Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi

        Dekabrın 30-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları rəhbərləri, idarə, müəssiə əməkdaşları və şagirdlər iştirak etdilər. 
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva yola salmaqda olduğumuz ilin böyük uğurlara imza atmağımızla yadda qaldığını qeyd etdi. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədar olduğunu bildirdi. Prezident  İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini, dövlətimizin qüdrətinin daha da artdığını, iqtisadiyyatımız bir neçə dəfə yüksəldiyini, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin xeyli gücləndiyini vurğuladı. 
        Sonra çıxış edən Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev bildirdi ki, 2019-cu Azərbaycanda “Nəsimi” ili qeyd edilmişdir. “Nəsimi” ilini uğurlu şəkildə başa vurduq. 
        Vahid Əliyev Xocalı rayonundan olan kümçünün Respublika üzrə ən çox barama tədarük etdiyini diqqətə çatdırdı. Cənab Prezidentin Sərəncamına əsasən, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 164 nəfəri işlə təmin edəcək "Azərxalça"nın Xocalı filialı yaradılacağını bildirdi.  
        Daha sonra tədbir Xocalı rayon Mədəniyyət evinin təşkil etdiyi bədii hissə ilə davam etdirildi. 
        Bayram şənliyində Yeni ilin personajları Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdıraraq uşaqlarla birgə rəqs etdi.
        Tədbirdə çıxış edən rayonun mədəniyyət işçiləri və şagirdlər konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etdilər.



























Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi