
Bundan başqa şöbə icra fəaliyyəti ilə yanaşı həm də probasiya fəaliyyətini həyata keçirir. Probasiya fəaliyyəti sahəsində 2019-cu il ərzində 9 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cinayət işi üzrə hökm icra olunması üçün Xocalı rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. Bu işlər hökm üzrə cərimələr, şərti və islah işləri, nəqliyyat vasitəsinin idarə etmək, müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzaları olmuşdur.
Məlumat üçün bildirirəm ki, 2017-ci ildən etibarən “Elektron İcra” İnformasiya Sistemi istifadəyə verilmişdir. Artıq həmin sistem müxtəlif dövlət qrumlarına inteqrasiya olunmuş və nəticədə məhkəmə və digər orqanların qərarlarlarının daha da çevik icra olunmasına səbəb olmuşdur. “Elektron İcra” İnformasiya Sistemi vasitəsi ilə borclular, həmçinin məhkumlar barədə bir çox məlumatlar dərhal əldə edilir və buda dövlət orqanları arasında lüzumsuz yazışmaların və vaxt itkisinin qarşısını alır. Belə ki, həmin sistem vasitəsi ilə borclu barəsində onun şəxsiyyətini təsdiq edən bütün növ sənədlər, onun qohumluq əlaqələri, mobil və stosionar telefon nömrələri, adına avtomobil və ya hər-hansı digər daşınar və ya da-şınmaz əmlakın olub-olmaması, apardığı notariat hərəkətləri, vegi ödəyicisi kimi qeydiyyatda olub olmaması, işləyib işləməməsi, pensiya alıb-almaması, sərhəd giriş-çıxış məlumatlarını və digər icra üçün zəruri məlumatları real vaxt ərzində əldə etmək olur. Bunun nəticəsində icra sənədlərinin icrası daha effektiv və səmərəli həyata keçirilir.
2019-cu il ərzində Şöbə tərəfindən 100-dən cox vətəndaşa pulsuz hüquqi yardım göstərilmiş və cari ildə şöbənin fəaliyyəti ilə əlaqədar olaraq AR Ədliyyə Nazirliyinə və digər dövlət orqanlarına heç bir ərizə və şikayət daxil olmamışdır.
Rac BƏŞİROV,
Xocalı rayon İcra və probasiya şöbəsinin rəisi,
Kiçik ədliyyə müşaviri