Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Rayonumuzda cudo və nərd üzrə yarışlar keçirilib

        22.07.2017-ci il tarixdə Xocalı rayon Gənclər və İdman idarəsi və Goranboy rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin idman zalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə cudo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışda 15 rayondan 100-dən çox idmançı iştirak etmişdir. Qaliblər medal və Fəxri Fərmanlarla təltif olunmuşdur.
        28.07.2017-ci il tarixdə Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 25 yaşdan yuxarı kişilər arasında asudə vaxtın səmərəli keçməsi üçün nərd turniri keçirilmişdir. Turnirdə I yerə Xocalı şəhər sakini Bəşirov Şükür İfrat oğlu, II yerə Xankəndi şəhər sakini Hümbətov Rüstəm Yaqub oğlu, III yerə isə Xocalı şəhər sakini Mahmudov Fazil Bəxtiyar oğlu layiq görülmüşdür. Qaliblər Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri mükafatlandırılmışdır.
        Keçirilən yarışlarda çıxış edən Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov ölkəmizdə keçirilən mötəbər idman yarışlarından, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söhbət açmışdır.








Paylaşın:

Zorakılıq hallarının qarşısının alınmasında maarifləndirmə və ictimai qınaq mühüm vasitədir

        24.07.2017-ci il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Məcburi köçkünlər şəraitində qadınların səlahiyyətləndirilməsi" layihəsinin məlumatlandırma sessiyası keçirildi.
        Tədbirdə mədəniyyət və təhsil işçiləri, qəsəbə sakinləri iştirak etdilər.
        Qarşılqılı müzakirə əsasında keçən tədbirdə zorakılığın növlərindən, məişət zorakılığı törətmiş şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi maddələrindən, məişət zorakılığı qurbanlarına yardım mexanizmlərindən maarifləndirici məlumatlar verildi. Çıxış edən təlimçilər zorakılıq hallarına heç kəsin biganə qalmamasını və ictimai qınağın vacibliyini vurğuladılar. Tədbir iştirakçılarına məlumatlandırıcı bukletlər paylanıldı.
        Qeyd edək ki, bu layihə məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə - Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərinin bir neçə rayonlarında da təşkil ediləcək. Ümumi olaraq 3 min şəxsin məlumatlandırma sessiyalarına cəlb edilməsi nəzərdə tutulub.





Paylaşın:

Ağdamın məhşur çay evinin tikilməsinin real tarixi

        “Çay Evi”-nin ideyası “Yaponiya” jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən “Çay Evi”-nin ideya müəllifi və tikilməsini Sadiq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Memmedova məxsus olub. Tikinitiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib.
        Sadıq müəllim Xudu müəllimlə oturub söhbət edirmişlər, çay evinin forması necə olsun ki, SSRİ rəhbərliyi buna icazə versin, axı Çay evi məscidə gələnlər üçün tikilirdi. Sonra deməsinlər ki, Ağdamda dindarlar üçün şərait yaradılır. Oturub söhbət edən zaman Xudu müəllim Yaponiyadan ona göndərilən jurnalı vərəqləyirmiş. O zamanlar SSRİ-Yaponiya münasibətlər inkişaf edirdi. Təsadüfən Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayı onun diqqətini cəlb edir və Çay Evini bu formada tikmək qərarına gəlirlər. Beləliklə də nə hökumət bir söz deyə bilir, nə də əhali… Beləcə Çay Evi tikilir. Çay Evi Sadiq müəllim katib işlədiyi illərdə illərdə tikilib. Ağdamdakı Çay Evinin forması Yaponiya İmperatorunun evi ilə, yanındakı Qüllə isə Məscidin qülləsi ilə uyğun gəlir.
        Ağdam RPK-nın o zamankı birinci katibi işləyən Sadiq Murtuzayevin dilindən: “Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir Çay Evi tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı.
        26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak edir.
       Çay evinin tikintisində ən çox çətinlik Çay Evinin damını vurmaqda yaranıb. Bir neçə usta dəvət edilsə də sonda nəticə əldə edilməyib, nəhayət bu işi görə biləcək bir gənc tapılır. Mamed adlı gənc də hərbi xidmətə getməli imiş. Xudu müəllim xahiş edir ki, Sadiq Murtuzayev o əsgəri müvəqqəti olaraq hərbi xidmətdən saxlatdırsın. Amma bu mümkün olmur, sonda həmin gəncin Ağdamda xidmət etməsinə nail olunur və beləcə Çay Evinin damı vurulur. Səhv etmirəmsə o insan bu gün də həmin işlə məşğuldur və öz işinin peşəkarıdır.
Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Paylaşın:

CƏSUR KƏŞFİYYATÇI

        Nəsirov Ramiz Kamal oğlu 7 dekabr 1953-cü ildə  Xankəndi şəhərində anadan olub. Orta
təhsilini 1960-71-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1972-ci ildə indiki Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə hərbi xidmətdə yollanan Ramiz ordudan təxris olunduqdan sonra elə bu şəhərdə yaşamağa qərar verib. 1975-ci ildə Butko Tatyana Dmitriyevna ilə ailə həyatı qurub, bir il sonra, 1976-cı ildə cütlüyün bir qız övladı dünyaya göz açib. Ancaq Nəsirovlar ailəsinin sakit və xoşbəxt illəri çox davam etməyib. Qarabağda ermənilərin azərbaycanlılara qarşı əsassız torpaq iddiaları qaldırması Ramizə rahatlıq verməyib. Vətənin ağır günlərində Ramiz Nəsirov ailəsi ilə birlikdə 1988-ci ildə Xankəndindən qovulub Xocalıda məskunlaşmış qohumlarının yanına qayıdıb. Qısa müddətdən sonra Ra-mizin qayınatası, Böyük Vətən müharibəsi iştirakçısı Butko Dmitri Nikolayeviç də yeganə övladı olan qızı Tatyananın yanında yaşamaq üçün Xocalıya köçüb.
        Qarabağda vəziyyətin son dərəcə gərgin olmasından rahatlıq tapmayan Ramiz özünümüdafiə batalyonunun tərkibində fəal şəkildə Xocalının müdafiəsinə qoşulub.
        Ramiz Nəsirov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun komandiri olduğu Xocalı özünümüdafiə taborunda bölük komandiri kimi dəfələrlə kəşfiyyat və operativ əməliyyatlara rəhbərlik edib.
        Xocalı şəhəri ətrafındakı Bozdağ istiqamətində mövqe tutan erməni terrorçuları Xocalını daim atəş altında saxlayanda Xocalının müdafiə məsələlərinə rəhbərlik edən Elman Məmmədovun tapşırığı və planı əsasında 1991-ci il noyabrın16-da 8-9 nəfərdən ibarət Xocalıdakı polis bölməsi əməkdaşları və tabor döyüşçüləri ilə birgə Ramiz Nəsirov Bozdağ ərazisində olan 16-17 nəfər erməni terrorçusunu məhv edib. Bu əməliyyatda Ramiz döyüş yoldaşı Yadigar Əliyevlə birgə ağır yaralanmış komandirini bütün təhlükələrə baxmayaraq döyüş meydanından çıxarmağa nail olub.
        4 yanvar 1992-ci ildə Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfərlik dəstə Kətik istiqamətində ermənilərin terror dəstəsini zərərsizləşdirib, 1 nəfər erməni terrorçusunu əsir götürüblər.
Ramiz Nəsirovun başçılıq etdiyi 5 nəfər döyüşçü 19 yanvar 1992-ci ildə Kətik dağında Xocalıya hücum planı hazırlayan erməni kəşfiyyat qrupunun 4 nəfərini məhv edərək onların əlində olan Xocalıya hücum planını özündə əks etdirən döyüş xəritəsini ələ keçiriblər.
        Erməni terrorçuları Xocalı yaxınlığındakı üzümlükdə mövqe tutaraq dinc əhalini daim iriçaplı pulemyotlardan atəşə tuturdular. Gecə vaxtı Ramiz Nəsirov ermənilərin həmin mövqeyinə yaxınlaşıb atəş açaraq onları cavab atəşi açmağa məcbur edib. Bununla da ermənilərin tutduqları mövqenin yeri dəqiqləşib və Ramizin tapşırığı ilə digər mövqedə dayanmış döyüş yoldaşı Rəhman İsmayılov qranatomyotla həmin mövqeni məhv edib.
        Xocalının müdafiəsini yaran ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyətə qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Bu faciədə Ramizin rus milliyətindən olan qaynatası Dmitri Butko və həyat yoldaşı Tatyana Butko həlak olublar. Bu, onu göstərir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində ermənilər təkcə azərbaycanlılara qarşı yox, həm də ruslara qarşı vəhşiliklər törədiblər.
        Xocalının işğalından sonra Ramiz Nəsirov Xocalı taborunun tərkibində baş leytenant rütbəsi ilə 1992-94-cü illərdə vuruşub, 1994-cü ildən isə ehtiyata buraxılıb.
İgidliyi, döyüş sücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə  Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.
Ramiz Nəsirovun döyüş yolu gənc nəsillər üçün nümunə və örnəkdir.
Nəcəf  ƏYYUBOĞLU
Paylaşın:

Xocalı gəncləri qazandıqları nailiyyətlərlə rayonumuzun adını uca edirlər

        Xocalı gəncləri bütün sahələrdə nailiyyətlər qazanaraq rayonumuzun adını uca edirlər.
        Həsənov Təvəkkül Tahir oğlu 17 iyul 1989-cu ildə Xocalı rayon Kosalar kəndində anadan olmuşdur. Xocalı rayon Yaloba kənd tam orta məktəbini 2009-ci ildə bitirdikdən sonra Gəncə Dövlət Universitetində Bədən tərbiyəsi və idman ixtisası üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra bir müddət doğma məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. Hərbi xidmətini daxili qoşunların tərkibində yerinə yetirmişdir.
        Təvəkkül 2016-cı ildən Azərbaycan Fövqəladə Hallar nazirliyi Mülkü Müdafiə Qoşunlarının xilasetmə briqadasında fiziki hazırlıq və idman rəisi vəzifəsində çalışır. O, işlədiyi briqadada qısa müddət ərzində özünü əməkdaşlar arasında həm etik davranışına görə, həm də peşə bacarığına görə yaxşı cəhətdən tanıda bilmişdir. Xidmət etdiyi Mülkü Müdafiə Qoşunlarında yığma komandasının üzvü kimi təşkil edilən yarışlarda dəfələrlə Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Onun axarıncı parlaq uğuru 4-7 iyul arasında Bakıda keçirilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında beşnövçülük idmanı üzrə çempionatında olmuşdur. Həmin çempionatda Mülkü Müdafiə Qoşunlarının üzvü Təvəkkül Həsənov  I yerə layiq görülmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tərəfindən diplom və medalla təltif edilmişdir.
        Gözəl ailə tərbiyəsi alan Təvəkkül, elimizin dəyərli gənclərindən biridir. Qazandığı nailiyyətə görə Təvəkküllə fəxr edirik və ona uğurlu xidmət arzulayırıq.                                  
Paylaşın:

Polis işçilərinin peşə bayramı qeyd edildi

        02.07.2017-ci il tarixdə Polis Günü münasibətilə tədbir keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları iştirak etdilər. 
         Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə təzə-tər çiçəklər düzdülər. əziz xatirəsini dərin ehtiramla yad etdilər.
         Xocalı rayon Polis Şöbəsinin həyətində keçirilən tədbirdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ruhu yad edildi, dövlət himnimiz səsləndirildi.
        Sonra Xocalı RPŞ-nin Kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenentı Elgiz Məmmədov 29 iyun 2017-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haaqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, Azərbaycan Respublikası Daxili İşlər orqanlarının şəxsi heyətinə ünvanlanmış Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini məruzə ilə tədbir iştirakçılarına çatdırdı.
        Daha sonra Xocalı RPŞ-nin rəis köməkçisi, polis polkovnik-leytenantı Məzahir Qəhrəmanovun Azərbaycan Polisinin yaranmasının 99-ci ildönümü ilə əlaqədar məruzəsi dinlənildi.
        Təbrik üçün söz Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevə verildi. Məmməd Nağıyev bütün polis işçilərini peşə bayramı münasibətilə təbrik etdi. Ulu Öndərimz Heydər Əliyevə bu əlamətdar günün təsis edildiyi üçün, ona Allahdan rəhmət dilədi. Elimizin-obamızın sevimli oğlu, Ulu Öndər tərəfindən yüksək qiymətləndirilmiş cənab nazir Ramil Usubovun başçılığı ilə bütün polis əməkdaşlarına müvəffəqiyyətlər, cansağlığı, arzuladı.
        Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Rayonumuzun başçısı çıxışında bildirdi ki, Xocalı rayon polisinin yaranmasında məqsəd torpaqlarımızı işğaldan qorumaq idi. Xocalı polisi öz torpağını şərəflə qorudu. Vətən uğrunda şəhidlər verdi. Biz torpağımızı öz canımızdan çox istədiyimizi döyüşən şəhidlərimizlə, siravi vətəndaşlarımızla sübuta yetirdik.
        Müstəqilliyimizin ilk illərində rəhbərlik Azərbaycan polisinin döyüşmək iqtidarını əlindən almışdı. Onun nəticəsində torpaqlarımız işğal olundu. Ulu Öndərimizin hakimiyyətə qayıdışı ilə Azərbaycanda daxili sabitliyin yaranmasına nail olundu. Polisin xalqa, Vətənə sevgisi, bağlılığı nəticəsində dövlət çevrilişinə cəhdlərin qarşısı alındı.
        Cənab nazir Ramil Usubov Vətənə, xalqına dərin sevgisi olan insandır.
        Xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənən polis işçiləri rayon polis şöbəsinin rəisi tərəfindən Fəxri Fərmanla təltif edildi.
        Sonda şəxsi heyət mətin addımlarla tribuna önündən keçdi.


  




Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi