Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Rayonumuzda 8 Mart - Beynəlxaq Qadınlar Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu

        07.03.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İHB-nın müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva, müəssisə, idarə rəhbərləri və rayonun müəssisə və idarələrində çalışan qadınlar iştirak etdilər.
        Tədbiri giriş sözü ilə açan Lamiyə xanım Qarayeva Azərbaycan qadınının mərdliyindən, sədaqətindən, fədakarlığından söhbət açdı. Bildirdi ki, ölkəmizdə dövlət qadın siyasəti uğurla aparılır, qadınlarımız Azərbaycanın inkişafına öz töhfəsini verirlər. 
        Sonra Xocalı şəhər 1 nömrəli klubun mədəni təşkilatçısı Şahnaz Kərimova geniş məruzə ilə çıxış edərək 8 Mart Beynəxalq Qadınlar Gününün yaranmasından, ölkəmizdə bu bayramın keçirilmə tarixindən, ailə və cəmiyyətdə qadınların rolundan danışdı. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyev respublikamızda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlər görmüşdür. Ümummilli liderin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu gün respublikamızda dövlət qadın siyasəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda qadın hərəkatının formalaşmasında onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
        Daha sonra Xocalı RTŞ-nin müdiri Şakir Əliyev və Xocalı MRX-nın baş həkimi Aqil Məmmədov çıxışlarında Azərbaycan cəmiyyətində qadınların rolundan danışdılar. Dövlətimizin  qadınlarla bağlı apardığı siyasət onların cəmiyyətdə yüksək mövqe tutmalarına əsas verdiyini vurğuladılar. Natiqlər Azərbaycan qadınlarını bayram münasibətilə təbrik etdilər. 
        Sonda rayonumuzun ictimai-siyasi həyatında fərqlənən qadınlar Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun Fəxri Fərmanı ilə təltif edildilər. 



























Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi