Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım İctimai Birliyinin diqqətçəkən təşəbbüsü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Türkiyə Aikido Təşkilatı Dərnəyinin Başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin iştirakı ilə iki gündür ki, Aikido Yapon idman növü ilə tanışlıq təlimlərinə başlanıb.
E.Ergin və E.Aydəmirin Mərkəzə səfəri “Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən təşkil olunub. Hər iki idmançı sentyabrın 10-dək Mərkəzdə qonaq olacaq və təlimləri aparacaqlar.
  Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido Yapon idman növü barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar. Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına, onlar arasında  idman növlərinin təbliği işlərinə dəstək verməkdir.




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi