Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib

              Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilmişdir. 

Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

29 ildən sonra ilk dəfədir ki, Xankəndində rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.

Rac Bəşirova şərəfli və məsuliyyətli peşəsində uğurlar arzulayırıq. Bütün xankəndililəri, kərkicahanlıları təbrik edirik. Doğma torpaqlarmıza qayıtmağa sayılı günlər qalıb. Qoy ədalət həmişə zəfər çalsın. Biz torpaqlarımızı düşməndən geri aldığımız kimi, haqqımızı da sonadək alacağıq.

                            "XOCALININ SƏSİ"


Paylaşın:

Vətən Müharibəsində döyüşən igid hərbçi qardaşlar

         Quliyev Şəhriyar və Cavad qardaşları Böyük Zəfərimizin əldə edilməsində xidməti olan hərbçilərdir. Böyük qardaş olan Şəhriyar 1996-cı ilin iyulun 12-də, kiçik qardaş Cavad isə 1998-ci il noyabrın 24-də Bakı şəhərində anadan olublar. Xocalı rayon Kosalar kənd sakinləridir. Şəhriyar ADAU-nun İqtisadiyyat fakültəsini bitirib. Cavad isə kollecdə kompyuter ustalığı təhsili alıb. Hər iki qardaş aprel ayından müddətdən artıq həqiqi hərbi xidmətə yollanıb. Ailədə iki qardaş olan bu igidlər hərb peşəsini sevərək seçiblər. Qardaşların ikisi də artilleriya bölməsində baş tuşlayıcıdır. Talış və Suqovuşan kəndlərinin, həmçinin bir neçə yüksəkliklərin alınmasında hərbçi qardaşlar igidliklə döyüşüblər.
Döyüşçü qardaşların atası Feruz Quliyev I Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda Xocalı şəhər 4 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənnini tədris edir. Onun dərs dediyi şagirdlər yüksək vətənpərvərlik ruhunda tərbiyə alır. Şübhəsiz ki, vətənpərvər qardaşların hərb peşəsini seçmələri Feruz müəllimin övladlarına aşıladığı Vətən sevgisindən irəli gəlir. Fədakar ata övladlarının hərbi qulluqçu olması ilə fəxr və qürur hissi duyur. Feruz müəllim 44 günlük Vətən Müharibəsində fədakar ata kimi arxa cəbhədə dayandı. Ata duası və əsgər övladlarına, onların yoldaşlarına olan sovqatı böyük mənəvi dayaq oldu.
Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Şəhriyar və Cavadın ata və anasına minnətdarlıq edirik. Böyük Zəfərdə igid oğullarımız qədər, onları sağlam, vətənpərvər böyüdən valideynlərin də əməyi vardır.
Paylaşın:

LAÇIN AZƏRBAYCANDIR​

Laçın Azərbaycanın cənub – qqərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən​ Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsərhəddir. İnzibati mərkəzi Laçın​ şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə​ və 125 kənd var.​

Laçın​ tarixi zəngin olan bir​ ərazidir.​ Onun qədim abidələri​ 2 – 3-cü minilliyə aid edilir.​
12-ci əsrin sonu, 13-cü​ əsrin əvvəllərində​ Qarabağın dağlıq hissəsində yaranan alban​ Xaçın knyazlığı Laçını əhatə edirdi.​
1828 – ci il​ Türkmənçay​ sülhündən sonra Osmanlı və İran ərazisindən köçürülən​ ermənilərin​ Laçın bölgəsində​ məskunlaşması​ mümkün olmadı. Xanlıqlar ləğv​ edildikdən​ sonra​ Laçın bölgəsi 1829-cu​ ildə Qarabağ əyalətinə qatılıb,​ 1918 – 1922 –ci illərdə​ Qarabağ Quberniyasının tərkibində​ olub.​ ​
1905 – 1907, 1914 – 1920​ – ci illərdə Laçında​ daxil olmaqla Zəngəzur bölgəsində silahlı erməni dəstələri​ qırğınlar törətmiş və yarım milyona yaxın insanı qətlə yetirmişlər.​
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ermənilər​ Qarabağ və Zəngəzuru mənimsəmək​ ​iddiaları ilə kütləvi qırğınlar​ törədirdilər.​ ​
Daşnak​ Andranik​ bu məqsədlə​ öz silahlı qüvvələri ilə​ Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq​, bölgədə təxribat, itaətsizlik,​ qırğın törətmək​ istəyirdi. Bundan xəbər tutan​ Sultan bəy Sultanov​ Laçının – Zabux yolundakı dərədə​ Andranikin​ qoşununu​ mühasirəyə alaraq​ məhv etmişdir.​ Andranik​ güclə qaçıb canını qurtarmışdır.​ ​
1992 – ci ildə Laçın rayonu​ ermənilər tərəfindən işğal​ edilmişdir.​ 30 ildən sonra, 2020 – ci ildə​ Prezidentimiz demişkən “bir güllə belə atmadan” Laçını işğaldan azad etdik.​ Xalqımız bu qələbəyə görə​ Ali Baş Komandamıza​, cənab İlham Əliyevə​ və milli ordumuza, igid​ əsgərlərimizə​,​ şəhidlərimizə​ borcluyuq.​
Laçının​ strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon ərazisindən və Laçın​ şəhərinin​ içindən​ Laçın dəhlizi keçir. Bildiyimiz kimi​ bu dəhliz uzun illər erməni nəzarətində olub.​ Biz indi döyüş meydanında zəfər​ çalmışıq və bu zəfər bizi yeni dövr​ açmışdır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü​ olacaqdır. Eşq olsun Ali Baş Komandana! Yaşasın​ Azərbaycan! Qarabağ Azərbaycandır!​ ​
​Xalidə Əmraslanova,
Xocalı rayon​ ziyalısı
Paylaşın:

Laçınlar yuvasında kor yapalaq ömür sürməz!

​ ​ ​ ​ ​ 1 dekabr 2020-ci il...10 noyabrdan sonra həsrətlə gözlədiyimiz şərəfli, şanlı tarix yetişdi. Bu tarixi əlbəttə Azərbaycan xalqına İlham Heydər oğlu bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər bir səfərində, hər bir görüşündə Azərbaycan xalqının öz torpaqlarının işğal altında qalması ilə barışmayacağını bəyan etmişdir. Bu bəyanat tək bir ölkə başçısının dili ilə deyil, sanki öz torpaqlarının işğaldan azad ediməsinə cəhd edən sadə bir vətəndaş yanğısı ilə də gündəmdə idi. Ulu öndər Heydər Əliyev 90-cı illərdə öz çıxışlarının birində Azərbaycan dövlətçiliyinin yolunda təkcə öz həyatıbndan keçmək deyil, lazım gələrsə övladlarını bu yolda qurban verməyə hazır olduğunu demişdir. Cənab Ali Baş Komandanın ölkə başçısı kimi deyil, lazım gələrsə sıravi əsgər kimi silaha sarılaraq öndə getməyə hazır olduğunu görən xalq bir daha onun ətrafında yumruq kimi birləşdi. Ermənistan silahlı qüvvələrinə əsl məğlubiyyət yaşadan Azərbaycan oğulları məğlub tərəfi kapitulyasiyaya məcbur etdi. Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi liderin sözünün qüdrəti ilə Azərbaycana qaytarıldı. Torpağının altı da, üstü də faydalı qazıntılar,mineral sular, tarixi abidələr olan Laçın rayonu mənfur ermənilərin tapdağından azad edildi. Cənab prezident birinci növbədə laçınlılara və eyni ilə bütün Azərbaycan xalqına Laçının füsunkar təbiətinə qayıtmağı tövsiyə etdi. Mənim bu gün əlim gəlmir bu canilərin adlarını yazmağa. Cənab Ali Baş Komandan onları başından elə zərbə ilə vurdu ki, çətin ki, onlar bir də özünə gələ. Artıq Xankəndinin, Xocalının öz sakinlərinə qovuşacağı gün uzaqda deyil. Cənab Ali Baş Komandanın müdrikliyi sayəsində Laçından sonra Xocasız Xocalı Xocasına, Xansız Xankəndi öz Xanına mənsub olacaq. İşğal altında olan torpaqlarımızın işğaldan azad olunması qürurumuzu daha da yüksəltdi. Yaşasın cənab Ali Baş Komandan! Azərbaycan ordusuna eşq olsun! Qarabağ Azərbaycandır!

Aydın HƏSƏNOV,
Xocalı rayon sakini
Paylaşın:

Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə şəhidlərimizin xatirəsi yad edildi

  

         Vətənimizin ərazi bütövlüyü uğrunda on minlərlə igidlərimiz könüllü döyüşlərə atıldı. Sinəsini Vətənə sipər edən yüzlərlə mərd oğullarımız qazi və şəhid oldular. Biz onların hünəri, şücaəti sayəsində torpaqlarımızı işğaldan azad edə bildik. Şəhidlərimizin müqəddəs ruhu daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bizə Böyük Zəfərin sevincini yaşadan, qəhrəmanlıq salnaməsi yazan igidlərimiz xalqımızın yaddaşına əbədi həkk olunub. 

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına uyğun olaraq bu gün saat 12:00-da Respublikasımızın bütün bölgələrində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu münasibətlə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də anım mərasimi keçirildi. Mərkəzi küçələrdə avtomobillərin hərəkəti dayandırıldı. Qəsəbə sakinləri şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədilər.

        Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

        Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

         Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Paylaşın:

Gözəl təbiəti, faydalı qazıntıları ilə fərqlənən Kəlbəcəri düşmən tapdağından azad etdik

 


        Hal-hazırda yaşadığımız 2020-ci ilin noyabr ayında bir-birinin ardınca müjdəli xəbərlər almaqdayıq. Bu ay ərzində 28 illik həsrətdən sonra şanlı ordumuz Azərbaycanın qədim mədəniyyət beşiyi Şuşa şəhərini işğaldan azad edi və özünün döyüşdə tam şəkildə darmadağın olunacağını hiss edən düşmən, kapitulyasiya haqqında sənəd imzaladı. Sənədə əsasən düşmən ordusu noyabr ayının 15-nə qədər Kəlbəcəri, 20-nə qədər Ağdamı Azərbaycana təhvil verməli idi. Düşmən tərəfi Kəlbəcərdən çəkilməyin qısa müddətdə çətin olacağını bildirərək vaxtın daha 10 gün uzadılmasını xahiş etdi. Baxmayaraq ki, vaxtilə dinc əhalimizə qarşı mənfur düşmən belə imkanı tanımamışdı, biz yenə də humanizm prinsiplərindən çıxış edərək, düşmənə bu imkanı da tanıdıq və Kəlbəcər ərazisindən çıxmaları üçün onlara daha 10 gün əlvə vaxt verdik. Düşmən tərəfi 20 noyabrda Ağdamı, 25-də isə Kəlbəcəri Azərbaycan tərəfinə təhvil verdi. Beləcə heç bir qan tökülmədən Ağdam və Kəlbəcər rayonları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın cənab İlham Heydər oğlu Əliyevin məqsədyönlü və ağıllı siyasəti nəticəsində düşmən tapdağından azad edildi. Bu böyük qələbə idi.​ ​idi. Kəlbəcər rayonunun düşmən tapdağından azad edilməsi ölkəmiz üçün böyük strateji əhəmiyyətə malikdir. Belə ki, düşmən ölkə ilə sərhədlərimizin böyük bir hissəsi məhz Kəlbəcər rayonu ərazisindədir. Digər tərəfdən isə Kəlbəcər rayonu özünün əsrarəngiz təbiəti ilə bərabər həm də təbii sərvətlərlə zəngindir ki, bu da ölkə iqtisadiyyatına yaxın illərdə öz töhfəsini verəcəkdir.​ ​Kəlbəcər rayonu ərazisində yerləşən, uzun illər murdar düşmən tərəfindən talan edilən Zod qızıl yatağı iqtisadiyyatımız üçün böyük fayda verəcəkdir. Hər ton filizdən əldə edilən qızılın miqdarına görə bu yataq dünyanın ən zəngin yataqlarından hesab olunur. Kəlbəcər torpağı eyni zamanda digər faydalı qazıntı ehtiyyatları ilə də zəngindir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Kəlbəcərdə böyük müalicəvi əhəmiyyətə malik olan, dünyada analoqu olmayan məşhur "İsti su" qeyzer suları da mövcuddur. Bu suların möcüzəvi xarakter daşımasından danışmaqla bitməz. İsti su mədə-bağırsaq, müxtəlif yel xəstəlikləri və digər bir çox xəstəliklərin müalicəsində əvəzsiz effektə malikdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin qansız-qadasız mənfur düşməndən azad edlməsi münasibətilə Azərbaycan xalqını təbrik edərkən diqqəti bir daha bu hadisənin ölkəmiz üçün nə qədər əhəmiyyətli bir hal olduğunun üzərinə çəkdi. Kəlbəcər təkcə özünün analoqu olmayan təbii sərvətləri ilə deyil, həm də ərazisinin böyüklüyünə görə də fərqlənir. Kəlbəcər rayonu ərazisinə görə respublikamızın ən böyük rayonu olduğu üçün də, onu düşməndən azad edilməsi böyük strateji yükə malikdir. Bu böyük qələbənin, ümumiyyətlə sözlə ifadəsi olduqca çətindir. Yaşasın Azərbaycan!​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qarabağ Azərbaycandır! ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ziya Əliyev, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Xocalı rayon sakini 


Paylaşın:

Kəlbəcərdə Azərbaycan Bayrağı dalğalanır

 


       Strateji​ mövqedə​ yerləşən​ füsunkar​ təbiətə və​ zəngin​ mədəni​ irsə​ malik​ ​olan, ​Kəlbəcər ​ rayonun ​işğaldan​ ​ azad  olunması,​ Prezident​ Cənab ​ İlham ​Əliyevin​ ​uğurlu​ ​siyasi ​ ​fəaliyyətinin​ qələbəsidir.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Uzun illlər erməni​ vandallarının​ işğalda​ saxlayaraq,​ rayon​ və​ kəndlərə​ qarşı​ barbarcasına​ davranış​ ​ aparması, xalqımızın​ əsrlərlə​ maddi-mənəvi​ irsinə​ qarşı​ genosid​ ​ münasibət​ ​ göstərilməsi​ nə​ yerli, nə də ki, Beynəlxalq​ hüquqa​ sığmayan​ hərəkətlər​ hesab​ olunurdu.

      Bacarıqlı​ ​ ​siyasətçi​, Müzəffər​ ​ Ali​ Baş​ Komandan​ Prezident​ ​ ​ Cənab​ İlham​ Əliyevin​ ​ 28​ il​ ərzində​ düşmənin​ işğalda​ saxladığı​ doğma​ torpaqlarmızın​ işğaldan​ azad​ olunması​ naminə,​ başladığı​ ​ zəfər​ ​ yolu​ ​ 44​ gün​ ərzində​ ​ rəşadətli​ ordumuzun,​ xalqımızın​ birliyi​ ​ sayəsində ​ ​ şəhər və​ kəndlərin ​ tamamilə​ işğaldan​ azad​ ​ edilməsinə​ nail​ olundu.

       Ölkəmizdə​ hər​ ​ bir​ vətəndaş​ üçün​ möcüzə​ kimi​ ​görünən qələbəmiz,​ əslində  2​-ci​ Qarabağ ​ ​ müharibəsində​ bütün​ gücü,​ ruhu​ ilə​ ​ döyüşə səfərbər​ olunmuş,​ Azərbaycan​ ​ əsgərinin​ və​ zabitinin​ düşmənə​ qarşı​ döyüşərək​ qanı-canı​ hesabına​ ​ əldə ​ etdiyi ​ ​şanlı ​ ​qələbəni​ ​ xalqımıza​ Ali​ Baş​ Komandan​ İlham​ Əliyev​ və​ Ordumuz​ ​bəxş​ etmişdir.


      Əlbəttə ki,​ bu​ razılıq​ Prezident​ ​ Cənab​ İlham​ Əliyev​ qeyd​ etdiyi​ kimi​ “Bu​ Bəyanat​ heç​ də​ asan​ əldə​ olunmamışdır", çünkü​ ​ Dövlətimizin​ illərlə​ apardığı​ iqtisadi,​ siyasi​ ​ və​ hərbi​ gücün​ sayəsində​ düşmən​ həm​ döyüş​ meydanında,​ həm​ də​ siyasi​ meydanda​ ağır​ məğlubiyyətə​ ​ düçar​ ​edilmiş, məhz​ bu​ bəyanatı​ son​ anda​ xilas​ olmaq​ naminə,​ ermənistan​ hakimiyyəti ​ ​ ​ ​ imzalamağa ​ məcbur​ ​ ​olmuşdur.​


      ​ Bəyanata​ ​ əsasən​ noyabr ayının​ 15​-də​ Kəlbəcər​ ​ rayonun​ ​ və​ ​ kəndlərini​ ​ Azərbaycan​ Respublikasına​ təhvil​ verilməli​ halda​ yüksək​ dağ​ ​relyefi​ bir​ çıxış​ ​ yolunun​ və​ soyuq​ hava​ şəraitinin​ olması​ ilə​ əlaqədar​ ermənistan​ hakimiyyəti​ ​ erməni​ əhalisinin​ Kəlbəcərdən​ tamamilə​ çıxarılması​ ​üçün​ ​10​ gün ​ əlavə müddət​ ​ verilməsinə ​ razılıq ​ ​əldə​ olunmuşdur.


      Ərazisi​ 200​ kvardat​ kkilometr olan​ ərazicə​ ən​ böyük​ rayonumuz​ olan​ Kəlbəcərin​ bir​ güllə​ atılmadan, bir​ şəhid vermədən​ rayonun​ və​ 126​ ​ kəndin​ tamamilə​ işğaldan​ ​ azad​ ​ edilməsi,​ ​ 2020-ci​ ilin​ Noyabr​ ayının​ 25 - də,​ baş​ ​ vermişdir. Digər​ ​ işğaldan​ azad​ olunmuş​ ​ rayonlarmızın​ işğaldan​ azad​ ​olunması​ kimi​ ​ ​25​ noyabr​ tarixdə​ Kəlbəcər​ sakinlərinin​ vətən​ həsrətinə​ son​ qoyularaq,​ həmin tarixdə​ müzəffər​ ordumuz, ​ Kəlbəcər​ rayonuna​ daxil​ olaraq​ ​ rayon​ ərazisini​ nəzarətə​ götürərək​ ermənistanla​ Kəlbəcər​ arasında​ olan​ sərhəd​ keçid ​ ​məntəqələrində ​ ​ əsgərlərmiz​ ​mövqe​ tutmuşdur.


      Erməni​ vandallarının​ 28​ ildə​ hər​ rayon​ və​ kəndimizə​ qarşı​ məqsədli​ şəkildə​ genosid​ ​ siyasəti​ ​ yürütməsi, xalqımızın​ qədim​ maddi-mənəvi​ dəyərlərinə​ qarşı​ ​ barbar​ yanaşması,​ tarixi​ abidələrmizin​ dağıdılması​ mülki​ evlərin​ və​ meşələrin​ ​ məhv​ edilməsi,​ yandırılması, davam ​ ​ etdirilməklə​ yanaşı,​ ermənilərin​ Kəlbəcərdən​ çıxarkən də ​ bu​ vəhşiliklərini​ dünyaya​ bəyan​ etmişdilər.

       Hansı​ ki,​ o​ zaman​ ​ hakimiyyətə​ ​ zor​ gücü​ tətbiq​ etməklə​ gəlmiş​ AXCP-nin səhlənkarlığı​ və​ hakimiyyətdə​ yaranmış​ boşluq​ ​ sayəsində​ Kəlbəcərin​ işğala​ məruz​ ​ qalmasını​ asanlaşdırmışdır.

       Çox​ ​qəddarcasına​ ​düşmən yanaşaraq​ qarlı​ bir​ soyuq​ şaxtalı​ qış​ ​ günü​ ​ kəlbəcərlilərin ərazidən​ çıxmaları üçün​ 10​ saat​ vaxt​ verilmişdir. Erməni​ terrorçu​ ​ Monte​ Monekonyanın​ başçılığı​ altında ​ rayona hücum​ etmiş​ erməni​ cəlladları ​ rayondan​ ​ və​ kəndlərdən​ əhalinin​ qəddarlıqla​ çıxarılması​ o​ zaman​ hər​ bir​ azərbaycanlını sarsıtmış,​ yüzlərlə​ soydaşımız​ əsir​ götürülmüş​ vəhşiliklə​ öldürülmüşdür.

      Lakin​ ermənilərə​ əlavə​ 10​ gün də vaxt​ verilməklə​ Kəlbəcərdən​ çıxarılması​ üçün​ hər​ bir​ lazımi​ şərait​ yaradılmış, dövlətimiz yenə də öz​ hümanist​ davranışını​ ​ vətən​ müharibəsində​ olduğu​ kimi​ ​yenə də ​öz​ davranışı​ ​ilə​ dünyaya​ humanizm ​ sərgiləmişdir.

      Kəlbəcərin​ işğaldan​ azad​ olunması​ ​çox​ böyük​ uğur,​ çox​ böyük​ qələbə hesab​ olunur. Çünkü, 74​ mindən​ artıq​ ​ əhalinin​ öz​ yurdundan​ qovularaq​ məcburi​ köçkün​ kimi​ yaşamasına​ ​ məruz​ qoyan​ düşmən,​ 28​ ildən​ sonra​ ​ ​ ​ rayonun​ yenidən​ sakinlərinə​ qaytarması​ yolunda ​siyasi​ ​ qələbəmizin​ təzahürü​ Prezidentimizin​ ​ ​kəlbəcərlilərə bəxş​ etdiyi​ ən​ böyük​ ​zəfər​ sevinci​ ​kimi​ ​qarşılanmışdır.

      İndi​ ​hər​ bir​ ​Azərbaycanlı​ qürurludur! Bu​ qürur​ hər​ ​ bir​ ​ məcburi​ köçkünün,​ hər​ ​ bir​ vətəndaşın​ ​öz​ vətəni​ ilə​ qovuşması, illərlə​ unudulmayacaq​ bir​ zəfər​ tarixi​ sayəsində​ əldə​ edilməsi​ üçün​ Prezidentimə​ və​ Ordumuza​ minnətdaram!

Uca​ Tanrı​ Prezidentimi​ və​ xalqımı​ qorusun!

Aydın Əliyev,

Xocalı rayon ziyalısı


Paylaşın:

Muğamın​ beşiyi​ Ağdam, qələbən mübarək!

 


​ ​ ​ ​      ​ Artıq​ neçə​ günlərdir​ ki,​ 27​ il​ həsrətində​ olduğumuz​ qələbəni​ ​ qeyd​ edirik.​ Əvəzi​ olmayan​ igid​ oğullarımızın​ canı,​ qanı​ bahasına​ doğma​ Qarabağ​ ​ torpaqları​ azğınlaşmış​ erməni​ quldurlarından​ təmizlənib.

​ ​       ​ Bu​ səfalı​ yerlərdən​ biri​ musiqi​ beşiyimiz​ olan​ Ağdamdır.​ Vaxtilə​ hər​ tərəfi​ gül-çiçəklə​ bəzənən​ böyük​ infrastruktura​ ​ malik​ olan​ bu​ şəhərdə​ çoxlu​ muğam​ ustaları​ yetişib:​ A.Babayev,​ Q.Rüstəmov,​ ​ M.İbrahimov,​ S.Məmmədov,​ T.Bayramov​ və.s.​ Həm​ kənd​ təsərrüfatı,​ ​ həm​ sənayesi​ inkişaf​ edən​ bu​ şəhəri​ erməni​ vandalları​ vəhşicəsinə​ dağıdıb.​ Şanlı​ ordumuz​ bayrağımızı​ müqəddəs​ cümə​ məscidinə​ sancdı,​ Qələbə​ sorağı​ bütün​ dünyaya​ yayıldı.​ Həmdə​ döyüşsüz​ ​ azad​ edildi.​ Bu​ bizim​ uğurumuzdur.​ Möhtərəm​ Prezidentimiz​ İlham Əliyev​ və​ birinci​ xanım​ Mehriban Əliyeva​ işğaldan​ ​ işğaldan​ azad​ olunan​ bütün​ torpaqlarda,​ o​ cümlədən​ Ağdamda​ oldular.​ Erməni​ vandalizmini​ tənqid​ etdilər.​ Onlar​ müqəddəs​ cümə​ məscidinə​ “Quran”​ kitabı​ ilə​ getdilər,​ Tanrıya​ dua​ etdilər.​ Möhtərəm​ Ali​ Baş​ Komandanımızın​ bu​ hərəkətləri​ ilə​ biz​ qürur​ duyuruq.​ O dedi​ ki,​ biz​ bütün​ şəhər​ və​ kəndlərimizi​ bərpa​ edəcəyik.​ Düşmən​ elə​ bilməsin​ ki,​ buna​ gücümüz​ çatmır.​ Biz​ qurub,​ yaradan​ xalqıq.​ Hər şeyin​ ən​ yaxşısını​ Tanrı​ bizə​ bəxş​ edəcək.​ Pambıqçılıq,​ taxılçılıq,​ üzümçülük,​ baramaçılıq,​ idman,​ turizm,​ Qarabağ​ atçılığı,​ bir​ sözlə​ hər​ şeyi​ dirçəldəcəyik.​ Ağdamlılar​ ​ ana​ yurduna​ qayıdacaq.​ Ulu​ babamız​ demişkən​ ​ torpağı​ həm​ qorumalı,​ həmdə​ əkib-becərməliyik.​ Təki​ torpaq​ bizim​ olsun.​

Arzu​ edirəm​ ki,​ qələbəmiz​ əbədi​ olsun,​ torpağımızın​ bütövlüyü​ əbədi​ olsun.​ Xalqımız​ xoşbəxt​ olsun.​ Bunu​ bizə​ bəxş​ edən​ oğullarımıza​ eşq​ olsun.​ Şəhidlərimizin​ ruhu​ şad​ olsun.

​ ​ ​ Allah​ zəfərimizi​ qorusun!

​ ​ ​ ​Qarabağ​ ​Azərbaycandır!

   Nataliya Yusifova,

 Xocalı rayon​ Meşəli​ kənd​ tam​ orta məktəbin müəllimi

Paylaşın:

Ana Vətən Azərbaycan, doğma yurdum!​

 


Hər qarışı, hər yeri çox​ dəyərlidir. Sənin​ qoynunda doğulub, boya​ - başa​ çatmaq bir​ fəxarətdir. İnsanın​ kiçik yaşlarında​ dərk etmədiyi bəzi şeylər böyüdükcə onu​ narahat​ edir. Belə​ ki, körpə olduğumda itirdiyim​ yurdumu​ böyüdükdə​ dərk etmək​ kimi. Onun​ dəyərinin​ necə​ önəmli olduğunu bilmək kimi. 27 il öncə​ məcbur olaraq çıxarıldığım Ağdamın 27 il sonra​ dərk etdiyim​ kimi. Körpə​ qız​ idim. Onda​ nə bilirdim hara gedirik, niyə gedirik ?​ Kimdi​ bizi buna məcbur edən!? Xatırladığım sadəcə​ körpələrin qışqırığı, onların​ fəryadıdır. Köçkünlük​ həyatı çox​ ağırdır. Hələ​ də sənə “qaçqın”​ deyə müraciət olunan o söz.

Ümummilli Lider​ çox sevirdi bizi, ev qurdu​ bizə, iş verdi bizə, heç kimə izin vermədi bizi xor​ görməyə. Mənim​ xalqım, mənim millətim ifadəsi​ bizə bir ümid​ verirdi. Ölümündən​ sonra Cənab İlham Əliyevin gəlişi eynən atasının yolu ilə getməsi​ ümidimizi itirməyə​ qoymadı. Ağdamlılar​ hər zaman​ Prezidentin yanında olub, nə vaxtsa getmiş Ağdamın qayıdacağına​ inanmayıb, bunun üçün heç vaxt dualarını əskik​ etməyib.​

     Hər kəs Ağdama dövlətimiz üçün​ nə qədər dəyərli​ olduğunu​ bilir. Ola​ bilər bəzi insanlar bunu geniş şəkildə​ bilmirlər. Ancaq​ öyrənməlidir. Hamımızın​ təkcə Ağdamın deyil işğaldan azad olunan​ bütün​ rayonlarımızın​ əhəmiyyətini dərk​ etməliyik. Anlamalıyıq​ ki, vandal erməni nəyə görə Qarabağa bu qədər​ meyil​ edib. Onun​ olmayan bir şey üçün qan​ tökülməsinə​ razi​ olub. Ağdam​ həm siyasi, həmdə strateji baxımından​ çox​ dəyərlidir. Ora​ inzibati mərkəz olub, Qarabağ düzündə ən iri şəhərlərdən​ biridir. Ora​da böyük mədəni mərkəzləri, ticarət obyektləri, həmçinin ağır və yüngül sənaye mərkəzləri​ fəaliyyət​ gösətrib. Ağdam​ çörək muzeyi dünyanın bir çox​ ölkələrində​ məhşurdur. Baxmayaraq​ ki,​ işğal altında olub, amma hər zaman bütün dünya​ Ağdamı Azərbaycanın torpağı kimi​ tanımışdır. Onun​ haqqında yetərli qədər məlumata sahib​ olublar. Ermənistan​ 1988-ci ilin fevral ayında başlayaraq Qarabağa hücum etmiş, ən böyük zərbələrdən birini də Ağdama​ vurmuşdur. Daha​ sonra Ermənistan hakimiyyəti bəzi​ xarici dövlətlərin​ köməyilə​ Azərbaycanın rayonlarını işğal etdikdən sonra​ növbəti hədəf Ağdam​ seçdi. Böyük​ mübarizədən sonra 1993-cü il iyulun 23-ü​ Ağdam böyük şəhid verməsinə baxmayaraq işğal​ olundu.Çox​ insan öz yurdundan ayrı düşdü və​ qaçıqnlıq​ həyatı​ yaşandı. Düz​ 27 il...Mənə çox ağırdır, bunları yenidən​ xatırlamaq. Amma​ o qədər​ sevincliyəm ki, xatırlamağı özümə borc​ bilirəm. Çünki​, mən bu gün​ qalibəm. Düşmən​ bütün bu​ törətdikləri​ əməllərin​ əlbət cavabını​ verəcəklər. Mən​ inanıram ki, bizim Prezident bu işin​ sonuna​ qədər gedəcək və onun cəzasını alınacağı üçün əlindən gələni​ əsirgəməyəcək. Biz​ bu işdə də onun arxasında yumruq kimi​ birləşməliyik. Hər​ birimizin öz​ cəbhəsi var​ axı. Əsgər​ cəbhədə həkim​ xəstəxanda, müəllim məktəbdə.​ Yəni müharibə bitdi , biz​ qalibik. Torpaqlarımız​ qayıtdı deyib kifayətlənməyəcək​, hər cəbhədə onlara qarşı mübarizə aparaq.​


      Mən qürur duyuram, torpağım qayıtdı, Ağdamım artıq​ azaddır. Bizi​ gözləyir. Cənab​ Prezidentin ayaq basdığı məsciddə, ibadət etdiyi o müqəddəs yerdə biz artıq gedib qurbanlarımızı​ kəsməliyik. Çox​ yaxın vaxtlarda bunlar hamısı olacaq, yetər ki, sən yaşa​ gözəl yurdum, rahat yat mənim dəyərli əsgərim.​

      Prezident oranı çox ətraflı​ gəzdi. Üzündən​ çox böyük sevinc hiss​ olunurdu. Çünki, Ağdam​ mədəniyyət ocağı yenidən alovlanırdı, yenidən gözəl​ muğamlarımız dünyaya səs​ salacaq. Sənaye​ mərkəzləri​ böyüyüb dünyanın mühüm strukturuna​ çevriləcək. Hər​ kəs bilir, Azərbaycanın dəyərli muğam ustadları Arif Babayev​,​ Mənsum​ İbrahimov Ağdam​ Qarqarından su​ içiblər. Həmçinin​ Ağdamda pambıqçılıq, üzümçülük, xüsusi ilə taxılçılıq​ geniş​ yayılıb. Bunların​ hər biri inkişaf etmək üçün​ yenidən öz​ ​ camaatını gözləyir.​ ​         

         Prezidentimiz​ Ağdma​ məscidinin qarşısında çıxış edərkən xüsusilə vurğuladı ki,​ erməni mənfurları nə qədər lazımi yerləri dağıdıb​, talan​ qoyub. Bir​ dənə salamat ev, divar​ qalmayıb. Hər​ yeri yerlə - yeksan​ ediblər. Bu​ ki, öz düşüncələrində biliblər ki, biz bununla məyus​ olacağıq. Amma​ mənim xalqım vüqarlıdır. Uçan​ bütün yerləri tikilib bərpa​ ediləcəkdir. Yetər​ ki ,​ başında İlham Əliyev kimi lider, əlində də qüvvət olsun.​

Ülviyyə Əhmədova,

​Xocalı​ rayon gənci

22.11.2020

Paylaşın:

Ağdam bərpa ediləcək, əvvəlki gözəlliyinə çatacaq

 


      20 noyabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində Ağdam rayonunun erməni işğalından azad edildiyini elan etdi. 27 ildən artıqdır ki, Ağdam şəhəri və bir sıra kəndləri Ermənistan dövləti tərəfindən işğal edilmişdir. Ağdam rayonu işğala qədər necə bir tarixi dövrdən keçmişdi. Buna qısaca bir nəzər salaq. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam Azərbaycan Respublikasında çox qədim tarixə malik olan bir ərazidir. Burada aşkar edilmiş Üçoğlantəpə, Leylatəpə, Üzərliktəpə və digər yaşayış məsgənləri onun qədimliyindən xəbər verir. Üzərliktəpə isə Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri olmuşdu. Ağdamda​ yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Ağdamın işğaldan əvvəlki​ tarixinə nəzər yetirsək, Ağdam həm sənaye, həm də inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Burada dəzgah avadanlıqları,arekosmik və rabitə cihazları, asfalt, konserv, yağ-pendir, pambıq, şərab, çörək zavodu, xalça fabriki və digər sənaye sahələri fəaliyyət göstərirdi. Ağdam rayonu münbit torpağa malikdir. Ona görə də, kənd təssərüfatının pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələri burada inkişaf etmişdir. Ağdam rayonundan elm və mədəniyyət sahəsində tanınmış bir sıra görkəmli şəxslər çıxmışdır. Onlardan müxtəlif elm sahələrində xidmətləri olan - Ziyəddin Göyüşov, Rəşid Göyüşov, Teymur Vəliyev, Tofiq Vəliyev, Əkbər Bayramov, Bayram Bayramov, Adilə Namazova, Süleyman Sani Axundov, Əlfi Qasımov, Şahmar Əkbərzadə, Xudu Məmmədov və digərlərini göstərmək olar. Xudu Məmmədov XX əsrin 60-cı illərində Azərbaycanda milli oyanışda mühüm xidmət göstərmişdi. Belə ki, 1962-ci ildə „Milli Azərbaycan Qərargahı” yaradılmişdı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov sədr müavini seçilmişdi. Qərargahın məqsədi isə mühüm vəzifələrə azərbaycanlıları​ gətirmək idi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların təyin edilməsinə nail də olmuşdular. Ermənilər Azərbaycan torpağına iddia irəli sürən zaman Ağdam burada cəryan edən hadisələrin mərkəzi olmuşdur. Ermənistan Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralında başladığı müharibəyə ilk olaraq Ağdam rayonu cəlb olundu. Qarabağ müharibəsində ilk şəhidləri də Ağdam rayonu verdi. 1988-ci il fevralın 22-də Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular.

      Ağdam təkcə ermənilərlə döyüşmədi, eyni zamanda Ermənistandan və Dağlıq Qarabağdan silah gücünə amansızlıqla, vəhşiliklə qovulub, didərgin salınan on minlərlə azərbaycanlının pənah yeri oldu.1992-ci ildə Dağlıq Qarabağı bütünlükdə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, ətraf rayonlara, xüsusən də​ Ağdama olan​ hücumlarını artırdı. 1993-cü il may ayının​ 11-dən başlayan hücum əməliyyatları 23 iyulda Ağdam şəhərinin işğalı ilə başa çatdı. 1994-cü il mayın 12-dək, yəni atəşkəs elan edilənədək, hərbi təcavüz nəticəsində ermənilər​ Ağdam rayonunun 77,4%-ni işğal etmişdilər. Birinci Qarabağ müharibəsində Ağdam 6000-dən çox şəhid vermişdi.

​       20 noyabr 2020-ci ildə isə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Ağdam rayonu və digər rayonlarımızın işğaldan azad olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm diplomatik bacarığı, həm də Ali Baş Komandan kimi hərbi rəhbərliyi təqdirə layiqdir. Biz bunu alqışlayırıq.

      23 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı kadrlardan göründüyü kimi və prezidentin ifadə etdiyi kimi ermənilər şəhərdə və kəndlərdə daşı-daş üstə qoymamışdılar. Ağdamdakı maddi-mədəni abidələr tamamilə dağıdılmışdır. Prezident İlham Əliyev burada çıxış edərək bildirdi ki, biz tezliklə digər işğaldan azad olunmuş rayonlar kimi Ağdam rayonunun da yenidən qurulmasına, tikintisinə başlayacayıq. Elə ilk​ gündən prezidentin göstərişi ilə Ağdam rayonuna yolun çəkilməsinə başlanıldı. Bu da onu göstərir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əsas diqqət mərkəzində işğaldan azad olunmuş rayonların abadlaşmasıdır ki, məcburi köçkünlər tezliklə öz torpaqlarına qayıtsınlar.

     Prezident İlham Əliyev hər çıxışında Vətən müharibəsində Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini qeyd edərək,qələbəmizin təmin olunmasında böyük rol oynadığını bildirirdi. Bu birliyin təmin olunmasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın böyük əməyi vardır.

Var olsun Azərbaycan xalqının birliyi!

Qarabağ Azərbaycandır!

Gülnaz Mamedova,

Xocalı şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi

Paylaşın:

Qələbə günlərimizin işğal günlərini əvəz etməsi Azərbaycan xalqının yenilməz tarixi nailiyyətidir!


28 il müddətində hər il düşmən əsarətində olan rayonlarımızın işğal günlərini kədərlə yad etdik. Bu anım günlərində hər zaman yalnız bir arzumuz, bir istəyimiz oldu. –“Allah tezliklə öz doğma yurdumuza getməyi bizə nəsib etsin ”.

Artıq bu arzu deyil. 28 illik həsrətdən sonra Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində işğal günləri qələbə günləri ilə əvəz olundu. Müzəffər Ali Baş Komandanımız öz imzası ilə Dünya Azərbaycanlılarının eləcə də, dünya dövlətlərinin qəlbinə əbədi həkk olunacaq “Qarabağ Azərbaycandır” adlı böyük bir əsər yaratdı. Məhz elə bu möhtəşəm əsərin təqdimatı üçün noyabr ayının 16-da Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva ilk işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Ölkə Başçısı Füzuli şəhərinə gələrək orada şanlı Azərbaycan bayrağını qaldırdı. Prezidentimiz bildirdi ki, yol boyunca kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Bir dənə də olsun salamat tikili yoxdu. Sanki burada millət yox, qəbilə tayfası yaşayıb. Erməni vəhşiliyini bütün dünya dövlətləri görməlidir.
Füzuli şəhəri dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Mənfur düşmən şəhərin adını dəyişmişdir. Ancaq biz bunu bərpa etdik. Biz bunu döyüş meydanında əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı murdar düşməndən azad edərək əldə etdik. Sübut etdik ki, münaqişənin hərbi həlli var və buna nail olduq. Hərbi həlli olduğu üçün düşmən kapitulyasiya aktını imzaladı. Bu gün Ermənistan əhalisi Azərbaycan xalqının yaşadığı 1992-ci illəri yaşayır.
Səfər zamanı Ölkə Başçısı Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində iştirak etdi. 2004-cü ildən bu günə qədər çox avtomobil yollarının çəkildiyini, ancaq bu yolun çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Bu layihə işğaldan azad olunmuş torpaqlarda birinci layihədir.
Sonra Ali Baş Komandan Xudafərin körpüsünə gələrək orada Azərbaycan bayrağını qaldırdı və bildirdi ki, bu xalqımız üçün qürur və fəxarətdir. Xudafərin həm də milli qürur məsələsi idi. İlham Əliyev və Mehriban Əliyeva Xudafərin körpüsündə xatirə şəkilləri çəkdirdilər.
Daha sonra Prezident və Xanımı Cəbrayıl şəhərinə gəldilər. Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Sonra isə əvvəlcə düşmənin olub, lakin indi bizim polislərə məxsus olan polis şöbəsinə baş çəkdi. Prezident qeyd etdi ki, burada da salamat bir bina yoxdu. Düşmən hər yeri dağıdıb, töküb özləri üçün hərbi hissə tikiblər. Onlar Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Ölkə Başçısı bildirdi ki, işğaldan azad olunmuş yaşayış məntəqələrimizin hər birini yenidən bərpa edib, cənnətə çevirəcəyik. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat yenidən qayıdacaq.
Sonda ölkə başçısı bir daha qeyd etdi ki, haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu düşmənin belini qıraraq qələbə qazandı. Azərbaycan Bayrağı bu torpaqlarımızda əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Vəsilə Quliyeva,
Xocalı rayon ziyalısı

Paylaşın:

İçimizdə olan düşmənlər

Hər bir demokratik hüquqi dövlətdə siyasi partiyaların olması olduqca təqdiralayiq haldır. Memarı Ulu Öndər Heydər Əliyevin olduğu Müstəqil Azərbaycan Dövlətinin əsas siyasi xətti iqtidar partiyası, Yeni Azərbaycan Partiyası olmasına baxmayaraq ölkədə siyasi fəaliyyətlə məşğul olmaq məqsədilə, vətəndaş cəmiyyətinin inkişafı naminə, müxalif yönümlü partiya və siyasi birliklərə daim dövlət dəstəyi göstərilmiş, ictimaiyyət tərəfindən bu fəaliyyət normal qarşılanaraq seçkilərdə bu siyasi partiyaların nümayəndələrinin iştirakı üçün normal şərait yaradılmışdır.
İndi ki, dönəmdə də öz inkişaf tempinə görə sabitlik şəraitində gündən-günə sürətlə inkişaf edən Azərbaycan Dövləti tərəfindən ictimai nəzarətin fəallaşması tənqidi fikir və mövqelərin siyasi mühit üçün önəmli olması cəmiyyətdə azad fikirli ziyalı təbəqəsinin formalaşması məqsədilə, 50-dək siyasi partiya Dövlət tərəfindən qeydə alınmış və hər il həmin partiyalara dövlət tərəfindən müəyyən qədər malliyyə yardımı olunur ki, bu partiyalar öz siyasi fəaliyyətlərini göstərə bilsinlər.
2020-ci ildə ölkədə Milli Məclisə deputatların seçilməsi ilə əlaqədar keçirlən seçkidə çoxlu sayda müxalifət partiyasının namizədləridə fəal iştirak edərək Milli Məclisə üzv seçilmişlər.
Lakin 1991-92 ci illərdə hakimiyyətdə olduğu vaxtlarda ölkəni acınacaqlı vəziyyətə gətirib çıxaran AXCP və Musavat partiyası nümayəndələri elə bir durum yaratmışdılar ki, artıq Azərbaycan Dövlətinin müstəqilliyi belə təhlükə ilə üz-üzə qalmışdır. Bu azmış kimi bir tərəfdən Qarabağda gedən şiddətli döyüşlərdə həmən vaxt hakimiyyətdə olan AXCP-nin rəhbərliyi və digər xainlər dəstəsi vəzifə uğrunda aparılan mübarizənin nəticəsində, ölkədə xaos, özbaşnalıq cinayətkar bir mühit mövcud olmuş, çoxlu sayda itkilərmiz olaraq məhz 20 faiz torpaqlarmışın işğal edilməsi üçün ermənistana şərait yaradılmışdır.
Hər dəfə sosial media üzərindən pafoslu çıxışlar edərək, heç bir məntiqə uyuşmayan çıxışları ilə xalqda nifrət oyadan AXCP nın sədri Əli Kərimli hər vəchlə çalışmışdır ki, xalqın qanı hesabına qazanılan müstəqilliyimiz üçün təhlükə və təxribat yaratsın öz xain fəaliyyəti ilə ətrafına siyasi havadar yığa bilmədiyini intiqam hissi ilə əvəzləyərək yalan, şər, böhtan xaraqterli çıxışları ilə xain simasını bizlərə təkrar olaraq xatırlamış olur.
Əlbəttə xalq Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin ətrafında sıx birləşmiş hər dəfə ölkədə keçirilən seçkilərdə qələbə qazanan YAP daim ictimaiyyətin nüfuzunu qazanmış, vətəndaşlar üçün öz xeyirxah milli-mənəvi təşəbbüs və dəstəyi ilə öndə dayanmışdır.
Ali Baş Komandan Prezident İlham Əliyevin sayəsində ölkəmizdə dinamik inkişafı gözü götürməyən bu qaraguruh milli - dönüklər xəyanət etməkdən çəkinməyərək bunun üçün daim fürsət gözləmişlər. Hazırda ictimaiyyət açıq-aydın bilir ki, ermənistanın cinayətkar xuntası tərəfindən işğal olunmuş torpaqlarmızda hücum və təxribatlar törədən dinc əhaliyə silah qaldıran günahsız insanları öldürməyə cəhd dərək sülhdən yayınan ermənistan hakimiyyətinin yüksək vəzifəli şəxsləri böyük havadarları hesabına yeni torpaqlar əldə etmək niyyətindən əl çəkmirlər.
2020-ci ilin Sentyabr ayının 27-dən Qarabağda başlanan müharibə artıq ermənistan ordusunun məhvi və ermənistan hakimiyyətinin çətin durumda qalması ilə nəticələnmişdir.
Lakin düşmən tərəfdən hücum olunaraq müharibəni başlayan ermənilər artıq məhv olmaq təhlükəsindən yayına bilmirlər. Bir çox dövlətlər Beynəlxalq təşkilatlar Qarabağda ermənilərin hücumu nəticəsində başlanan müharibəni pisləyərək təcili müharibənin dayandırılması sülh danışıqlarının aparılması çağrışları olmasına baxmayaraq, ermənilərin həmləsi dinc əhaliyə qarşı cinayəti davam etməkdədir.
Ən dəhşətlisi isə odur ki, öz içimizdə olan bu vətənin övladı olsada milli dönüklük edərək xain maskasına girərək düşməni dəstəkləyən AXCP və Müsavat partiyası belə desək üzdən iraq qonşumuz "ermənilərə dayı” deyərək hansı ki, ölkədə olan 48 siyasi partiya bəyanət verərək ermənistan hakimiyyətinin cinayətkar əməllərini pisləsədiyi halda qeyd etdiyim iki partiya tərəfindən heç bir mövqe bildirilməyərək, əksinə açıq-açığına düşmənlə müttəfiq olduqlarını bəyan etmiş oldular.
Düşmən hər gün dinc sakinlərmizi öldürür, yaralayır çoxlu sayda mülkə ziyan dəyib, insanlarda təşviş yaradılmasına cəhd olunur bu həmlələrin müdafiəsinə qalxan rəşadətli Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirməklə yanaşı, Vətəni müdafiə edərək düşməndən itirilmiş torpaqlarmız azad edilir ermənistanın təcavüzkar ordusu hərbi texnikası yerindəcə dağıdılır.
Çox sadə dildə bir dəyərli fikir var “Sapı özümüzdən olan baltalar” əlbəttə bu xainlərə çox ad vermək olar, amma düşmən qədər təhlükəli olduğu gizlin deyil, amma ətrafına 5-10 havadar yığmaqla xalqda çaşqınlıq yaratmaq gücü və nüfuzu olmayan bu 5-ci kolonun üzvləri Vətən naminə etdiyi xəyanəti nə xalq, nədə tarix, nə də ki, Vətəni sevən mərd övladlarmız unutmayacaqdır.
Müharibə hər gün davam edir amma zəfərmizə çox az qalıb.Bu qazandığımız haq-ədalət naminə qələbəmizi tezliklə Qarabağda qeyd edəcəyik, xainlər isə bu qələbəyə sevinməsədə onlarda düşmən kimi öz acı məğlubiyyətini mütləq yaşayacaqdır.
Bu Vətən sənin mənim deyil hamımızın vətənidir. Qazandığımız zəfər işğaldan torpaqlarmızın azad olunması naminədir. Əlbəttə, bu qələbəyə sevinməyənlər fərqi yoxdur hansı siyasi mövqeyindən asılı olmayaraq düşmən dəyirmanına su tökən xainlər sayılır.
Rahilə Əliyeva, Şəhid olmuş oğullarmıza Allahdan rəhmət diləyirəm !

Cavid Müslüm Hüseynli

Paylaşın:

Qarabağ Azərbaycandır

Son iki ayda Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra rayonlarımız, kəndlərimiz və əlverişli ərazilər işğaldan azad olunmuşdu. Eyni zamanda Qarabağın göz bəbəyi olan Şuşa işğaldan azad edilmişdir. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Şuşa işğaldan azad olunanda bir gün sonra qəhrəman Azərbacan ordusu daha 71–dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində bu düşmənə vurulan son zərbə idi. Təsadüfü deyil ki, noyabrın 10–da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən keçərək icra ediblər. Buna görə də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixində özünəməxsus bir iz qoydu. Bu qələbə Azərbaycanın şanlı qələbəsidir.

Şuşanın azad edilməsi və noyabrın 9– da daha 71– dən çox yaşayış məntəqəsini
İşğaldan azad edilməsi bir daha onu göstərir ki, Azərbaycanın çox böyük, güclü ordusu var.
Noyabrın 16 – da Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldular. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstərişlər verdi. Artıq bu yolun inşasına start verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular.
Bütün bunlar göstərir ki, bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi günlər yaşayırıq.Torpaqlarımızın azad olunması, ordumuzun güclü olması çox qürurverici bir hissdir. Dünya təşkilatları Qarabağ məsələsinə çox zaman dırnaq arası baxırdı. Dünya bu haqsızlığa 30 il səssiz qalıb, biganə qalıb və bu biganəlik erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdi, sülh yolu ilə məsələ həll olunsun, ildən – ilə, 30 il ərzində biz eyni sözü eşidirdik- münaqişənin hərbi həlli yoxdur, Bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbiçilərimizin sücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq.
İkinci Qarabağ müharibəsi bizim şanlı qələbəmizdir. Bu gün bizim hər birimiz öz mövqeyimizdə tutduğumuz vəzifədən, peşədən asılı olmayaraq hər birimiz bir əsgər olmalıyıq. Prezidentimizin, ordumuzun yanında olmalı hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik ki, qələbəmiz, torpaqlarımızın bütövlüyü, zəfərimiz daimi olsun.
Venera Rəsulova,
Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbin təşkilatçı müavini
Paylaşın:

Qarabağa Böyük Qayıdış başlanır


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonuna səfər etməsi, eyni zamanda Azərbaycanın tarixi memarlıq abidəsi olan Xudafərin körpüsünü ziyarət etmələri xalqımızda olan ruh yüksəkliyini daha da artırır. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının üçrəngli bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Çünki bayraq qürur duyduğumuz nişanədir - dövlətin varlığını sübut edir. Dünyada millətimizin imzasını imzalar içində təsdiqləyir. Harada ki aylı-ulduzlu üçrəngli bayraq dalğalanır - ora bizim Vətənimizdir. Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmləndikcə milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. Bu səfər zamanı ölkə başçısı və vitse-prezident erməni vandallarının Azərbaycanın yaşayış məntəqələrini darmadağın edib viran qoymasının canlı şahidi oldular. Qısa bir zaman ərzində qələbəni təmin edən müzəffər Ali Baş Komandanımız erməni işğalçıları tərəfindən xarabazarlığa çevrilmiş yaşayış məntəqələrimizin də tezliklə bərpa olunacağını bildirdi. Dövlət başçısının Cəbrayıl- Füzuli- Şuşa yolunun yenidən qurulması üçün böyük məbləğdə vəsait ayırması, dünya standartlarına cavab verən magistralın tez bir zamanda çəkiləcəyi xəbəri bizi daha da sevindirir. Eyni zamanda, yaşayış məntəqələrimizin təzədən qurulacağı, bütün infrastrukturun yenidən bərpa edilməsi əsas məqsəd kimi qarşıda dayanır. Bütün bu görülən işlər ölkə başçısının qətiyyəti və iradəsi sayəsində baş verir. İnanırıq ki, yaxın zamanlarda Qarabağa böyük qayıdış başlanacaq və öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın 30 illik həsrətinə son qoyulacaq. Cənab prezidentin söylədiyi kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!​

​Fərhad Gülməmmədov,
​ ​ Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
Paylaşın:

Azərbaycan reallıq yaratdı, Ermənistanın kaptuliyasiyası oldu


Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan ordusu 30 illik həsrətə son qoydu. Uzun həsrətdən sonra Azərbaycan xalqı öz istəyinə nail ola bildi, Azərbaycan Respublikası öz doğma dorpaqlarını güc yolu ilə qaytardı. Ermənistan dövlətinin hücümu ilə başlayan müharibə və Azərbaycan ordusunun əks-hücum əməliyyatı erməni xalqına baha başa gəldi. Qısa müddət ərzində Ermənistan ordusunu darmadağın edən Azərbaycan ordusu Ermənistanı kaptuliyasiyaya məcbur edə bildi. Bu müharibə Azərbaycan tarixinə 44 günlük müharibə kimi daxil oldu. Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Bu Azərbaycan xalqının böyük sevincinə səbəb oldu, gələcək inkişafına təkan verdi. Bütün xalq müharibə gedişində, müharibədən sonrakı gedişdə Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşdi, dəmir yumruğa çevrildi.

Bunun əksini isə Ermənistan dövlətində görmək olar. Erməni müxalifəti ayağa qalxmağa məcbur oldu. Mənfur düşmənimiz Azərbaycanın əzəli torpağı olan Qarabağı vermək istəmir, əksinə yeni ərazi xülyası ilə yaşayırlar. Ermənistan dövləti həm ordumuz qarşısında, həm də diplamatiyamız qarşısında aciz duruma düşdülər. Azərbaycan dövlətinin haqlı savaşını dünya təşkilatları dəstəklədi. BMT-nin 4 qətnaməsi uzun illərdən sonra öz yerini tuta bildi.
Bu gün Ermənistan dövləti daxili böhrana sürüklənib, uçurumun astanasındadır. Ermənilər heç bir qonşu dövlətləri ilə dostluq münasibəti qurmaq istəmir, əksinə geniş ərazi ideaları ilə yaşayırlar. Hər yolla mənfur niyyətlərini həyata keçirmək istəyirlər, bu da Erməni xalqına baha başa gəlir. Çünki Azərbaycan haqlı tərəfdir, haqlı mövqeydədir.
Bizim savaşımız haqlıdır, Allah bizimlədir. Azərbaycan xalqı ermənilər tərəfindən tarixən soyqırıma məruz qalmışdır.
Rusiya Fedarativ Respublikasının vasitəçiliyi ilə 10 noyabr 2020- ci il tarixində üçtərəfli müqavilə bağlandı. Ermənistan dövləti qısa vaxt ərzində işğal etdiyi əraziləri boşaltmalıdır. Bu Azərbaycan Prezidentinin hümanist addımıdır. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi dinc əhalinin öldûrülməsini istəmədi. Ümid edirikki qarşı tərəf yenə riyakarlıq etməyəcək. Bu müqavilə ilə Status ləğv edild, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qaçqınlar və köçkünlər öz doğma torpaqlarına qaytarılacaq.
Mətanət Zamanova,
Xocalı rayon ziyalısı

Paylaşın:

Azərbaycan Ordusu Böyük Zəfərə imza atdı

27 sentyabrda başlayan Vətən müharibəsi 10 noyabr 2020-cil tarixdə haqlı olanın, yəni doğma Azərbaycanımızın möhtəşəm qələbəsi ilə başa çatdı. 44 günlük qısa bir zaman aralığında müzəffər Azərbaycan ordusu ağılasığmaz dərəcədə qəhrəmanlıqlar nümayiş etdirərək böyük zəfərlərə imza atdı. Ordumuz qarşısında duruş gətirə bilməyən düşmən, özünün məğlubiyyətini qəbul etdi və kapitulyasiya haqqında sənədi imzalamağa məcbur edildi. Göründüyü kimi bu olduqca möhtəşəm bir qələbə idi.

Lakin bu qələbə Azərbaycan ordusunun şücaəti və qəhrəman əsgərlərimizin qanı bahasına başa gəldi. Döyüşə atılan hər bir əsgər müqəddəs torpaqlar uğrunda bir damla qanını olsa belə əsirgəmədi. Bir çox igidlərimiz vətən uğrunda şəhid oldu, digər bir qrup isə sağlamlıqlarını itirərə qazi oldular.Bütün bu çətin anlarda Azərbaycan xalqı etnik kimliyindən asılı olmayaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşdi. Hər kəsi yalnız bir şey düşündürürdü. Hər şey Vətən üçün, hər şey cəbhə üçün. Məhz bu birliyin nəticəsində gələcəkdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bu böyük qələbə əldə olundu. Qazanılmış qələbənin böyüklüyündəndir ki, bu günlər Ermənistan deyilən faşist yuvası artıq matəm içərisindədir. Ölkəni mitinqlər dalğası ağuşuna alıb. Bütün müxalif qüvvələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək təlxək Paşinyanın istefasını tələb edir. Addımbaşı Kəlbəcəri, Ağdamı, Laçını tərk etmək məcburiyyətində olan mənfur ermənilərin göz yaşlarını müşahidə edirik. Bunlar vaxtilə erməni quldurlarının bizə yaşatdıqlarının layiqli cavabıdır.
Maraqlı burasıdır ki, ermənilərin bu qədər hüznlə qarşıladığı belə bir qələbəni öz içimizdən olan bəzi müxalif qüvvələr qəbul etmək istəmir, bu qələbəni elə ermənilər kimi məyusluqla qarşılayır və qazanılmış qələbəyə kölgə salmağa çalışırlar. Əlbəttə bu həm əldə etdiyimiz birliyə müəyyən mənada xələl gətirir, həm də düşmən dəyirmanına su tökməkdən başqa bir şeyə xidmət etmir. 30 ildə itirdiklərimizi, özü də nəzərə alsaq ki, həmin ərazilərin itirilməsinin günahgarı həmin müxalif qüvvələrdir, cəmi 44 günə geri qaytara bilmişiksə, belə bir qələbəni görməmək mənəvi korluqdan başqa bir şey deyildir.
Kimlərinsə bulanıq suda balıq tutmaq cəhdləri yenə də boşa çıxacaqdır. Çünki Azərbaycan xalqı artıq ağı qaradan seçməyi bacarır. Bu gün xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşib. İndi xalqı yalnız azad edilmiş əraziləri yenidən inkişaf etdirmək, oralarda quruculuq işlərinə başlamaq və həmin yerlərin müdafiəsini təşkil etmək məsələləri düşündürür. Heç bir qüvvə bu birliyi sarsıtmaq iqtidarında deyildir.
Ələddin əhmədov,
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi
Paylaşın:

Prezidentimizin Böyük Qələbə müjdəsi

Artıq bu gün hər bir Azərbaycan vətəndaşının, Azərbaycanı sevən hər kəsin sevinci, qəlbində keçirdiyi qürur hissi eynidir. Hər birimiz kiçikdən-böyüyə Qələbə sevincini yaşayırıq. Bu günə qədər bütün dünya 10 Noyabr tarixini Dünya Elm Günü kimi qeyd edirdi. Lakin biz Azərbaycan xalqı bu günü həmişə Elm Günü ilə yanaşı, həm də tarixi Qələbə Günü kimi qeyd edəcəyik. Bu qələbəni biz elmimizlə, biliyimizlə, gücümüzlə əldə etdik. Nəhayət, Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 Noyabr 2020 - ci il Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın rəşadətli ordusunun düşmənin “yenilməz ordusu “üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan tərəfi məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Bir zamanlar xəyalını qurduğumuz yurd yerləri artıq bizimdir.

Cənab Prezidentimiz bu sevinci bizimlə birgə yaşadı. Azərbaycan xalqına müraciət edərək bildirdi ki, “Bu gün tarixi bir gündür. Bu gün Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin”. Bu müraciət 30 ildə gözlədiyimiz ən möhtəşəm bir çıxış idi.
Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik. 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi oldu. Bəli, bu gün qürur hissi ilə deyə bilərik ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan və bütün Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandanımıza. Eşq olsun Azərbaycan xalqına. Eşq olsun Azərbaycanın yenilməz ordusuna. Yaşasın Azərbaycan!
Sevda Məmmədova,
Xocalı rayon sakini

Paylaşın:

QARABAĞ ZƏFƏRİ


QARABAĞ AZƏRBAYCANDIR! Məqaləni bu hər şeydən qiymətli, hər zaman arzulanan kəlmələrlə, cümlə ilə başlamağım ən gözəl bir zərurətdir, ən dəyərli reallıqdır. Çünki sentyabr ayının 27-dən öncə yazılan hər bir vətənpərvər yazıda, keçirilən hər bir toplantıda, ən xoş günlərimizdə və ağır-çətin anlarımızda ən böyük və ən son arzumuz Qarabağın-ata,baba yurdumuzun bizim olması, o cənnət Vətən torpağının azad olunması, bu günləri görməyimizi, yaşamağımızı arzulamaq idi. İndi bu arzular reallıqdır, gerçəkləşib və mən bir azərbaycanlı, bir Xocalı sakini kimi bu məqaləni yazdığım anda, bu Qələbə müjdələri bölüşən, sevincləri paylaşan sətirləri yazarkən ən xoşbəxt anları yaşayıram!

İlk öncə bu xoşbəxtliyi bizlərə yaşatdıqları üçün Möhtərəm, Müzəffər Ali Baş Komandanımıza və Onun rəhbərliyi altında həm döyüş cəbhəsində, həm informasiya, həm də siyasət cəbhəsində Prezidentimizə dəstək olan hər bir əsgərə, zabitə, məmura, siyasətçiyə, jurnalistə, bir sözlə QALİB VƏTƏNDAŞLARA öz təşəkkürümü bildirirəm! ULU ÖNDƏRİMİZİN və azadlıq yolunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında təkrar-təkrar baş əyirəm, onların ruhlarının şad olması, məkanlarının cənnət olması üçün dualar edirəm!
Şuşa-Azərbaycanın qədim insan məskənlərindən, yurd yerlərindən biri olan Qarabağın incisi, baş tacı, qüdrətli dağların zirvəsində yerləşən qiymətli və alınmaz qalamız, şərəfimiz, şanımız, Azərbaycanın mədəniyyət beşiyi, konservatoriyası olan şəhərimiz! Möhtərəm Prezidentimizin “Qarabağ Azərbaycandır!” cümləsindəki nida işarəsinin hiss-həyəcanını kəsb edən Zəfər Zirvəmiz! Şəxsən mənim üçün ilk dəfə dünyaya göz açdığım, iməkləyib-süründüyüm, ilk qədəm basdığım, hər bir küçəsinə, döngəsinə, dalanına, yağış yağanda işım-işım işıldayan daş döşəli yollarına bələd olduğum, 28 il yarım vaxt ərzində hər saniyə arzularımın önündə gələn, hər bir daşına, qumuna-çınqılına, torpağına, havasına qurban olduğum Vətənim! Mənim Məkkəm, Mədinəm, qibləm, müqəddəs Şəhərim! Sənsiz necə yaşamışıq? Yaşamışıqmı? Cavab birdir:Xeyr! Hər bir təsvirinə, foto-şəklinə, video-təsvirlərinə baxanda gözümüz dolurdu. İndi sənli günlərimizə dönürük, evimizə dönürük, xoşbəxt anlarımıza dönürük-Vətənimizə qayıdırıq! İndi sən azadsan-Şuşam!
Bu Qələbəni, bu sevinci bizə yaşadan isə polad iradəli Ali Baş Komandanımızın uzaqgörən və məqsədyönlü siyasəti, Şanlı, Müzəffər Ordumuzun cəsarəti və tarixin özü qədər ulu olan Xalqımızın milli birliyidir. Nəzərə almaq lazımdır ki, biz təkcə erməni ekstremizminə, erməni faşizminə qarşı mübarizə aparmırdıq, eyni zamanda dünya ermənipərəstliyinə, terrorizmə dəstək olan ikiüzlü “fövqəldövlətlərə”, erməni amilini əlində oyuncaq edib təsir mexanizmi kimi alətə çevirən dövlətciklərə və milliyyəti bəlli olmayan, muzd qarşılığında öz millətinə, ailəsinə dönük çıxmış insanabənzərlərə-terroristlərə qarşı mübarizə apardıq və qalib gəldik. Ulu tanrı bu birliyi, bu gücü, dövlətimizi hər zaman qorusun və müzəffər etsin!
Bir məsələ var ki, xüsusi olaraq fikirləşməliyik, qiymətləndirməliyik. Möhtərəm Prezidentimizin Şuşa Zəfərini Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanımız kimi müqəddəs and yerlərimizi ziyarət etdikdən sonra bəyan etməsi xüsusilə təqdirə layiqdir. Mən bir ziyalı və bir tarix müəllimi kimi bunu təkcə oğulun ata vəsiyyətinə sədaqəti kimi dəyərləndirmirəm, eyni zamanda güclü bir Prezidentin özündən əvvəlki dövlət, xalq rəhbərinə, onun siyasətinə olan sədaqəti və layiqli davamçının siyasətinin şanlı zirvəsi hesab edirəm. Bu dəyər dövlət olaraq bizə qazandığımız qələbələrdən daha çox lazımdır. Bu 44-45 gün ərzində Möhtərəm Prezidentimiz təkcə Ali Baş Komandan olmadı, eyni zamanda birinci əsgər oldu, birinci informasiya jurnalisti oldu, birinci vətənpərvər, ən böyük Qarabağlı oldu!
Əgər həqiqi mənada əsrə bərabər gün varsa, o günlər məhz bizim xalqımız üçün “Vətən müharıbəsi” kimi tarixdə yerini tutacaq 44-45 gündür. Xalqımızın birliyi həm Ali Baş Komandanımıza, həm də Şanlı Ordumuza stimul verdi. Məhz bu birlik sayəsində Müzəffər Ordumuz sanki hərbi təlimlərdə iştirak edir kimi, canından-qanından qorxmayaraq, düşməni qısa müddət ərzində darmadağın etdi, Ali Baş Komandanın və komandirlərin əmrlərini vaxtında və layiqincə yerinə yetirərək dünya ordularında hərbi dərsliklərə salınacaq master-klas keçdi və düşməni ədalətli, bizim üçün isə şərəfli sülhə imza atmağa məcbur etdi. Dünya üçün yeni nəsil döyüş üsullarından istifadə edərək ilahi ədaləti bərqərar etdi. Yaşasın Qarabağımızı azad edən Müzəffər Ordumuz! Yaşasın bu Orduya və Dövlətimizə rəhbərlik edib uğurlara və şərəfli sülhə imza atan Dahi Sərkərdəmiz, Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz! Yaşasın Şəhidini Uca Bayrağına büküb sinəsində basdırıb, “Təki Vətən azad olsun. Biz hamımız bir nəfər kimi Qarabağlıyıq.” deyən Ulu Xalqımız! Sən isə rahat uyu, Şəhidim! Ruhun şad olsun! Bu torpaqları bir daha qanınla sulayıb biz və bizdən sonrakı nəsillər üçün Vətən olduğunu isbat etdin bütün dünyaya!
44-45 günlük “Vətən müharibəsi”-II Qarabağ müharibəsi xalqımızın qələbəsi ilə başa çatdı və QARABAĞ AZƏRBAYCANDIR!
Ramin Məhərrəmov,
Xocalı rayon ziyalısı

Paylaşın:

HAQLI DA BİZİK, GÜCLÜ DƏ! HAQQI DA GÖSTƏRDİK, GÜCÜ DƏ!

27 sentyabr 2020-ci il! Həmin gün Azərbaycan tarixinə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı və Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsinin başlanğıc günü kimi həkk olundu. Ermənilər təxribat törədəndə heç ağıllarına belə gəlməzdi ki, onları qarşıda nələr gözləyir və aqibətləri necə olacaq. Müharibənin başladığı bir ay müddətində ard-arda 4 şəhərimizin, 200-dən artıq kənd və qəsəbəmizin işğaldan azad olunması qələbə günümüzə yaxınlaşdığımızdan xəbər verirdi. Hər gün Ali Baş Komandanımızdan yeni şad xəbərlər gözləyirdik.

Noyabr ayının 8-də dövlət Başçısı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqa çatdırdı. Prezident əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi və xalqa müraciəti zamanı ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü çox xoşbəxt hiss etdiyini bildirdi. Sonra isə Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksi üzərinə əklil qoyaraq bu möhtəşəm xəbəri xalqa çatdırdı. Dövlət başçısı qeyd etdi ki, 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını və Şuşa əhalisini təbrik edərək bildirdi ki, Şuşa bizimdir, Qarabağ bizimdir. Bu gündən sonra 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. 30 illik mənasız danışıqlar prosesi heç bir işə yaramadı və düşmən hər zaman istədi ki, status-kvonu saxlasın. Lakin mən bununla heç vaxt razılaşmadım. Biz bu qələbəni danışıq masasında yox, döyüş meydanında qazandıq. Xalqımızın, əsgər və zabitlərimizin canı-qanı bahasına əldə etdik. Dövlət Başçısı bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, yaralı əsgərlərimizə tezliklə şəfa tapmalarını arzu etdi. Ali Baş Komandan bildirdi ki, qədim şəhərimiz olan Şuşa Azərbaycan üçün çox önəmlidir. Şuşa tək Azərbaycanın yox, bütün Qafqazın incisidir. Mənfur düşmən Şuşanın mədəni və tarixi abidələrini dağıtmış, məscidlərimizi təhqir etmişdir. Mən söz verirəm ki, bunların hər biri bərpa olunacaq və Şuşada yenidən əzan səsi eşidiləcək.
Prezident qeyd etdi ki, iqtisadi gücümüz olmasa, güclü ordumuz da olmazdı və bu möhtəşəm qələbəyə nail ola bilməzdik. Şükürlər olsun ki, Azərbaycan iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyil. Azərbaycan xalqı bu şanlı zəfər yolunda yumruq kimi birləşdi və bu “Dəmir Yumruq” sayəsində düşmənin başını əzə bildik. Mən hər zaman sözümə sadiq olaraq xalqımın yanında olmuşam və olacam. Xoşbəxtəm ki, bu şad xəbəri xalqıma çatdırdım.
Ali Baş Komandan İlham Əliyev sonda bir daha bildirdi ki, Şuşa bizimdir!, Qarabağ bizimdir!, Qarabağ Azərbaycandır!
Rafiq Quliyev,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru

Paylaşın:

Xocalıların Böyük Zəfər sevinci

 


     Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin xoş müjdəsi xocalıları da sevindirir, duyğulandırır. Böyük Zəfər müjdəsini eşidən xocalılar axşam saatlarından bayram şənliyi keçirirlər. Qələbə münasibətilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşan xocalılar avtoyürüş təşkil etdilər. Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin əziz ruhu yad olundu. Müzəffər Azərbaycan Ordusu Xocalı soyqırımında cinayətlər törətmiş erməni quldurlarını məhv etdi, torpaqlarımızı yağı tapdağından təmizlədi. Bu gün şəhidlərimizin ruhları da rahatlıq tapır.

        Sonra avtoyürüş Şanlı Azərbaycan və Türkiyə Bayraqları ilə qəsəbənin girəcəyindəki Bayraq Meydanına qədər davam etdi. Yol boyu səsləndirilən şüarlara qəsəbə sakinləri də qoşuldular. Bayraq Meydanında şəhidlərimizə ucaldılmış xatirə lövhəsi önündə çıxışlar oldu. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, rayon ağsaqqalı Şükür Bəşirov çıxış edərək öz sevinc hislərini bölüşdülər, ölkə başçısı Cənab İlham Əliyevə, Rəşadətli Ordumuza minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, bu şanlı gün Ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində, Azərbaycan Ordusunun hünəri sayəsində mümkün olmuşdur. Azərbaycan dövlətini güclü edən xalqımızın həmrəyliyi və ölkə başçısı ətrafında sıx birləşməyimizdir. Müstəqil Azərbaycan bundan sonra daha da güclənəcək, çiçəklənəcəkdir.


Paylaşın:

         Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hal-hazırda Azərbaycanın haqlı mövqeyini bütün dünyaya yüksək səviyyədə bəyan edir. Vətən müharibəsi başlayan gündən xarici mediya nümayəndələri Cənab Prezidentimizdən müsahibələr götütür. Belə müsahibələrdən birini oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyi götürüb. Müsahibə əsnasında Prezident İlham Əliyev bir çox suallara aydınlıq gətirib.    

Jurnalistin Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansısa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizcə, bu sanksiyalar nədən ibarət ola bilər? sualına cavabında qeyd edib ki?  -Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq.



Paylaşın:

Tarix yazan Prezidentimiz

        Hər bir vətəndaş, böyükdən-kiçiyə Prezidentin xalqa müraciətini, çıxışını qürur hissi ilə izləyir. Bəli, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir. Biz haqq yolunda fəaliyyəti davam etdirməliyik. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər məqamda mənfur düşmənin layiqli cavabını verirlər. Cənab Prezidentimiz xalqa müraciəti zamanı qeyd etdi ki, Ermənistanın bu höküməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Artıq bu gün status – kvo mövcud deyil. Təmas xətti də yoxdur. Cənab Prezidentimiz hər gün işğaldan azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqına çatdırır. Və O, vurğulayır ki, baxmayaraq o kəndlərdən bir şey qalmayıb, eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpaqlarımız azad olunsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin canı – qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, haqq savaşındayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Sevda Məmmmədova,

Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəin

 Azərbaycan dii və ədəbiyyat müəllimi


 

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi