Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam edir

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam etdirilir.
           Satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə alıcılar arasında əlaqə yaratmaq, eyni zamanda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
        Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildirirlər.




  



Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi