Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon ümumtəhsil məktəblərində 126 məzun üçün "Son zəng" çalındı

       14 iyun tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də "Son zəng" günü ilə bağlı tədbir keçirildi.
        "Son zəng" tədbirlərində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının və Xocalı rayon Təhsil Şöbəsinin məsul işçiləri iştirak etdilər.
         "Son zəng" tədbirləri Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı. Məzunların hazırladıqları müxtəlif kompozisiyalar, musiqi nömrələri iştirakçılarda xoş və kövrək anlar yaratdı.
        Xocalı rayon 5 saylı tam orta məktəbdə iştirak edən rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxış edərək bütün məzunlarımıza müstəqil həyatda uğurlar arzuladı. Hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq dövlətimizə sədaqətli vətəndaş olmalarını tövsiyə etdi. Növbəti "Son zəng" mərasimlərini Qarabağda  - Xocalıda keçirilməsi arzusunu dilə gətirdi.
        Qeyd edək ki, bu gün Xocalı rayon ümumtəhsil məktəblərində təhsil alan 126 məzun üçün "Son zəng" çalındı.











Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.