Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürkün görüşü olub

        Dekabrın 18-də Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürkün görüşü olub.

         Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə əsas mövzu Azərbaycanın ən yaralı yeri olan Dağlıq Qarabağ mövzusu, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması, həmçinin Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri olmuşdur. 

         Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 27 il əvvəl ermənilərin Xocalıda törətdiyi bəşər tarixinin qanlı səhifəsi olan soyqırım haqqında danışıb. Doğma yurdlarından didərgin düşmüş və Respublikanın 50-dən çox rayonuna səpələnmiş Xocalı sakinlərinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşadıqlarını qeyd edib.

        Zəki Öztürk Türkiyə tərəfinin bu məsələdə həmişə Azərbaycanın mövqelərini müdafiə etdiyini, Qarabağ dərdini öz dərdləri hesab etdiyini vurğulayıb. Ermənistan işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də ölkəsinin Azərbaycana hər cür diplomatik dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi