Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalılar Yeni il şənliyini doğma torpaqlara qayıtmaq arzusu ilə qeyd etdilər

        28 dekabrda Xocalı rayon Mədəniyyət evində Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın müavinləri Vahid Əliyev, Lamiyə Qarayeva, hüquq-mühafizə orqanları əməkdaşları rayon ziyalıları, "N" saylı hərbi hissənin əsgərləri və məktəb şagirdləri iştirak etdilər. 

        Tədbirdə çıxış edən natiqlər ölkəmizin 2018-ci ildə əldə etdiyi uğurlardan danışdılar. Bildirildi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. İyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm Hərbi Parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Cünnüt kəndinin erməni işğalından azad edilməsi, ermənilərə, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirildi. Sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərədfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Senyabr ayının 21-də isə “Cümhuriyyət İli” çərçivəsində Müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olundu. Dünyanın 50-yə yaxın ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edildi. AXC-nin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi.  İyun ayının 12-də Türkiyənin Əksişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın rəsmi açılış mərasimi oldu.  İyul ayında Azərbaycan Prezidentinin Brüsselə növbəti səfəri olub və bu, siyasi tariximizə “Brüssel zəfəri” kimi düşüb. Həmin səfərdə “Brüssel zəfəri”ndə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edilib. Avqust ayının 12-də məhz Azərbaycanın, zamanında eks-prezident, mərhum Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələnib. 31-ci ilini artıq geridə qoymaqda olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli bu il də baş tutmasa, Ermənistanın destruktivliyi, təxribatçılıq əməlləri davam etsə belə, Qarabağ probleminin çözümü istiqamətində Azərbaycan dövlətinin, ölkə liderinin ardıcıl səyləri davam etdirilib.

        Şaxta babanın Yeni il sərgüzəştləri və məktəb şagirdlərinin hazırladıqları gülməli səhnəciklər tədbir iştirakçılarının ovqatını artırdı.

        Tədbirdə Xocalı rayon mədəniyyət işçiləri bir-birindən gözəl şən mahnılar ifa etdilər.

        Yeni il şənliyi düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yekunlaşdı. 






















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi