Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

2018-cı ilin II rübü ərzində Xocalı rayonunun sosial - iqtisadi vəziyyətinə dair iqtisadi icmal

                 Rayonun yaranma tarixi – 26.11.1991
    Ərazisi -  0,94 min. kv. km. 
Əhalisi -  28947
 O, cüm. azərbaycanlılar - 16018
 Digər əhali - 12929
İşğal  günü -  26.02.1992
        2018-cı ilin II rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) rejimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 2 təhlili məruzə 2 bülleten və 1 məcmuə hazırlanmışdır.
Kənd təsərrüfatı
        2018-cı ilin məhsulu üçün  2017-ci ilin payızında 3213.5 hektar taxıl səpilmişdir. Rayonda yazlıq olaraq 73 hektarda kartof əkini, 23 hektarda yazlıq müxtəlif növ  tərəvəz bitkiləri əkilmişdir.
        Bitkiçiliklə yanaşı, rayonda heyvandarlıq sahəsinədə xüsusi fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı rübün sonuna 2537 baş, qoyun - keçinin baş sayı isə 11315 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 820 sen, süd istehsalı 16900 sen, yumurta istehsalı 30 min ədəd, yun 140 sentner  olmuşdur.
        Rayonda rüb ərzində 4895.6 min manatlıq təmir-tikinti işləri aparılmişdır.
Demoqrafiq  vəziyyət
        2018-cı ilin II rübü ərzində rayonumuzun əhalisi 28947 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 16018 nəfəri isə azərbaycanlılar  təşkil edir. Rüb ərzində 31 uşaq doğulmuş, 20 ölüm halı qeydə alınmışdır. Ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
Rüb ərzində rayona  gələnlərin sayı 105 nəfər, gedənlərin  sayı 52  nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
        Dünyamin ƏSƏDOV, 
      Xocalı RSİ-nin rəisi 
    02.07.2018
Paylaşın:

Bu gün Xocalı rayon İH-nin başçısı, elimizin dəyərli ağsaqqalı, "Şöhrət" ordeni təltifli Şahmar Usubovun növbəti doğum günü-yubileyidir

      Usubov Şahmar Şahhüseyn oğlu 1953-cü il avqust ayının 4-də DQMV-nin Xocalı kəndində anadan olmuşdur. 1960-cı ildə Xocalı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-1971-ci illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləmişdir. 1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olmuşdur. 1972-1974-cü illərdə Buryatiya MSSR-də hərbi xidmətdə olmuşdur. 1974-1979-cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maddi - Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakültəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. 1974-1975-ci illərdə Xocalı 2 №-li sovxozda fəhlə işləmişdir.1975-1979-cu illərdə Şuşa şəhər 1№-li təcridxanada böyük mühasib işləmişdir. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləmişdir. 1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 1998-1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləmişdir. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləmişdir. 12.05.2000-ci ildən 16.12.2000-ci ilədək “Seyhun” şirkətində icraçı direktor işləmişdir. 2000-ci ilin dekabr ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir. 06.08.2013-cü il tarixdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif  edilməsi haqqında Sərəncam vermişdir.
        Rayonumuzun başçısı rayon sakinlərinin əzizi, elimizin dəyərli ağsaqqalıdır. Onun tapşırıqlarını hər kəs diqqətlə dinləyir və özü üçün yaxşı nəticələr çıxarır. Cənab başçımızın rəhbərliyi ilə rayon sakinləri arasında həmrəylik və mehribanlıq davam etməkdədir. Şəhid ailələrinin, imkansız ailələrin problemləri ilə daim maraqlanan başçımız bütün sakinlərin eyni səviyyədə yaşaması prinsipi ilə onlardan diqqət və qayğısını əsirgəmir. O, rayonumuzun və gənclərimizin uğurlarına hamıdan çox sevinən insandır. Xocalı rayon müəssisə, idarə rəhbərləri və işçiləri də cənab başçımızın göstərdiyi etimadı doğrultmaq və rayonumuzun adına layiq işlər görmək üçün böyük həvəslə öz işlərinin öhdəsindən gəlirlər. Şahmar Usubov yüksək idarəçilik qabiliyyətinə malik olan bacarıqlı, alicənab rayon rəhbəri olmaqla yanaşı, eyni zamanda gözəl ailə başçısıdır.
        Bu gün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovunın 65 yaşı tamam olur. Şübhəsiz ki, cənab Şahmar Usubovun ən böyük arzusu Qarabağımızın, Xocalımızın düşmən tapdağından azad olunacağı günü görməkdir. Hörmətli başçımızı yubiley münasibətilə rayon ictimaiyyəti adından təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti arzulayırıq və növbəti ad gününü doğma Xocalıda keçirməyini Allahdan diləyirik.
“XOCALININ SƏSİ”

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi