Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov növbəti səyyar qəbul - görüş keçirdi

        Avqustun 15-də Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubovun Goranboy rayon Meşəli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə səyyar qəbul - görüş keçirdi. 
        Səyyar qəbul - görüşdə rayon icra hakimiyyəti başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və qəsəbədə məskunlaşan sakinlər iştirak etdilər. 
        Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov qəsəbədəki ümumi vəziyyəti diqqətə çatdırdı. Bildirdi ki, əvvəlki illərdə qaldırılan bir çox poroblemlər öz həllini tapıbdır. Bununla belə, bəzi problemlər hələ də qalmaqdadır. Qəsəbədə içməli su xəttində çürümə baş verdiyindən su təminatı zəifdir. Suvarma suyunun işə düşməsi üçün enerji təminatına ehtiyac var. Əhalinin kənd təsürrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması tələb olunur. 
       Sakinlər öz çıxışlarında inzibati ərazi dairəsi nümayəndənin fikirlərini təsdiq etdilər və problemlərin həllini rayon rəhbərindən xahiş etdilər. 
       Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov problemləri dinlədikdən sonra Xocalı Su-Kanal İdarəsinin rəisi Ramil Rüstəmova müvafiq göstərişlər verdi. Qaldırılan digər məsələlərin də həlli nəzarətə götürüldü. 














Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi