Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xocalı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və təhsil" mövzusunda tədbir keçirildi

        13 iyunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xocalı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və təhsil" mövzusunda tədbir keçirildi. 
        Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, mədəniyyət işçiləri, məktəb direktorları, direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak etdilər. 
        Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətini diqqətə çatdırdı və rayonumuzda dini durumla bağlı məlumat verdi. 
        Daha sonra çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov bildirdi ki, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır. Sədr müavinin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.
        Bütün səmavi dinlərin, o cümlədən İslamın insanları sülhə, əmin-amanlığa, elm öyrənməyə səslədiyini vurğulayan sədr müavini bildirdi ki, istər Quranda, istərsə də başqa mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə çağırışlar edilib, elm öyrənənlərə, alimlərə hörmətlə yanaşılıb, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunub.
        Tədbirin sonunda DQİDK-nin sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırdı. 




















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi