Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Şans" Tibb Mərkəzinin fəaliyyətinin 10 illiyi qeyd olundu

        29.04.2018-ci il tarixdə Gəncə şəhər "Şans" Tibb Mərkəzinin fəaliyyətinin 10 illiyi münasibətilə "Gəncə" Əyləncə Mərkəzində şənlik tədbiri keçirildi.
        Tədbirdə "Şans" Tibb Mərkəzinin həkim kollektivi, Gəncə şəhəri və Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar və digər qonaqlar iştirak etdilər.
        Tədbiri giriş sözü ilə açan "Şans" Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov çıxışında Mərkəzin 10 il ərzində fəaliyyətindən, görülən xeyriyyə işlərindən danışdı.
        Şən musiqi altında keçən tədbirdə qonaqlar çıxış edərək "Şans" Tibb Mərkəzində xidmət göstərən həkimlərin yüksək peşəkarlığından söz açdılar. "Şans" Tibb Mərkəzinə uğurlar arzuladılar.
        Sonda qabaqcıl həkimlər və tibb bacıları rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif edildilər.

Paylaşın:

Generalın qətiyyəti – Heydər Əliyevin Xankəndi şəhərinə təxirəsalınmaz ezamiyyəti

        1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni
millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq, milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar.Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.
        Əslində 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını aldı. Heydər Əliyev sözün əsl mənasında erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.
        1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.
       Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.
        1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son həddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.
        Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:
        “Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər.
        Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını “Kalaşnikov”, “Makarov” tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa asdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.
        Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.
        Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq, hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.
        DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq:
       “Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.
        Mən onu gözəl başa düşürdüm. 1967-ci il... Milli münaqişə zəminində qətl hadisəsi... DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə... Damarlarında axan türk qanı... Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.
        Qrup rəhbərinin tapşırığı ilə aparılan araşdırmalar ona arayış şəklində növbəti müşavirədə təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı məndə olan əməliyyat məlumatlarının arayışını hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın məhdudluğuna görə general mənə ikinci müşavirədə iştirak etməməyə icazə verdi.
      Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür, rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim...”.
        Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.
Bu bir həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri kimi Xankəndinə getməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri alt-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata keçirməyə başladılar.
 İlham CƏMİLOĞLU,
Müstəqil jurnalist
Paylaşın:

Xocalı rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübünün yekunlarına dair hesabat iclası keçirilib

        17.04.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi.
        Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Hesabat iclasının gündəliyində duran məsələlələr - Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas, Azərbaycan Respublikasının fəaliyyəti haqqında rayon üzrə təbliğat qruplarının gördüyü işlər və qarşıda duran vəzifələr, 11 aprel Prezident seçkilərinin nəticələri haqqında məsələlər müzakirə edildi.

        Şahmar Usubov məruzə ilə çıxış edərək Cənab İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqini tədbir iştirakçılarına çatdırdı. Ölkəmizdə gedən sürətli və hərtərəfli inkişafı rayonumuzla əlaqələndirdi. Xocalıların müvəqqəti məskunlaşdığı qəsəbələrə turizm marşurutlarının təşkilinin faydalı olacağını vurğuladı.
        Rayonumuzun rəhbəri 11 aprel Prezident seçkiləri ərəfəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Prezident seçkiləri rayonumuzda mütəşəkkil formada keçirildi. Məntəqələrin otaq və texniki avadanlıqlarla təmin edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə hüququ olan şəxslərin siyahıya salınması və digər işlər vaxtlı-vaxtında aparıldı.
        Xocalılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olublar. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 15 məntəqədə 6046 nəfərdən 4624 nəfər (76,48%) səs verib. Seçicilərin 86,09 faizi Cənab İlham Əliyevə səs veriblər.
        Məruzə ətrafında çıxışlarda Xocalı rayon Sukanal idarəsinin rəisi Ramil Rüstəmov bildirdi ki, idarə hal-hazırda 1009 abonentdə xidmət göstərir. Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq üçün tərəfimizdən bir sıra işlər görülmüşdür. Belə ki, idarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd qəsəbəsi, Aşağı Ağcakənd qəsəbəsi, Börü və Meşəli qəsəbələrində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. Cari rübdə qəsəbədaxili küçələrdə müxtəlif diametrli su boru xətlərinin 75 metr hissəsi dəyişdirilmişdir. Müxtəlif diametrli 3 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 7 ədəd müxtəlif diametrli siyirtmə isə təmir olunmuşdur.
        Sonra gündəlikdə duran digər məsələlədən - Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti haqqında rayon üzrə təbliğat qruplarının gördüyü işlər və qarşıda duran vəzifələrdən danışıldı. Görülən işlər qiymətləndirildi.
        Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev bildirdi ki, 122 saylı Xankəndi Seçki Dairəsinin seçiciləri  Respublikanın 38 rayon və şəhərində məskunlaşan seçiciləri (4803 nəfər) 13 seçki məntəqəsində səs verdilər. Seçicilərin 31 nəfəri ilk dəfə səs verənlər idi. Seçicilərin 81 faizi seçkidə iştirak etmişdir ki, onların da mütləq əksəriyyəti Cənab İlham Əliyevin lehinə səs veriblər.

        Xocalı şəhər İƏD-si üzrə nümayəndəsinin müavini Tacir Əzizov vurğuladı ki, Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyi 2080 ailə və 8139 nəfərdən ibarətdir. Əhalimiz respublikanın 53 rayonunda müvəqqəti məskunlaşıb. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Xocalı rayonuna aid 15 seçki məntəqəsində Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyin 4004 nəfər seçicisi olmuşdur. Onlardan 76 faizi Prezident seçkilərində iştirak etmişdir. Şəhər üzrə ilk dəfə səs verən seçicilərin sayı 71 nəfər olmuşdur. Bütün məntəqələrdə əhali seçkidə fəali iştirak etmişdir. Heç bir neqativ hal baş verməmişdir.
        Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov rayonumuzda gənclərin seçkidə fəallığından bəhs edərək 125 nəfər ilk dəfə səs verən, 1300 nəfər isə gənc seçicimizin seçkilərdə iştirak etdiyini bildirdi. Qeyd etdi ki, Xocalı rayon Gənclər və İdman idarəsi rayon İcra Hakimiyyəti, YAP Xocalı rayon təşkilatı və seçki məntəqəsinin üzvləri ilə birgə Gəncə şəhəri Yeni qəsəbə-2-də və Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həm ilk dəfə səs verəcək olan seçicilərlə, həm də ümumi rayon gəncləri ilə seçici fəallığının artırılması məqsədilə görüşlər keçirmişdir. Bunun nəticəsi olaraq gənclər seçkilərdə fəal iştirak ediblər.
        Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov dedi ki, 11 aprel Prezident seçkilərində Xocalı rayon mədəniyyət işçiləri də fəal oldular. Prezident seçkilərinin nəticəsində Cənab İlham Əliyevin qələbəsini Xocalı rayon ictimaiyyəti yüksək əhval-ruhiyyə ilə bayram etdilər. Xocalı rayon Mədəniyyət evinin qarşısında mədəniyyət işçilərinin milli musiqi ifaları ilə qələbə şənliyi təşkil edildi.
        Xocalılar ağır günlərində Ulu öndər Heydər Əliyevi xalqa köməyə səslədi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlətimizi parçalanmaq təhlükəsindən qurtardı, ölkəmizdə əmin-amanlıq yarandı. Bu gün dövlətimiz etibarlı əllərdədir. Biz inanırıq ki, yaxın vaxtlarda doğma torpaqlarımıza qayıdacağıq.
        Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov gündəlikdə duran məsələlərə öz münasibətini bildirdi və rayonun müəssisə, idarə rəhbərlərinə tapşırıqlar verdi.





   
Paylaşın:

XOCALILARIN SEVİNCİ

        Xocalı sakinləri hər zaman dövlətə və dövlətçiliyimizə sadiqlik nümayiş etdiriblər. 
        11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində də Xocalı sakinləri fəallıq göstərərək layiqli namizədə səs verdilər. 
        Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət evinin qarşısında seçicilər səsvermənin nəticəsini gözlədilər. Sesvermənin nəticəsinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin 86,09 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildiyi bəyan olundu. Bu gözlənilən xəbər sakinlərin sevincinə səbəb oldu. Şənliyə toplaşan sakinlər sürəkli alqışlarla "İlhamla irəli" şüarını səsləndirdilər. 
        Xocalı rayon mədəniyyət işçilərinin vətənpərvəlik mövzusunda ifa etdiyi mahnılar şənlik iştirakçılarının əhval-ruhiyyəsini daha da artırdı. 





































Paylaşın:

XOCALI RAYONUNUN TƏHSİL İŞÇİLƏRİ 11 APREL 2018-Cİ İL TARİXDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ İŞTİRAK EDƏCƏKLƏR

        Vahid dövlətçiliyimizin süqutundan sonra xanlıqlar şəklində mövcud olan, sonradan Çar Rusiyasının və SSRİ-nin müstəmləkəsi altında qalan Azərbaycan  1991-ci  ilin  oktyabrında öz müstəqilliyini elan  etdi.  Qanımız  bahasına əldə etdiyimiz bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdiyimiz bir dönəmdə xalqın təkidli tələbi nəticəsində  Heydər  Əliyevin siyasi hakimiyyətə gəlməsi bu təhlükəni aradan  qaldırdı. 15 iyun 1993-cü il tarixdən başlayan qurtuluşla ölkəmiz inkişafa,  tərəqqiyə  qədəm  qoydu.                                                         
        İlham Əliyevin ilk dəfə 2003-cü ildən Prezident seçilməsi ilə Azərbaycanda mövcud olan, ölkəmizi tərəqqiyə, inkişafa aparan  Heydər Əliyev siyasəti yeni məcraya keçdi.  Bu  illərdə  həyata  keçirilmiş  uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmiz  müstəqillik yaşı yüz illərlə hesablanan ölkələr  cərgəsinə  qoşuldu. Bu reallığı müdrik  və  uzaqgörən  xalqımız çox gözəl bilir və dərk  edir. Elə buna görə də 2008, 2013-cü illərdə Azərbaycanda keçirilən Prezident seçkilərində  xalqımız özünün ən  layiqli  namizədi  İlham Əliyevə  etimad göstərdi. İlham Əliyev də  gördüyü  işlərlə  bu  etimadı  yüksək  səviyyədə  doğruldur. İlham  Əliyev  andına  sadiq  Prezidentdir.  O, içdiyi andda dediyi  kimi həqiqətən  də  hər  bir vətəndaşımızın  Prezidentidir. Bir sözlə İlham Əliyev-Xalq, Xalq-İlham  Əliyev birliyi əbədidir.
        2017-2018-ci  dərs  ili  başlayandan rayonumuzun təhsil müəssisələrində  pedaqoji kollektiv üzvləri ilə dəfələrlə ünsiyyətdə olmuşuq. Rayonumuzun təhsil işçiləri ölkəmizdə  olan  dinamik  inkişafdan hər zaman ağızdolusu danışır və bütün bunlara  İlham  Əliyevin  apardığı uzaqgörən, müdrik, uğurlu siyasət nəticəsində nail olunduğunu bildirirlər. Xocalı rayonunun təhsil işçiləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək  Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək  Azərbaycanın dinamik,  dayanıqlı inkişafını təmin edən İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildirirlər. Onlar İlham Əliyevin etimadı  doğruldan, andına  sadiq Prezident olduğunu xüsusi  vurğulayırlar.
       05 fevral 2018-ci il tarixdə  Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqının növbəti  qurultayında  da İlham Əliyev cənablarının Prezidentliyə namizədliyi  dəstəkləndi  və  təklif olundu. Deməli  Xocalı rayonunun və respublikanın təhsil  işçilərinin seçimi xalqımızın seçimi ilə tam üstüstə düşür. Biz İlham Əliyevi dəstəkləməklə Azərbaycanın xoş, işıqlı gələcəyini təmin etmiş oluruq.
İsmayıl HACIYEV,
                                                                       Azərbaycan  Təhsil  İşçiləri  Azad  Həmkarlar  İttifaqı  Xocalı  Rayon  Komitəsinin  sədri          
           

Paylaşın:

Azərbaycanda uzun illərdir ki, iqtidar-xalq birliyi mövcuddur və gündən-günə də güclənir, möhkəmlənir

        Milli Məclisin deputatı Elman Məmmədov “Xocalının səsi” qəzetinə müsahibə verib:
        - Xocalılar əzəldən Ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləyiblər. Bu gün də Xocalı rayon sakinləri Ulu öndərin siyasi varisi Möhtərəm Prezident Cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirirlər. İstərdik ki, bu sədaqətin, böyük inamın tarixinə nəzər salaq.
        - Xocalı rayon sakinləri həmişə torpağımıza, Vətənimizə, dövlətimizə bağlı insanlardır. Keçmişdə də belə olubdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Biz Vətənimiz üçün canımızı qurban verməyi bacaran insanlarıq. Xocalılar bunu ağır günlərdə öz əməlləri, öz döyüşkənlikləri, cəsarətləri ilə sübut etdilər. Xocalı rayon tabeliyində olan bütün yaşayış məntəqələri düşmənlərə qarşı layiqli mübarizə apardı.
        Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günündən Xocalı rayon sakinləri dövlətə necə bağlı olduqlarını, dövlətçiliyə necə sədaqətli olduqlarını bütün ictimai-siyasi, taleyüklü hadisələrdə, seçkilərdə nümayiş etdirdilər. Biz Vətənimizin və dövlətimizin güclü olmasını istəyirik. Bu xocalıların bünövrədən mövqeyidir. Bu mövqe dəyişilməzdir.
        - Bu sualı verməkdə məqsədim ondan ibarətdir ki, Naxçıvanda sizin Ulu öndərlə olan görüşünüzün təəssüratlarını alaq, Şükür Bəşirovun Ağdamdakı mitinqdə: “Bizi bu bəladan ancaq Heydər Əliyev xilas edər” sözlərinə yenidən nəzər yetirək. 
        - Bəli, mən 1991-ci il sentyabr ayının 30-da Naxçıvana getmişdim. O zaman mən iki məsuliyyətli vəzifə daşıyırdım. Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edirdim. Bu vəzifələri təbii ki, itirə bilərdim. Ovaxtkı iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Mən o cəsarəti, qətiyyəti göstərdim. Bir müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getdim. Gəlişim ona xəbər verilən kimi məni dəvət etdi. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etdim. Ulu öndərin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinlədim, məsləhətlərinə qulaq asdım.
        Şükür Bəşirovun çıxışı olan kadrlara hamımız baxmışıq. O ağlaya-ağlaya deyir ki, bu xalqı bu bəladan qurtarsa, ancaq Heydər Əliyev qurtaracaq. Bax, xocalıların mövqeyi, yəni bünövrədən belə olubdur, bu gün də belədir, gələcəkdə də biz Heydər Əliyev siyasətinin müdafiəçiləri, qoruyucuları və daşıyıcıları olaraq yaşayacağıq.
        -  11 apreldə Azərbaycanda Prezident seçkiləri günüdür. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçan yaradılan şəraiti və xalqımızın bu seçkiyə olan marağını necə dəyərləndirirsiniz? 
        - Seçkilərə hazırlıq prosesini yaxından izləyirəm. Azərbaycanın seçki qanunvericiliyi dünyanın ən mütərəqqi inkişaf etmiş dövlətlərində seçki qanunvericiliyinə, seçki ilə bağlı beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Ölkəmizdə seçkilərə başlanan gündən bütün proseslər müvafiq qrafikə uyğun, təqvimə uyğun mərhələ-mərhələ demokratik qaydada, qanunçuluğa əməl olunmaqla yerinə yetirilir. Prezident seçkiləri demokratik, şəffaf keçiriləcək, xalq öz iradəsini ortaya qoyacaq və prezidentini seçəcək. Xalq o prezidentini seçəcək ki, prezidentliyi dövründə yeni güclü bir Azərbaycan yaradıbdır. Bütün sahələrdə inkişafa nail olmuşuq. Dövlətimizin nüfuzu, tanınması, ən yüksək tribunalardan səsinin gəlməsi, ölkəmizdə mötəbər tədbirlərin, arışların keçirilməsi Cənab Prezidentimiz İlham Əliyevin göz qabağında olan əməli fəaliyyətidir. Xalq düzgün seçim edəcək. Azərbaycan xalqı bu seçkilərdə də öz müdrikliyini görsədib, öz iradəsini ifadə edəcəkdir. İnşallah, aprel ayının 11-də prezidentimizi seçəcəyik.
        - Azərbaycanın sürətli inkişafı dünyanın diqqətini cəlb etmişdir. Ölkəmizin bu tərəqqisi 11 aprel Prezident seçkilərinə olan beynəlxalq marağı hansı dərəcədə artırır?
        - Bu gün Azərbaycan illər ərzində həyata keçirtdiyi beynəlxalq layihələrlə bir növ mərkəzçi rolu oynaya bildi. Neft-qaz kəmərlərimiz, İpək Yolu layihələri, Bakı - Tbilisi - Qars dəmiryolu xətti, Azərbaycan - Rusiya avtomobil və dəmiryol xətləri və bunun kimi çoxlu sayda layihələr Azərbaycanı regionun lider ölkəsinə çevirmişdir. Azərbaycan bu gün Orta Asiyanı Uzaq Şərqi Avropa ilə, Qərblə, Cənubu Şimalla, Şimalı Cənubla əlaqələndirir. Bu, Azərbaycanın apardığı çox uğurlu siyasətin  nəticəsidir.
        Uğurlarımız Azərbaycana olan marağı, təbii ki, artırır. Ancaq bu maraqların heç də hamısı xoşməramlı deyil. Burada Azərbaycana qarşı müəyyən qüvvələrin paxıllıqdan irəli gələn qarayaxma kampaniyaları da var. Bütün siyasi kampaniyalarda, o cümlədən seçkilər ərəfəsində hansısa mərkəzlərdən Azərbaycana qarşı şər-böhtan kampaniyaları başlanılır. Bu gün də belədir. Ancaq bunu uzun illər davam etdirməklə nəyə nail olublar? Heç bir şeyə. Əksinə, Azərbaycan bu şərçilərdən, qarayaxanlardan, böhtançılardan müdafiə olunmaq üçün özünü daha da gücləndirib, özünün nüfuzunu, hörmətini daha da artırır. Hüquqi və demokratik məsələləri daha da önə çəkir və inkişaf etdirir. Deməliyəm ki, Azərbaycanın dünyada bir o qədər dostları mövcud deyil. Beynəlxalq qurumlar və dövlətlər içərisində Azərbaycanı istəməyən qüvvələr də var. Həmin qüvvələr müəyyən mərkəzlərdən idarə olunurlar, erməni lobbilərinin fitvasına gedirlər. Bütün bunlara qarşı dövlətimiz mübarizə apara-apara gəlib, bu gün də mübarizəsini davam etdirir, gələcəkdə də mübarizə aparacaqdır. Bu təbiidir. Ancaq bunlara qarşı yüksək səviyyədə mübarizə aparıb, həmişə qalib gəlmək üçün biz iqtidar-xalq birliyi yarada bilmişik. Azərbaycanda uzun illərdir ki, iqtidar-xalq birliyi mövcuddur və gündən-günə də güclənir, möhkəmlənir. Mənə belə gəlir ki, bizim işimiz, fəaliyyətimiz, inkişafımız ən yaxşı mübarizə metodudur.
Müsahibəni apardı: Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

Qürurla qeyd etdiyimiz bütün uğurların əsasını əldə olunmuş ictimai-siyasi sabitlik təşkil edir

        Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin “Xocalının səsi” qəzetinə müsahibəsi:
        - Vahid müəllim, aprel ayının 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Hazırda ölkəmizdə və rayonumuzda mövcud ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?
        -Bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 11 aprel 2018-ci il tarixinə Respublikamızda növbədənkənar Prezident seçkiləri təyin edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq Prezident seçkilərinin keçirilməsi prosesi ardıcıl olaraq bir neçə mərhələni özündə ehtiva edir. Birinci mərhələ keçiriləcək Prezident seçkiləri gününün müəyyən edilməsidir ki, bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İkinci mərhələ ölkə prezidentliyinə namizədlərin irəli sürülməsidir ki, bu da siyasi partiyalar, ictimai birliklər və təşəbbüs qruplarının səlahiyyətlərinə aiddir. Üçüncü mərhələ siyasi partiya, ictimai birlik və ya təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Prezidentliyə namizədin lehinə 125 seçki dairəsinin ən azı 60 seçki dairəsinin ərazisindən minimum 40000 seçici imzasının toplanaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və Mərkəzi Seçki Komissiyası digər tələb olunan sənədlərlə birgə seçici imzalarının doğruluğunu yoxlamaqla bu və ya digər prezidentliyə namizədin qeydiyyata alınması və ya qanunvericilikdə göstərilən tələblərə cavab vermədikdə namizədliyin qeydiyyata alınmasından rəsmən imtina edilməsi. Dördüncü mərhələ isə qeydiyyata alınmış prezidentliyə namizədin seçkilərə bir gün qalmışa qədər 21 gün müddət təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsidir. Nəhayət, sonuncu mərhələ olaraq seçkilər günü seçicilərin iştirakı ilə səsvermə prosesinin həyata keçirilməsi, seçkinin nəticələrinin rəsmləşdirilərək müvafiq dairə, daha sonra Mərkəzi Seçki Komissiyası, yekun olaraq, Konstitusiya Məhkəməsinə təqdim edilməsi və Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə yekunlaşmış hesab olunur.
        Bildiyimiz kimi, bütün dünya dövlətlərində olduğu kimi Respublikamızda da ümumxalq sesverməsi (referendum) və Prezident seçkiləri ölkə həyatının ən mühüm ictimai-siyasi hadisəsidir. Qeyd olunan ən mühüm ictimai-siyasi hadisələr dönəmində hər yerdə olduğu kimi bizim Respublikamızda da ictimai-siyasi fəallıq artır. Müxtəlif siyasi partiyalar və cərəyanlar bu mərhələdə öz mövqelərini ortaya qoyur, müəyyən mənada ictimai rəyə təsir etməklə sosial bazalarını gücləndirməyə, son nəticədə arzu və istəklərini reallaşdırmağa çalışırlar. Respublikamız da müasir dünyanın bir hissəsidir. Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Respublikamızda çoxpartiyalı siyasi sistemin əsası qoyulmuşdur. Bu gün Respublikamızda onlarla siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Bildiyimiz kimi. hər bir siyasi partiyanın öz proqram və nizamnaməsi vardır. Partiya olaraq hər bir siyasi təşkilat siyasi proseslərdə iştirak edərək öz məqsəd və məramlarını reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Respublikamızda onlarla siyasi partiya və vətəndaş cəmiyyəti təşkilatları fəaliyyət göstərməsinə rəğmən Respublikamızda və rayonumuzda ictimai-siyasi vəziyyət olduqca sabitdir.
        - Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır. Yeni Azərbaycan Partiyası Prezident seçkilərinə hansı nailiyyətlərlə gedir?
        - Azərbaycanın mövcud durumunu yaxın keçmişimizə nəzər salmadan obyektiv şəkildə qiymətləndirmək mümkün deyildir. Bir anlığa 90-cı illərin əvvəllərində Respublikamızın ictimai-siyasi vəziyyətinə diqqət yetirək. Gözümüz önündə xaos, ictimai-siyasi hərcmərclik, başıpozuq silahlı dəstələr, hərbi məğlubiyyətlər, iflic olunmuş dövlət idarəçiliyi, vətəndaş itaətsizliyi, vətəndaş müharibəsi, aclıq və səfalət içərisində olan qaçqın və məcburi köçkün ordusu, milli valyuta əvəzinə xarici dövlətin pul vahidindən istifadə, illərlə dövlət büdcəsini təsdiq edə bilməyən, konstitusiyaya belə sahib olmayan kağız üzərində dövlət obrazı canlanacaqdır, əgər buna dövlət demək mümkündürsə.
        Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyası Respublikamızda hakimiyyətə gələrkən keçmiş Respublika rəhbərliyindən millətimizə, dövlətimizə miras qalan yuxarıda sadalanan və sadalanmayan yüzlərlə problemlərdir. Xalqımızın böyük oğlu, Partiyamızın yaradıcısı Heydər Əliyevin Respublikamızda yenidən siyasi hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ictimai sabitlik bərpa edildi, xalqla hakimiyyətin vəhdəti yaradıldı. Məlumdur ki, ictimai sabitliyin pozulması siyasi və hərbi xarici müdaxilədən də daha təhlükəlidir. Qürurla qeyd etdiyimiz bütün uğurların əsasını əldə olunmuş ictimai-siyasi sabitlik təşkil edir.
        Bütün seçkilərdə olduğu kimi qarşıdan gələn Prezident seçkilərinə də YAP Azərbaycan dövləti və xalqı qarşısında yerinə yetirdiyi tarixi xidmətləri ilə gedir. Yaxın keçmişimizlə bugünkü vəziyyəti müqayisə etdikdə YAP-ın tarixi xidmətləri görünməkdədir. Partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində əldə edilmiş uğurları, həyata keçirilmiş istər Respublika, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin icrası YAP-ın namizədi olaraq cənab Prezidentimizin xalq qarşısında seçkiqabağı platforması kimi dəyərləndirmək olar.
        - Sizcə, növbəti Prezident seçkiləri ölkəmizin inkişafı üçün hansı töhfələr verəcək?
        - 2003-2018-ci illərdə Cənab Prezidentimiz tərəfindən Respublikamızda görülən işlərə nəzər saldıqda cənab Prezidentimizin təbliğ edilməsi üçün əlavə sözə ehtiyac yoxdur. Yetər ki, ağıllı məntiqlə əldə olunmuş uğurlara diqqət yetirəsən və bu siyasətin davam etdirilməsinin dövlətimizin yaxın gələcəkdə hansı nəticələri əldə edə biləcəyini təsəvvür edəsən. Cənab Prezidentimizin apardığı ardıcıl və məqsədyönlü siyasət, təsdiq edilmiş dövlət Proqramlarının icrası, yaradılmış nəqliyyat və enerji infrastrukturu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş işlər yaxın gələcəkdə istər dövlətimizin iqtisadi qüdrətinin artmasına, istərsə də əhalinin maddi vəziyyətinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir.
        - Rəhbərlik etdiyiniz YAP Xocalı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası ilə əlaqədar hansı tədbirləri həyata keçirir? Seçkilərə hazırlıq hansı səviyyədədir?
        - YAP Respublikamızda ümumxalq partiyası səviyyəsinə yüksəlmiş, əhalinin bütün sosial təbəqələrini öz ətrafında birləşdirmiş, 700000-dən artıq sosial bazası olan ən nəhəng siyasi təşkilatdır. YAP yarandığı dövrdən bu günə qədər Respublikamızda keçirilmiş bütün seçkilərdə həlledici səsçoxluğu ilə qalib gəlmiş, qarşısına qoyduğu məqsədlərə nail olmuşdur. Digər siyasi partiyalardan fərqli olaraq yalnız seçkidən-seçkiyə fəallaşmır. Mərkəzi və yerli strukturlar vahid orqan kimi daim siyasi və təşkilati fəaliyyətdədir, Respublikanın ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə yaxından iştirak edir. Əlbəttə, hər bir siyasi partiyanın ən ümdə funksiyası dövlətin siyasi hakimiyyətinin formalaşmasında yaxından iştirak etməsidir. YAP-ın bir rayon təşkilatı olaraq YAP Xocalı rayon təşkilatı rayon miqyasında partiyanın yeritdiyi siyasətin həyata keçirilməsini təmin edir. Qarşıdan gələn Prezident seçkiləri ərəfəsində YAP Xocalı rayon təşkilatı partiyanın Mərkəzi Aparatı tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, fəaliyyətini davam etdirir. Tədbirlər Planında nəzərdə tutulmuş təbliğat-təşviqat mərhələsinə qədər bütün işlər qrafikə uyğun qaydada həyata keçirilmiş, təbliğat-təşviqat mərhələsinə hazırlıq işləri başa çatdırılmışdır. Seçicilərlə kütləvi və fərdi görüşlərin qrafiki hazırlanmış, təbliğat-təşviqat qrupları yaradılmış, nəzərdə tutulmuş qrafik üzrə əməli fəaliyyətə başlanılacaqdır. Bütün seçki məntəqələri üzrə müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri müəyyənləşdirilmiş, lazımi vəsiqələr verilməsi üçün dairə seçki komissiyalarına təqdim edilmişdir.
        Cənab Prezidentimiz, YAP-ın Prezident seçkilərindəki vahid namizədi İlham Əliyevin Respublika ictimaiyyəti qarşısında şəxsi nüfuzu onu deməyə tam əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, hazırki Prezident seçkilərində də YAP-ın namizədi seçicilərin tam əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalibiyyəti təmin edəcəkdir.
        Rayonumuzdan olan bütün seçiciləri Respublikamızın ictimai-siyasi həyatında ən mühüm hadisə olan Prezident seçkilərində fəal iştirak etməyə çağırır, xalqımızın layiqli oğlu, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri və prezidentliyə vahid namizədi olan cənab İlham Əliyevə səs vermələrini xahiş edirik.
Müsahibəni apardı:


Qalib BƏYMƏMMƏDOĞLU
Paylaşın:

DOSTLUQLAR XEYRİYYƏ İŞLƏRİNƏ VƏSİLƏ OLANDA ONUN DƏYƏRİ DAHA DA ARTIR

        01.04.2018 - ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və Gəncə şəhər “Şans" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsi keçirildi. Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədovun təşəbbüskarlığı ilə keçirilən tibbi müayinələrdə Aşağı Ağcakənd qəsəbəsində və qəsəbəətrafı məntəqələrdə yaşayan aztəminatlı ailələr və övladları müayinə olundular.
        240-ə yaxın insanın tibbi müayinədən keçirilməsində, aztəminatlı və imkansız ailələrdən olan 5 oğlan uşağının sünnət edildilməsində lazım olan müalicə tədbirlərinin görülməsi üçün Gəncə şəhər "Şans" Tibb Mərkəzinin ixtisaslı həkim kollektivi və Xocalı RMX-nin əməkdaşları iştirak etdilər. 
"Şans" Tibb Mərkəzinin təsisçiləri Rəna Baqirovanın və Malik Abasovun rəhbərliyi altında,  baş mühasib Sədaqət Abasovanın, mərkəzin direktor müavini İlkin Həsənovun nəzarəti ilə  “Şans” Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov, terapevt-qastroenteroloq Qoşqar Məhərrəmov, kardioloq Fərhad Fərhadov, ultrasonoq Cəlaləddin İmanov, nevropotoloq Muradxan Əmirov, nefroloq Mahir Mustafayev, endokrinoloq, genekoloq, oftalmoloq  həkimlər bu tədbirdə iştirak edərək əhaliyə tibbi xidmət göstərdilər.
       Gəncə şəhər "Şans" Tibb Mərkəzinin həkim heyəti ilə görüşən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bu təqdirəlayiq xeyriyyə işinin təşkili üçün mərkəzin bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi. Tibbi müayinələrin təşəbbüskarı olan Xocalı RMX-nın baş həkimi Aqil Məmmədovun və "Şans" Tibb  Mərkəzinin əməkdaşlarının dostluğunun daim belə xeyriyyə işlərinə vəsilə olmasını arzuladı.  
        Qeyd edək ki, tibbi müayinələr 25 mart 2018-ci il tarixdə də təşkil edilmişdir. Həmin tibbi müayinələr çərçivəsində 200-ə yaxın insanın tibbi müayinədən keçmiş, 5 oğlan uşağı sünnət edilmişdir. 



                            







Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi