Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirildi

        Vətəndaş amilinin ön planda tutulduğu Xocalı rayonunda hər bir sakin tərəfindən qaldırılan məsələyə diqqətlə yanaşılır. Onları narahat edən qayğılar yerindəcə araşdırılır və həll olunması üçün konkret işlər görülür. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin ön planda olması xocalılar tərəfindən də yüksək qiymətləndirilir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, onlar çəkinmədən öz müraciətlərini edir, ürək sözlərini çatdıra bilirlər.

        14 may 2019-cu il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini cənab Fuad Hüseynov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov tərəfindən vətəndaşların qəbulu keçirildi.

        Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən qəbulda fərdi qaydada ümumilikdə 38 nəfərin müraciəti dinlənildi. 

        Müraciətlər əsasən, evlə təmin olunma, işlə təminat, məcburi köçkün vəsiqəsinin verilməsi, vahid aylıq müavinətin bərpası, 11 min manat kompensasiya alacaq şəhid ailələrinin siyahısına salınmaq, kommunal xidmətlər ilə bağlı cərimələrin silinməsi və digər məsələləri əhatə edirdi. Qəbulda həmçinin, Goranboy rayon ərazisində salınmış Yeni yaşayış massivində xeyir-şər evinin tikilməsi, Aşağı Ağcakənddə qəsəbədaxili küçələrin işıqlandırılması, Yuxarı Ağcakənddə qəsəbədaxili yolların asfaltlaşdırılması və qəsəbəyə marşurut xəttinin təşkili, Meşəli qəsəbəsinə çəkilən suvarma su xəttinin bərpası, qəsəbədaxili küçələrin şebellənməsi, Börü qəsəbəsində bir neçə qəzalı vəziyyətdə olan evlərin bərpası, qəsəbəyə internet xəttinin çəkilməsi, qəsəbədaxili küçələrin işıqlandırılması, uşaq bağçasının açılması və digər camaatı narahat edən ümumi məsələlər də diqqətə çatıdırldı.

       Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar sakinlərə qaydalarla bağlı izahat verildi. Bir sıra müraciətlər yerindəcə həllini tapdı. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürüldü.













































   
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi