Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən anım tədbiri

        29 mart 2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon prokuroru Kamran Məmmədov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
       Əvvəlcə 31 Mart soyqrırımına və Xocalı soyqırımına aid kitablardan ibarət sərgiyə baxış keçirildi.  
       Tədbir iştirakçıları Respublikamızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər.  
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım hadisələrindən danışdı. O, bildirdi ki, soyqırım aktlarının həyata keçirilməsində əsas məqsəd xalqımızı öz doğma torpaqlarından çıxarmaq və həmin torpaqlarda erməni ideoloqlarının uydurduqları "böyük ermənistan" dövləti yaratmaq olmuşdur. Erməni vəhşiləri 1918-ci il mart ayında xalqımıza qarşı xüsusi vəhşiliklə kütləvi qətliamlar və qırğınlar törətmişlər. Həmin dövrdə yalnız Bakıda 12 mindən çox azərbaycanlı etnik milli zəmində qətlə yetirilmişdir. 
        Sonra məruzə ilə çıxış üçün söz Xocalı rayon Meşəli kənd tam orta məktəbinin tarix müəllimi Sabir Qasımova verildi. Sabir Qasımov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə tarixi faktlarla nümunələr gətirdi. Çıxışında vuruladı ki, Sovet imperiyası altında bizə tariximizi unutdurmağa, həqiqətləri boğmağa çalışdılar, erməni vəhşiliklərini gizli saxladılar. Ermənilər bundan məharətlə istifadə edirdilər. Xocalıda, Ağdabanda, Qaradağlıda, Meşəlidə və digər bölgələrdə törədilən soyqırımlar ermənilərin xalqımıza qarşı planlaşdırdıqları soyqırımların davamıdır. 
        Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında dünyada ikili standartların mövcud olduğunu qeyd etdi. Fikirlərinə əlavə etdi ki, dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlərin əlində bir vasitəyə çevrilib. Belə olmasaydı, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən 4 qətnamə indiyədək icra edilərdi. Bu gün Ermənistanın Haaqa məhkəməsi qarşısında dayanması üçün kifayət qədər faktlar var. Tarixin təkrar olunmaması üçün, bu cür qanlı faciələri bir daha yaşamamaq üçün tariximizdən dərs götürməliyik. 
        Yukun olaraq çıxış edən Xocalı rayon prokuroru Kamran Məmmədov bildirdi ki. soyqırım aktı millətin etnik mənsubiyyətinə görə bütövlükdə məhvi edilməsinə yönəldilmiş hadisədir. Ermənilərdə tarixən bu fikir, ideya olub ki, xalqımızı yer üzərindən silsinlər, özlərinin dırnaqarası "böyük ermənistan" dövlətlərini qursunlar. Mart hadisələri ermənilərin planlı şəkildə hazırladıqları soyqırım aktıdır. 1988-1993-cü illərdə başımıza gətirilən hadisələr də həmin soyqırım aktlarının tərkib hissəsidir. 
        Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıla bilmişdir. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hazırda Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı icra olunur. 
        Sonda Xocalı rayon İcra Hakimiyyətinin  təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımının acı həqiqətlərini əks etdirən qısametrajlı film nümayiş etdirildi. 

                            




                            












                            
                                   

Paylaşın:

"YAŞIL AĞAC" AKSİYASI ÇƏRÇİVƏSİNDƏ XOCALILARIN MƏSKUNLAŞDIĞI YENİ QƏSƏBƏDƏ 300 ƏDƏD ŞAM AĞACI ŞİTİLİ ƏKİLDİ

        27.03.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin və "Mərhəmət" Kimsəsizlərə Yardım ictimai birliyinin birgə təşəbbüsü ilə "Yaşıl ağac" adlı aksiya keçirildi. Aksiya çərçivəsində 300 ədəd şam ağacı şitili əkildi.
                            


 

Paylaşın:

XOCALILAR YAP-IN SEÇKİQABAĞI TƏŞVİQAT MİTİNQİNDƏ BÖYÜK COŞQU İLƏ İŞTİRAK ETDİLƏR

26.03.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində YAP-ın seçkiqabağı təşviqat mitinqi keçirildi.
Mitinqdə Milli Məslisin deputatı cənab Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri cənab Vahid Əliyev və rayon sakinləri iştirak etdilər.
Mitinq iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu öndərin büstü önünə tər çiçəklər düzdülər. 
Mitinq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev mitinqdə giriş sözü ilə çıxış edərək bildirdi ki, Prezident seçkiləri tək Azərbaycanda deyil, dünyanın hər yerində həmin dövlətin ictimai-siyasi həyatında olduqca mühüm hadisədir. Biz də öz dövlətimizin gələcək taleyini müəyyənləşdirəcək şəxsin seçki ilə bağlı təbliğat kampaniyasına başlamışıq. 
     Xocalılar artıq naşı rəhbərlərin millətə gətirdiyi faciələri yaşayıblar. Bu gün xalqın böyük inam bəslədiyi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə qüdrətlənir, xalqımızın rifah halı yüksəlir. 
        Əminəm ki, xalqımız və xalqımızın bir hissəsi olan xocalılar mütəşəkillik göstərərək seçkilərdə iştirak edəcək və özünün layiqli bildiyi namizədə səs verəcəklər. Yeni Azərbaycan Partiyasının üzvləri olaraq, onun təbliğat qrupunun üzvləri kimi 11 apreldə keçiriləcək Prezident seçkilərində Partiyamızın layiqli namizədi Cənab Prezident İlham Əliyevin lehinə səs verməyə çağırıram.   
Sonra  təbliğat kampaniyası çərçivəsində yerlərə ezam olunmuş Milli Məclisin deputatı cənab Elman Məmmədova söz verildi. Elman Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2018-ci illərdə Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinə nəzər salaraq onun verdiyi sözlərin hər birinin mərhələ-mərhələ icra olunduğunu vurğuladı. Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu qeyd etdi. Bildirdi ki, Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın beynəlxalq layihələrdə aparıcı rol oynaması, Avropanın enerji təhlükəsizliyində iştirak etməsi ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. İndi Azərbaycanın qaşısında daha böyük hədəflər vardır. Buna görə də biz 11 aprel Prezident seçkilərində gələcəyimiz üçün düzgün seçim etməliyik. Prezident seçkilərində ölkəmizdə bu əmin-amanlığı, inkişafı yaratmış, Ordumuzu gücləndirib və qələbə çalmaq üçün əmrə hazır edən Prezidentə səs verməliyik. Bu Yeni Azərbaycan Partiyasının sədri, bugünkü Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. 
YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən, Azərbaycanın idmanda qazandığı nailiyyətlərdən danışdı. Aynur Abışova dedi ki, bu gün qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan gəncliyi bütün sahələrdə təmsil olunur və uğurlar qazanır. Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında, demokratiyanın və sabitliyin qorunub-saxlanılmasında, inkişaf etdirilməsində iştirak edirlər. Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyev  irsinə sadiqdir və Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək parlaq Azərbaycan naminə, ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər. Bir Azərbaycan gənci kimi 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevə ona görə səs verəcəyəm ki, onun apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. 
Seçki qərərgahının təbliğat qrupunun üzvü Məmməd Nağıyev çıxışında qeyd etdi ki, ağı qaradan seçməyi bacaran, haqqı-ədaləti haqsızlıqdan üstün tutan hər bir Azərbaycan vətəndaşı öz seçimini hələ 1993-cü ildə Azərbaycanın olum və ölüm qarşısında qaldığı, dövlətimizin dünya xəritəsindən silinəcək təhlükəsi olduğu bir vaxtda etmişdir. Həmin seçimin nəticəsi olaraq bu gün Azərbaycan böyük dövlətlər arasında öz yerini tuta bilmiş, qüdrətli bir dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bütün sahələrdə Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir  və gördüyü işlərlə Azərbaycanı  irəliyə doğru aparır. 11 aprel Prezident seçkilərində Cənab İlham Əliyevə səs verək ki, biz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edə bilək. 
Daha sonra Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlunun "Verək səsimizi haqqın səsinə" şeirini mitinq iştirakçıları qarşısında söylədi. 
YAP Xocalı rayon təşkilatının təşviqat qrupunun üzvü Aqil Məmmədov çıxışışnda Azərbaycanda gedən iqtisadi inkişaf dövrünü dəyərləndirdi. Azərbaycan Ordusunun qüdrətindən söz açdı. Qeyd etdi ki, ölkəmizin iqtisadi-siyasi gücü bunu deməyə bizə rəvac verir ki, Cənab Prezidetimizin rəhbərliyi altında tezliklə doğma torpaqlarımıza qayıdacağıq. Bizim nicat yolumuz Yeni Azərbaycan Partiyası və onun namizədidir. Övladlarımızın xoşbəxt gələcəyi üçün biz seçimimizi düzgün etməliyik. 11 apreldə keçiriləcək Prezident seçkilərində hər birimiz seçki məntəqələrinə getməliyik və ürəyimizin, vicdanımızın səsinə qulaq asaraq layiqli namizədimizə səs verməliyik. Əminəm ki, dövlətə və dövlətçiliyə sadiq olan Xocalı sakinləri həmişə olduğu ki, 11 aprel Prezident seçkilərində də fəallıq nümayiş etdirəcəklər. 
Mitinq Xocalı şəhər 3 №li uşaq musiqi məktəbinin müşayiəti altında Xocalı rayon mədəniyyət işçilərinin ifa etdiyi şən musiqilərlə davam etdirildi. 























Paylaşın:

Xocalı Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsi keçirilmişdir

        25 mart 2018 - ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mərkəzi Xəstəxanasında  əhalinin kütləvi tibbi müayinəsi keçirilmişdir.
        Xocalı RMX-nın baş həkimi Aqil Məmmədovun təşəbbüsü, Gəncə şəhər “Şans" Tibb Mərkəzinin direktoru Malik Abasovun iştirakı ilə keçirilən tədbirdə qəsəbədə və qəsəbəətrafı məntəqələrdə yaşayan aztəminatlı ailələr və övladları tibbi müayinədən keçirilmişdir.  200-ə yaxın insanın tibbi müayinədən keçirilməsində və lazım olanlara müalicə tədbirlərinin görülməsində ixtisaslı həkim kollektivi iştirak etmişdir. “Şans” Tibb Mərkəzinin direktoru Malik Abasov, direktor müavini Sədaqət Abasova, “Şans” Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov, terapevt-qastroenteroloq Qoşqar Məhərrəmov, kardioloq Fərhad Fərhadov, ultrasonoq Cəlaləddin İmanov, oftalmoloq Slavik həkim bu tədbirdə iştirak edərək əhaliyə tibbi xidmət göstərdilər.
        Tibbi müayinə çərçivəsində aztəminatlı və imkansız ailələrdən olan 5 oğlan uşağı sünnət edilmiş, növbəti həftə ərzində 10 oğlan uşağının da sünnət ediləcəyi planlaşdırılmışdır. Malik Abasov bu humanitar tədbirlərin hər ay boyunca bütün ixtisaslı həkimlər olmaq şərti ilə Xocalı Rayon Mərkəzi Xəstəxanasında keçiriləcəyinə söz verdi və bildirdi ki, hər zaman Xocalı rayon əhalisinin sağlamlığının keşiyində durmaq bizim şərəfli borcumuzdur.





Paylaşın:

Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar

        19.03.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. 
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, "N" saylı hərbi hissənin əsgərləri, müəsissə, idarə rəhbərləri və işçiləri, rayon sakinləri iştirak etdilər. 
        Təşkil olunmuş tədbirdə hər bir idarə və təşkilat tərəfindən xalqımızın qədim adət-ənənələrini əks etdirən guşələr rayon ictimaiyyətinin marağına səbəb oldu. Xocalı rayon İH-nin başçısı Şahmar Usubov bu sərgilərlə tanış olduqdan sonra Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə hazırlanmış dirədöymə, kəndirdartma, güləş, xoruz döyüşü və s kimi yarışları izlədi. 
        Bahar bayramı münasibətilə elimizə, xalqımıza xeyir-dua vermək üçün Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxış etdi. Bildirdi ki, dünyanın bir çox müsəlman dövlətlərində Novruz bayramı qeyd olunur. Bu ay sevincli aylardan biridir. Yazın gəlişi ilə ağaclar çiçək açır, hər tərəf yaşıl örpəyə bürünür, insanların əhval-ruhiyyəsi artır. 
        Bayram ərəfəsində paytaxtımızda möhtəşəm VI Bakı Qlobal Forumu keçirildi. Forumda dünyanın 50 ölkəsindən 450-dən nümayəndə iştirak etdmişdir. Ölkəmizə gələn qonaqlar xalqımızın qədim - adət ənənənəsi olan Novruz bayramı ilə tanış oldular.
        Novruz bayramı qədim tarixi, bir-birindən dəyərli abidələri, gözəl təbiəti olan Xocalı rayonunda da yüksək səviyyədə qeyd olunurdu. Bu gün də adət-ənənələrimiz davam etdirilir. 
        İnşallah Allahın köməyi ilə, Cənab Prezidentimizin ölkəyə rəhbərliyi altında doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Mənfur düşmənlərimizi işğal olunmuş torpaqlarımızdan qovacağıq və bu gözəl bayramımızı öz elimizdə, obamızda qeyd edəcəyik. 
        Şahmar Usubov xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət və növbəti Novruz bayramını doğma yurd-yuvamızda keçirməyimizi arzuladı. 
        Sonra rayonumuzun rəhbəri bayram tonqalını odlandırdı. Süvarilər at üzərində bayraqla tonqal ətrafında dövrə vurdular. 
        Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları və məktəbli şagirdlərin təşkil etdiyi səhnəciklər hər kəsin gülüşünə səbəb oldu. Milli geyimdə oğlanlar və qızlar rəqs etdilər.
        Xocalı rayon mədəniyyət işçilərinin müsiqi nömrələri tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini artırdı.
        Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon tədbiri xoş ovqatla başa çatdı.  
                           

        
        



































































































Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi