbirdə Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xocalı MRX-nın baş həkimi Məmməd Nağıyev, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, Kosalar kəndinin ağsaqqalları, qəsəbə sakinləri və məktəblilər iştirak etdilər.
        Əvvəlcə qəsəbədə ucaldılan "Xocalı soyqırımı" abidəsi ziyarət edildi. Şəhidlərimizin ruhuna Allahdan rəhmət diləndi və abidə önünə qərənfillər düzüldü.
         Xocalı rayon  Kosalar kənd Mədəniyyət evində baş tutan tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Tədbiri giriş sözü ilə açan Aqil Məmmədov Kosalar kəndinin tarixindən, düşmənlərə qarşı aparılan layiqli döyüşlərdən və bu kəndin igid övladları haqqında ətraflı məlumat verdi. Aqil Məmmədov bildirdi ki, Kosalar kəndinə düşmən qüvvələri dəfələrlə hücuma keçməsinə baxmayaraq, hər dəfə layiqli müqavimət görərək, ağır itkilərlə geri çəkilməyə məcbur olmuşlar. Rəsmi məlumatlara görə Kosalar kəndi uğrunda ermənilər 200-dən çox canlı qüvvəsini itirdiyi üçün İrəvanda üç gün matəm elan etmişdir. Kosalar kəndi I Qarabağ müharibəsində 19 şəhidi , 3 "Milli Qəhrəmanı", 4 "İgidliyə görə" medalı, 1 "Azərbaycan Bayrağı" ordeni  ilə təltif edilmiş Dağlıq Qarabağda ən axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir. Kosalar kəndinin 3 "Milli Qəhrəmanı" olsa da, hər bir döyüşçüsü öz hünəri ilə igidlik, qəhrəmanlıq nümunəsidir.
        İkili standartların hökm sürdüyü dünyada xristian ölkələr, beynəlxalq təşkilatlar ermənilərə dəstək çıxırlar. Ermənilərin Xocalıda amansızcasına törətdikləri insanlıq tarixinə qara ləkə gətirən soyqırımı tanımırlar. Bizim hər birimiz Xocalı soyqırımını dünyaya tanıtmaqda əlimizdən gələni etməliyik.
        Bu gün Kosalar kəndinin gəncliyi uğurlu yoldadır. Hər il məktəbimizin məzunları yüksək balla ali məktəblərə qəbul olunurlar. Hərbi akademiyada və polis akademiyasında təhsil alan məzunlarımız var. Onlar yaxşı təhsil almaqları ilə yanaşı, igid Kosalar övladlarının apardığı mübariz döyüş yolunu davam etdirməyə hazırdırlar.
        Sonra Kosalar kəndinin dəyərli el ağsaqqalı Kamran Məmmədov, Kosalar kənd sakini Vaqif Ağayev, Kosalar kəndində gedən döyüşlərə rəhbərlik etmiş Kosalar kənd özünümüdafiə batalyonun komandiri Mehman Quliyev, Xocalı soyqırımında əsir düşmüş keçmiş döyüşçü Valeh Hüseynov çıxış edərək ermənilərin Kosalara və ətraf yaşayış yerlərinə hücumlarını şərh etdilər. Kosalar kəndində gedən döyüşlər barəsində ətraflı məlumat verərək məktəblilər arasında Kosalar oğullarının igidlikləri haqqında təsəvvür yaratdılar. Natiqlər vurğuladılar ki, o vaxtki iqtidarın səriştəsizliyi ucbatından torpaqlarımızı itirdik. Ermənilərin havadarlarının köməyi ilə öz mənfur niyyətlərinə nail ola bildilər.
        Azərbaycan Respublikasının "Milli Qəhrəmanı" Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova qəhrəman haqqında şagirdlərə məlumat verdi. O, hər kəsi kövrəldən çıxışında Tabil Həsənovun sücaətindən, öz elinə-obasına nə qədər bağlı olmağından danışdı. Bildirdi ki, Kosaların işğal günü Tabilin qırx mərasimi idi. İndi onun məzarı düşmənə girov qalıb. Tabilin və digər Kosalarda dəfn olunan şəhidlərimizin ruhu doğma yurduna keşikçidir. Övladımı da Vətən yolunda qurban verməyə razıyam. Şəhidlərimizin ruhu o zaman rahatlıq tapacaq ki, mənfur düşmənləri torpaqlarımızdan təmizləyək.
        Daha sonra Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva çıxışında bildirdi ki, işğalçı ermənilərin əsassız torpaq iddiaları xalqımız üçün ağır itkilərlə nəticələndi. Bu itkilərə 20% torpaqlarımızın işğalı, minlərlə şəhidlərimiz, 1 milyondan çox didərgin düşmüş soydaşlarımız daxildir. Şükürlər olsun ki, bu gün məcburi köçkünlər dövlətimiz və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bütün qayğılarla əhatə olunub. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu qayğının təməli qoyulub. İndi məcburi köçkünlər hər cür şəraitlə təmin olunmuş yeni salınmış qəsəbələrdə yaşayırlar. Biz inanırıq ki, doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik.
        "Xocalı Soyqırımını Tanıtma" İctimai Birlyinin Gəncə Regional bölməsinin sədri Aqil Məmmədovun Xocalı soyqırımının tanıdılması istiqamətindəki fəaliyyəti təqdirəalayiqdir. Onun apardığı haqq mübarizəsinin məntiqi əsası erməni millətinin mənfur xislətini dünyaya ifşa etmək, Xocalı soyqırımına düzgün qiymət verilməsinə nail olmaqdır.
        Sonda Yaloba kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiyaya baxıldı.
        Tədbir doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.
 











Paylaşın:

İşğalın qurbanları

        Şəhid olanlar  - 20.000-dən artıq
        Yaralanan və şikəst edilənlər - 50.000-dən artıq
        İtkin düşənlər - 4866
        Qaçqın və məcburi köçkünlərin sayı-1 milyondan artıq. Münaqişə zonasında 4965 nəfərədək adam əsir düşmüşdür, bunlardan 69 nəfəri uşaq, 320 nəfəri qadın, 358 nəfəri isə qocalardır.

Dağıntı və vurulan ziyan:
Yaşayış məntəqələri - 890
Evlər - 150.000
İctimai binalar - 7.000
Məktəblər  - 693
Uşaq bağçaları - 855
Səhiyyə müəssisələri  - 695
Kitabxanalar - 927
Məbədlər - 44
Məscid  - 9
Tarixi yerlər - 9
Muzey və tarixi abidələr - 464
Muzey eksponatları - 40.000
Sənaye və kənd təsərrüfatı müəssisələri  - 6000
Avtomobil yolları - 800 km
Körpülər: - 160
Su kəmərləri - 2300 km
Qaz kəmərləri - 2000 km
Elektrik xətləri  - 15000 km
Meşə - 280.000 ha
Əkin yerləri - 1.000.00 ha
Suvarma sistemləri - 1200 km
         Beləliklə, Azərbaycanın 14 min kv2 ərazisi, 558 km sərhədləri, civə, obsidiyan, perilit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, mineral su ehtiyatlarının 40 faizi, meşə fondunun 23,8 faizi, 2 qoruq və yasaq, 3 iri su anbarı, 7,8 faiz su ehtiyatları və s. Ermənistanın işğalı altındadır və bu ərazilərdən ətrafa ekoloci təhlükə yayılır (Bax: Həsənov T. Azərbaycan ərazilərinin Erəmənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri. Bakı, 2002, səh.33)
         İşğal nəticəsində dəyən ümumi ziyan 60 milyard ABŞ dolları.

Paylaşın:

Xocalı məktəbliləri arasında maarifləndirmə tədbirləri aparılır



05.05.2017-ci il tarixdə Goranboy ərazisində məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Meşəli kənd tam orta məktəbində narkomaniya ilə mübarizə, erkən nikahın qarşısının alınması, dövlət və din mövzusunda maarifləndirmə işlərinin aparılması məqsədilə maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xocalı RPŞ-nin rəis müavini Şahid Muradov, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Əliyev, Xocalı rayon İH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vaqif Həsənov, Meşəli kənd tam orta məktəbin pedaqoji kollektivi, məktəb şagirdləri və valideynlər iştirak etdilər.
Çıxış edən natiqlər narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, erkən nikaha daxil olmağın qızların psixologiyasına göstərdiyi mənfi təsirlərdən və dini cərəyanlara qoşulmağın şər qüvvələr tərəfindən müsəlman aləmini parçalamağa yönəldilmiş olduğundan bəhs edildi. Bildirildi ki, şagirdlərdə baş verən zərərli vərdişləri vaxtında aradan qaldırmaq üçün məktəb direktorları və pedaqoji kollektiv daim şagirdləri nəzarətdə saxlamalı və polis orqanlarına yardımçı olmalıdır. Məktəblilər birinci növbədə yaxşı təhsil almaq haqqında düşünməlidirlər. Əsrin bəlalarından biri olan narkomaniya sözün əsl mənasında bütün bəşəriyyət üçün təhlükə yaratmışdır. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Erkən nikaha daxil olanlar psixoloji problemlər yaşayır. Bir şəxsiyyət kimi formalaşmasında müəyyən baryerlər yaranır, ailə, məişət qayğıları, övlad məsuliyyəti onlara stress və gərginlik gətirir. İndi dinimizə terrorçuluq damğası vururaq onu ləkəlməyə çalışırlar. Qeyd edildi ki, baş verən mənfi halların aradan qaldırılması üçün vətəndaşların polis orqanlarına ictimai dəstəyi vacibdir. Övladlar ilk növbədə valideynlərinə güvənməli və özlərinə örnək götürməlidirlər.
Sonda Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının dəstəyi ilə hazırlanmış maarifləndirici təqdimata və filmə baxıldı.





Paylaşın:

Şuşadan bəhs edən əhəmiyyətli kitab işıq üzü görüb

        Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Bilal oğlu Əliyevin sayca 12-ci kitabı - Qarabağın şah şəhəri olan Şuşa haqqında kitabı işıq üzü görmüşdür. Azərbaycan, Rus, İngilis, Alman və Fransız dillərində dərc edilən kitabda Şuşanın tarixi geniş şəkildə arxiv sənədləri və alimlərin əsərlərinə istinadən tədqiq edilib. Şuşa adının mənası, ərazidə yaşayan qədim xalqlar, Şuşa şəhəri qədim dövrdə, İslam dinin yayılandan sonra, Atəbəylər, Səfəvilər, Əfşarlar, Cümhuriyyət, Sovet tərkibində və müasir respublika illərində inkişaf tarixi kitabda qeyd edilib. Şuşa şəhərinin salınması, o dövrdə baş verən proseslər də kitabda geniş araşdırılıb.
        Şuşa məhəlləri, Qarabağ müharibəsi zamanı dəyən zərər, itkilər də kitabda öz əksin tapıb. Kitabın sonunda dağıdılan Şuşa səhərinin abidələrinin siyahısı verilib.
        Qeyd edək ki, Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsində bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantura təhsili almışdır.
        Siyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi, Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında "Beynəlxalq münasibətlər üzrə fənn komissiyasının sədridir", dosentdir.
        Azərbaycan və xarici ölkələrin elmi jurnallarında 100-ə yaxın elmi məqaləsi dərc ediib. Hazırda mediada müxtəlif mövzularla bağlı ekspert kimi yazıları dərc edilir.
Paylaşın:

Xocalı faciəsi – erməni xisləti

     
              Tarix boyu dünya bir çox soyqırımların şahidi olmuşdur. Bu soyqırımı hər kəs tanıyır və öz adı ilə - “genosid” deyə qeyd edirlər. Ancaq nədənsə dünyanın ən müasir genosidi - Xocalı genosidi öz adı ilə çağırılmır. Bəlkə bizik haqsız, Xocalıda baş verənlər adi bir hadisə idi, ermənilər Xocalı sakinlərini istəməyərəkdən məhv etmişdilər?
            Erməni şovinistləri bizdən nə istəyir, torpaq? Əgər belədirsə onlar mühasirədə olan Xocalını tərk etmək məcburiyyətində olan dinc əhalini nə üçün qırdılar? Axı onlar ermənilərin şəhəri işğalına heç cürə mane ola bilməzdilər. Demək məsələnin arxasında başqa mətləblər yatır – genosid.
            Başqa bir misal deyirlər, Azərbaycanda minlərlə erməni yaşayır, ancaq Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Qarabağda bir nəfər soydaşımız qalmamışdır. Əslində bu fikirlər yanlışdır, bəs harda “yaşayır” bizim əsirlər? ...Orası da düzdür, əgər yaşayırlarsa.  Xocalı və digər işğal edilmiş ərazilərimizdən minlərlə insan əsir götürülmüşdür, hardadır onlar? Dərdlərinin torpaq olduğunu dünyaya sırıyan bu vandallar bizim əsirləri bəs nə üçün qaytarmırlar? Bunun da bir cavabı var mümkün qədər daha çox türk öldürmək, yəni genosid.
            Bizi erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər təccübləndirməməlidir. Məqsədləri naminə öz qız-gəlinlərini “fəda etməyi bacaran” bu qövmdən axı nə gözləmək olar. Bizi maraqlandıran dünya ictimaiyyətidir. Bəlkə onlar da erməni kimi düşünür? Mənə elə gəlir ki, dünya ictimaiyyəti bizə gün ağlamayacaq. Bunu ATƏT nümayəndələrinin tutduğu mövqedən də bilirik. Torpaqlarımızı ancaq özümüz azad etməliyik.
                                                                                                        Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

Xocalı rayon İH-nin başçısı Şahmar Usubov Kosalar kənd sakinləri ilə görüş keçirdi

02.05.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun
 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə Kosalar kənd sakinləri ilə görüşü oldu.
Kosalar kənd tam orta məktəbinin akt zalında baş tutan görüşdə rayonumuzun başçısı ilə yanaşı, Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon prokuroru Şıxəli Alməmmədov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov, Xocalı rayon RTŞ-nin müdiri Şakir Əliyev, Gəncə Regional Mədəniyyət idarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Göyüş Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov sakinlərin görüşünə gəlmişdi.
Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbədə mövcud olan problemlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Şahid Rzayev qəsəbə sakinlərinin müraciətlərinə əsasən, içməli su xəttinin çəkilməsinə və mexaniki qaz sayğaclarının smart sayğaclarla əvəzlənməsinə köməklik göstərilməsini xahiş etdi.
Görüşdə çıxış edən Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov bildirdi ki, Xocalı rayon sakinləri respublikamızın 48 rayonunda müvəqqəti məskunlaşmdır. Çalışırıq ki, mütəmadi olaraq sakinlərlə görüşlərimiz olsun, onların problemləri ilə yaxından tanış olaq. Məqsədimiz əhalinin problemlərini yerində dinləmək və qaldırılan məsələləri yerində həll etməkdir.
Ölkəmizdə gedən hərtərfli və sürətli inkişaf rayonumuza da birbaşa təsir edir. Rayonumuz kənd təsərrüfatını inkişaf etdirməklə ölkənin iqtisadiyyatına öz töhfəsini verir.
Daha sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev vahid aylıq müavinətin verilməsi ilə bağlı sakinlərə məlumatlar verdi və bəzi məsələlərə aydınlıq gətiridi.
Görüşdə çıxış edən qəsəbə sakinləri icra nümayəndələyinin gördüyü işləri müsbət dəyərləndirərək qəsəbədə mövcud olan problemlərin aradan qaldırılması üçün xahiş və təkliflərini verdilər. Qaldırılan məsələlərin həlli icra hakimiyyəti sturukturları tərəfindən nəzarətə götürüldü.
Görüşün sonunda problemləri olan sakinlər fərdi şəkildə qəbul edildi.



Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi