Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şahmar Usubov Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə növbəti səyyar qəbul - görüş keçirdi

        Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, 5 sentyabr tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə məskunlaşmış əsasən Xocalı rayon Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul - görüş keçirdi.   
        Qəsəbə sakinlərini narahat edən məsələləri öz dilindən eşitmək və onların həlli istiqamətində əməli işlər görmək məqsədilə keçirilən səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq - mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. 
        Səyyar qəbul - görüşdə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbədə bir müddət əvvəl telefonlaşdırma işlərinin yekunlaşdırıldığını qeyd etdi. Bildirdi ki, abunəçilərin internetə qoşulması üçün  müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.
        Müraciətlər əsasən veteran vəsiqəsinin verilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı oldu.
        Şahmar Usubov səslənən müraciətlərin həllini nəzarətə götürdü, araşdırılmalı problemlərin qanuna uyğun formada həlli istiqamətində tapşırıqlar verdi.











Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi