Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR
            Fevralın 7-də "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu 20 gün erməni əsirliyində ağır işgəncələr görmüş, şəhid ailəsi Məmmədov Suren Heydər oğlu ilə görüş keçirib. Görüşdə Suren kişi əsirlikdə başına gətirilən müsibətlərdən danışıb. 
        Suren kişi 1942-ci il yanvar ayının 1-də Xocalıda anadan olub. İnanca görə onun adını yad millətin adını qoyublar ki, o yaşasın xocalıda traktorçu işləyib.    
        Suren kişini 30 nəfərlə birlikdə Qaraqaya istiqamətində ermənilər əsir götürüblər. Əsirləri Əsgəranda milis şöbəsində 7 gün kameralarda saxladıqdan sonra Noraguğ kəndindəki içi boş olan taxıl anbarına aparıblar. Hər iki yerdə Suren kişi dəhşətli işgəncələr görüb. ermənilər onun oğlu Razmikin Xocalıda alazan maşınını idarə etdiyini öyrəndikdən sonra işgəncələrin şiddətini daha da artırıblar. Şəhid Razmik Məmmədov "İgidliyə görə" medalı ilə təltif olunmuş mərd Xocalı oğludur. O, Xocalıda özünümüdafiə batalyonunda kamaz şoferi işləyib. Alazan onun kamazına yerləşdirilib.   
        Suren Məmmədov heç bir doğması həyatda olmayan bir vətəndaşdır. Onun övladlarından başqa, yaxın qohum əqrabası yoxdur. 
        Xocalı çox səfalı yerdir. Torpağı, suyu gözəl idi. 
        
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi