Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Cudoçumuz respublika mərhələsinə vəsiqə qazanıb

        Yeniyetmə və gənclərdən ibarət Xocalı rayon komandası 02-04 oktyabr 2017-ci il tarixlərində Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam Olimpiya İdman Kompleksində keçirilən cudo idman növü üzrə Aran Qarabağ region birinciliyində iştirak etmişdir. Ümumilikdə Xocalı, Yevlax, Ağdam, Ağcabədi, Göyçay, Goranboy, Zərdab, Ucar, Naftalan, Beyləqan, Laçın rayonlarından 200-dən çox yeniyetmə cudoçu mübarizə aparıb. Komandamızın üzvü Nəbiyev Rəfayıl Qafqaz oğlu 2002-2004-cü il təvəllüdlü cudoçular arasında uğurlu nəticə göstərərək zona ikincisi olmuş və Respublika finalına vəsiqə qazanmışdır. Yarışın sonunda o Azərbaycan Cudo Federasıyası tərəfindən gümüş medal, Fəxri Fərman və cudo kimanosu ilə təltif edilmişdir. Rəfayılın gənc müəllimi Xocalı şəhər sakini Tanrıverdiyev Vüsal Elçin oğlu az müdddətdir onunla məşğul olsa da, uğura gedən yolda ən böyük dəstəkçisidir. Qeyd edək ki, Rəfayıl Xocalı şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirddir.
        Xocalı idmançıları adətən məskunlaşdığı rayonların komandasının tərkibində yarışdıqları üçün onların qazandıqları nailiyyətlər həmin rayonların adına sayılmışdır. Çox sevindirici haldır ki, Xocalı rayon Gənclər və İdman idarəsi rayonumuzda idmanın inkişafı üçün lazım olan bütün imkanlardan istifadə edir. İdarənin dəstəyi ilə Goranboy rayonu ərazisində xocalılar üçün salınmış Yeni Yaşayış massivində yarışdan əvvəl idmançılar zal və döşəklə təmin edilmişdir. Bu o deməkdir ki, qəsəbədə cudo və digər idman növlərində dərs alan idmançılarımız yarışlarda öz rayonumuzu təmsil edə biləcəklər.
        Xocalı gəncləri idmanda qazandığı uğurlarla bizləri sevindirir və qürurlandırır. Bizim uğurlu nailiyyətlərimiz hələ qarşıdadır.





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi