Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şuşadan bəhs edən əhəmiyyətli kitab işıq üzü görüb

        Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Bilal oğlu Əliyevin sayca 12-ci kitabı - Qarabağın şah şəhəri olan Şuşa haqqında kitabı işıq üzü görmüşdür. Azərbaycan, Rus, İngilis, Alman və Fransız dillərində dərc edilən kitabda Şuşanın tarixi geniş şəkildə arxiv sənədləri və alimlərin əsərlərinə istinadən tədqiq edilib. Şuşa adının mənası, ərazidə yaşayan qədim xalqlar, Şuşa şəhəri qədim dövrdə, İslam dinin yayılandan sonra, Atəbəylər, Səfəvilər, Əfşarlar, Cümhuriyyət, Sovet tərkibində və müasir respublika illərində inkişaf tarixi kitabda qeyd edilib. Şuşa şəhərinin salınması, o dövrdə baş verən proseslər də kitabda geniş araşdırılıb.
        Şuşa məhəlləri, Qarabağ müharibəsi zamanı dəyən zərər, itkilər də kitabda öz əksin tapıb. Kitabın sonunda dağıdılan Şuşa səhərinin abidələrinin siyahısı verilib.
        Qeyd edək ki, Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsində bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantura təhsili almışdır.
        Siyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi, Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında "Beynəlxalq münasibətlər üzrə fənn komissiyasının sədridir", dosentdir.
        Azərbaycan və xarici ölkələrin elmi jurnallarında 100-ə yaxın elmi məqaləsi dərc ediib. Hazırda mediada müxtəlif mövzularla bağlı ekspert kimi yazıları dərc edilir.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi