Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı gəncləri qazandıqları nailiyyətlərlə rayonumuzun adını uca edirlər

        Xocalı gəncləri bütün sahələrdə nailiyyətlər qazanaraq rayonumuzun adını uca edirlər.
        Həsənov Təvəkkül Tahir oğlu 17 iyul 1989-cu ildə Xocalı rayon Kosalar kəndində anadan olmuşdur. Xocalı rayon Yaloba kənd tam orta məktəbini 2009-ci ildə bitirdikdən sonra Gəncə Dövlət Universitetində Bədən tərbiyəsi və idman ixtisası üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra bir müddət doğma məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. Hərbi xidmətini daxili qoşunların tərkibində yerinə yetirmişdir.
        Təvəkkül 2016-cı ildən Azərbaycan Fövqəladə Hallar nazirliyi Mülkü Müdafiə Qoşunlarının xilasetmə briqadasında fiziki hazırlıq və idman rəisi vəzifəsində çalışır. O, işlədiyi briqadada qısa müddət ərzində özünü əməkdaşlar arasında həm etik davranışına görə, həm də peşə bacarığına görə yaxşı cəhətdən tanıda bilmişdir. Xidmət etdiyi Mülkü Müdafiə Qoşunlarında yığma komandasının üzvü kimi təşkil edilən yarışlarda dəfələrlə Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Onun axarıncı parlaq uğuru 4-7 iyul arasında Bakıda keçirilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında beşnövçülük idmanı üzrə çempionatında olmuşdur. Həmin çempionatda Mülkü Müdafiə Qoşunlarının üzvü Təvəkkül Həsənov  I yerə layiq görülmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tərəfindən diplom və medalla təltif edilmişdir.
        Gözəl ailə tərbiyəsi alan Təvəkkül, elimizin dəyərli gənclərindən biridir. Qazandığı nailiyyətə görə Təvəkküllə fəxr edirik və ona uğurlu xidmət arzulayırıq.                                  
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi