Xocalı RTŞ-nin kollektivi və rayonun təhsil işçiləri.
"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR
Zəhmətkeş, bacarıqlı təhsil işçisi, yubiley yaşınız mübarək!
Xocalı RTŞ-nin kollektivi və rayonun təhsil işçiləri.
Xocalının “brilliant oğlan”ı Avropa çempionu oldu

Nəriman Abbasov oğlunun qələbə xəbəri ilə bizi bir daha sevindirdi. Xocalının ümidli gələcəyi Abbas, Türkiyədə təşkil olunan yarışdan Vətənə parlaq qələbə ilə qayıdıb. Atası telefon danışığında bildirdi ki, təmsilçimiz 05-08 sentyabrda İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladıram ki, Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. Onun atası Nəriman Abbasov Xocalı rayon Cəmilli kənd sakinidir. Abbas 2 ilə yaxındır ki, karatenin kyokusinkay, jiyutaido və kyokişin növü üzrə məşğul olur. 2019-cu ildə 2 dəfə çempion olub. 14 fevralda İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub.
Nəriman Abbasovun ən böyük arzusu Xocalıya qayıtmaq və oğlunun yarışlarda düşmən idmançısı üzərində qələbəsini görməkdir.
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru
"Ölümə doğru üç addım, yaxud 20 gün erməni əsirliyində" sənədli filminin təqdimatı oldu
Sentaybrın 21-də xocalıların kompakt şəkildə müvəqqəti məskunklaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət gəstərən Xocalı rayon Mədəniyyət evində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlmiş Xocalı rayonunun vətənpərvər ziyalısı, 20 gün erməni əsirliyində amansız işgəncələr görmüş Əliyev Arif Ədil oğlunun həyat və fəaliyyətindən, əsirlik həyatından bəhs edən filmin nümayişi oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan sənədli filmin təqdimat mərasimində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov, Flora Qasımova, filmin qəhrəmanı və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Sənədli filmin layihə rəhbəri “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, ssenari müəllifi və rejissoru İlham Cəmiloğludur.
Məlumat verilib ki, Arif Əliyev 12 mart 1942-ci ildə DQMV-nin Kosalar kənd sovetliyinə tabe olan Qaragav kəndində dünyaya göz açmışdır.
Əvvəlcə doğma Kosalar kənd məktəbində təhsil alan Arif 1959-cu ildə Şuşa şəhər 4 nömrəli orta məktəbi, 1961-ci ildə Şuşa şəhər pedaqoji texnikumunu bitirərək üç il ərzində Xocavənd rayonu Aşan kəndində, Xocalı rayonu Daşbulaq və Kosalar kənd məktəblərində müəllim işləmişdir.
İstək və həvəsi gənc, istedadlı Arifin yolunu Bakı şəhərinə saldı. O, 1963-1969-cu illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində təhsil alaraq dilçi-filoloq ixtisasına yiyələndi. Arif Əliyev BDU-də Bəxtiyar Vahabzadə, Mir-Cəlal Paşayev, Ağamusa Axundov kimi elm fədailərindən dərs almışdır.
Təşkilatçılıq qabiliyyəti nəzərə alınan Arif müəllim dövlət qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. O, 1964-cü ildən 1972-ci ilədək Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləmişdir. Bu illərdə Arif müəllim həm də Xankəndi Pedaqoji İnstitutunda müəllimlik etmişdir. Erməni millətçilərinin əhatəsində işləyən Arif müəllim Xankəndi şəhərində “Qönçələr” adlı ədəbi dərnək yaratmış, poeziyaya, yaradıcılığa meyli olan xeyli istedadlı azərbaycanlı gənci bu dərnəkdə toplamış, onların üzə çıxarılmasında, istedadlarının inkişaf etdirilməsində və tanınmasında böyük rol oynamışdır. Arif müəllimin öz şeirləri müntəzəm olaraq “Azərbaycan”, “Ulduz”, “Ədəbi Azərbaycan” jurnallarında, almanaxlarda, respublika qəzetlərində və “Dünyamız, az göyərin” kitabında nəşr olunmuşdur.
Arif müəllim 1972-1974-cü illərdə doğma Kosalar kəndində Ü.Hacıbəyov adına kolxozun idarə heyətinin sədri seçilmişdir. O, 1974-cü ildən yenidən Xankəndi şəhərinə qayıdaraq 1974-1977-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin təşkilat şöbəsinin təlimatçısı, 1977-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir.
Daim erməni millətçilərinin əhatəsində gərgin vəziyyətdə işləyən Arif müəllimin bundan sonrakı işi daha ağır, daha çətin oldu. Belə ki, o, 1980-ci ilin martından Azərbaycan Kommunist Partiyası Ağdərə rayon Komitəsinin ikinci katibi seçilmişdir. 1981-1985-ci illərdə Arif müəllim Bakı Ali Partiya Məktəbində təhsil alaraq partiya siyasi işi ixtisasına yiyələnmişdir. Ümumiyyətlə, bu insan daim yenilikləri öyrənməyə meyl etmişdir. 1965, 1970, 1975, 1980, 1986-cı illərdə Bakı Ali Partiya Məktəbinin kurslarında, 1977-1979-cu illərdə Moskva şəhərində keçirilən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin seminarlarında iştirak etmişdir.
Arif müəllim Ağdərə rayonunda işləyərkən vəzifədə olan erməni millətçilərinin daim azərbaycanlılara qarşı ögey münasibətlərini görmüş, bu şovinistlərə qarşı mübarizə aparmış, azərbaycanlı əhaliyə arxa-dayaq olmuşdur. Məlum olduğu kimi erməni millətçiləri 1988-ci ildən başlayaraq açıq şəkildə separatçılığa başladılar. Belə ağır, çətin şəraitdə Arif müəllim 1991-ci ilin sentyabrına qədər bu vəzifədə işləmişdir. Erməni terrorçuları hətta onu 10.09.1990-cı il tarixdə girov götürmüş, aparılan danışıqlar nəticəsində iyirmi gündən sonra girovluqdan azad etmişlər. Bu rayondakı zərbaycanlıların vəziyyətini dərk edən Arif müəllim yenə də bu rayonda qalmış, əvvəlcə Ağdərə rayonu Sırxavənd Ərazi Partiya Komitəsinin birinci katibi, sonra isə 01.08.1992-ci ilə qədər Sırxavənd Ərazi İcraiyyə Komitəsinin və Müdafiə Şurasının sədri vəzifələrində işləmişdir. Arif Əliyev Qarabağ müharibəsi veteranıdır.
Bu illərdə öz müstəqilliyini yenicə qazanmış Azərbaycana təcrübəli kadrlar hava, su kimi lazım idi. Bu dövrdə Arif müəllimin də potensialından istifadə olundu. Belə ki, Arif müəllim 01.08.1992-ci il tarixdən 10.02.1993-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Səlahiyyətli Nümayəndəliyinin aparatında Milli Münasibətlər Şöbəsinin müdiri vəzifəsində, 1993-1999-cu illərdə Xocalı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəis müavini vəzifəsində, 1999-cu ildən Xocalı rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi, 2000-ci ildən isə həmin şöbənin müdiri vəzifəsində işləmiş, 2009-cu ildən təqaüdə çıxmışdır.
Arif müəllimin çəkdiyi zəhmət hədər getməmiş, 1982-ci ildə “Şərəf nişanı” ordeni, 2008-ci ildə isə üçüncü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
"Daş yağışı və sonra" adlı poemasında Arif Əliyev 20 günlük əsirlik həyatında çəkdiyi məşəqqətləri qələmə alıb.
Yazı işlənir...................

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü UTECA-da "Beynəlxalq Sülh Günü" ilə bağlı keçirilmiş tədbirdə iştirak etdi
Sentyabrın 20-də Azərbaycan Texnologiya Universitetində "Beynəlxalq Sülh Günü" ilə bağlı dəyirmi masa ətrafında tədbir keçirildi. Tədbirdə Universitetin rektoru Akif Süleymanov, pedaqoji kollektiv və tələbələr iştirak etdilər.
Əvvəlcə Respublikamızın Dövlət Himni səsləndirdi.
Sonra torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Akif Süleymanov “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Akif Süleymanov torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülhün xüsusi əhəmiyyət kəsb etdiyini dedi.
Dəyirmi masa ətrafında çıxış edən natiqlər “Beynəlxalq Sülh Günü” ilə bağlı öz fikirlərini bölüşdülər.
"Xocalının səsi" qəzetinin redaktoru, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Texnologiya Universitetinin Kommersiya ixtisası üzrə qiyabi təhsil alan tələbəsi Qalib Quliyev tədbirdə "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneələr" adlı mövzu ətrafında çıxış edərək Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, təcavüzkar siyasətindən danışdı. Bildirdi ki, BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymayan Ermənistan qeyri-konstruktiv mövqe göstərərək ATƏT-in Minsk qrupunun Lissabon prinsiplərinə əsaslanan təkliflərlə də razılaşmadı.
Dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.
Üç il əvvəl Aprel döyüşlərində keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir. Bununla belə Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini gözləyir.
Ümid edirik ki, danışıqlar məsələnin həllinə gətirəcək. Məsələnin həlli isə çox sadədir - erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdır. Bundan sonra sülh və təhlükəsizlik təmin oluna bilər.
Tədbirdə sülhün əhəmiyyətini və həqiqi mənasını əks etdirən videoçarx nümayiş olundu.

“Avropa irs günləri” ilə əlaqədar Xocalı məktəbliləri üçün ekskursiyalar təşkil edildi
“Avropa irs günləri” ilə əlaqədar Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdlərinin Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə və Gəncə şəhərinin tarixi abidələrinə, muzeylərinə ekskursiyası təşkil edildi.
Muzeyin direktoru Tofiq Məmmədov və ekskursiyaçısı Xatirə İsmayılova şagirdlərə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin yaranma tarixindən və muzeydəki nadir eksponatlar haqqında məlumat verdilər. Bildirildi ki, Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılmışdır.
1992-ci ildə may ayının 9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponatlar işğal zonasında qalmışdır. Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponatlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
Daha sonra şagirdlərin Gəncə şəhərinin tarixi abidələri ilə tanışlığı məqsədilə ekskursiya davam etdirildi.
Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.
Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi
Senyabrın 18-də Xocalı Rayon İcra Hakimiyyətinin Başçısının növbəti səyyar qəbulu Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində məskunlaşmış əsasən Xocalı rayon Kosalar kəndindən olan sakinlərlə oldu. Səyyar qəbul - görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, rayonunun idarə, müəssisə rəhbərləri və sakinlər iştirak etdilər.
Səyyar qəbul - görüşü giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açaraq qəsəbədə məskunlaşmış kənd sakinlərini salamladı, ən səmimi ürək sözlərini çatdırdı. Qeyd etdi ki, hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri dinləmək, həlli istiqamətində tapşırıqlar verməkdir.
Xocalı rayon Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi məsələlər haqqında məlumat verdi. Bildirdi ki, sakinlərin əsas müraiciətləri heyvandarlıqla məşğul olmaları üçün otlaq sahəsinin ayrılması və məcburi köçkünlər üçün salınması nəzərdə tutulan qəsəbənin hal-hazırda məskunlaşdıqları qəsəbəyə yaxın ərazidə inşa edilməsinə köməklik göstərilməsidir.
Qəbulda sakinləri narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov tərəfindən cavablandırıldı, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların geniş icmalını verdi, regionlara göstərilən diqqət və qayğını nəzərə çatdırdı.
Xocalıların əzminə, həmrəyliyinə, daim dövlətçiliyə sədaqət göstərmələrinə olan dərin ehtiramını bildirən Prezident Administrasiyasının rəsmisi sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını dedi.
Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını etdilər.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov “Bilik günü” tədbirində iştirak etdi
Xocalı rayonunun orta təhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınımış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin birlikdə keçirdikləri "Bilik günü" tədbirində iştirak etdi.
Tədbir Dövlət Himnimizin oxunması ilə başlandı .
Sonra məktəb direktorları çıxışlarında rəhbərlik etdiyi təhsil ocaqlarının ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışdılar. Şagirdlərin buraxılış və ali məktəbə qəbul imtahanlarında göstərdikləri nəticələr haqqında məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, qəsəbədə fəaliyyət göstərən bu 3 məktəb arasında elmi cəhətdən rəqabət vardır. Bu da təhsilin inkişafına müsbət təsir göstərir.
Sonra sevinc hislərini bölüşmək üçün söz valideynlərə verildi.
Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 1595 nəfər şagirdin təhsili ilə 288 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayonu üzrə 125 nəfər XI sinif məzunundan 99 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermişlər, onlardan 54 nəfər ali, 20 nəfər isə orta ixtisas məktəbləriə qəbul olmuşlar.
Rayonumuzun icra başçısı Şahmar Usubov bildirdi ki, 15 sentyabr Bilik gününün Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad etdikləri şərəfli gün ilə eyni günə düşdüyü üçün iki əlamətdar hadisəni eyni gündə qeyd edirik. 101 il öncə bu gün - sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı.
Şahmar Usubov dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açaraq bildirdi ki, ölkəmizdə təhsilin inkişafı sahəsində uğurlu layihələr, bir sıra dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur.
Məcburi köçkünlər üçün yaradılan şəraitdən danışan rayonumuzun icra başçısı, xocalılar üçün salınmış qəsəbələrdə bütün zəruri infrastrukturun yaradıldığını qeyd etdi. Gəncə şəhəri ərazisində salınımış qəsəbədə tikilmiş məktəb binasının öz gözəlliyi ilə seçildiyini vurğuladı. Yaradılmış şəraitin qarşılığında pedaqoji kollektivin məsuliyyətlə işlərinə yanaşmalı olduğunu dedi.
“Bilik günü” tədbirində şagirdlər şeirlər səsləndirdilər.
Sonda ilk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qəsəbədə fəaliyyət göstərən məktəblərin şəraiti ilə maraqlandı. Məktəblərin dəhlizinə vurulmuş stendlərə, guşələrə baxış keçirdi. Birincilərin sinif otaqlarına daxil olan rayon icra hakimiyyətinin başçısı, körpə fidanları təbrik edərək onlara məktəb həyatında uğurlar arzuladı.