Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şahmar Usubov Şura iclasında çıxışlara münasibət bildirdi, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi

        22 noyabr tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti geniş Şura iclası keçirildi. İclasda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Şura üzvləri, rayonun idarə, müəssisə əməkdaşları iştirak etdilər. 

        Şura iclasını açıq elan edən Şahmar Usubov gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Gündəlikdə Rayon üzrə vergi öhdəliyinin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi və lazımi tədbirlərin görülməsi, Rayonda əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirmək, Rayon Məşğulluq proqramını rayon İHB-nın təsdiqinə təqdim etmək, Səhiyyə obyektlərində təmir işlərinin vəziyyətinin idarə, müəssisə və təşkilatlarda qışa hazırlığın vəziyyəti haqqında və Yetkinlik yaşına çatmayanların alkoqollu içkilər, siqaret satışında, ağır və zərərli işlərdə işlədilməsinin qarşısını almaq məqsədilə reydlər keçirmək və nəticələrini komissiyanın iclasına çıxarmaq haqqında məsələlər müzakirə edildi. 

        Şura iclasında gündəlikdə duran məsələlər haqqında aidiyyəti idarə, müəssisə rəhbərləri və işçiləri çıxış edərək görülən və görülməsi nəzərdə tutulan işlər haqqında geniş məlumat verdilər. 

        Rayonumuzun rəhbəri Şahmar Usubov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.













Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi