Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazılarından ibarət "Sözün zirvəsində" adlı kitabın V cildi nəşr edilib. Sözü gedən kitabda “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlunun müsabiqəyə təqdim etdiyi İctimai və dövlət maraqlarının müdafiəsi istiqamətində I yerə layiq görülmüş “Xocalılar daim dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirirlər” adlı yazısı da yer almışdır.
Qeyd edək ki, Qalib Bəyməmmədoğlu ümumilikdə 6 dəfə KİVDF-nin təşkil etdiyi müsabiqələrin qalibi olub.
Qalib Bəyməmmədoğlunun yazısı "Sözün zirvəsində" adlı kitabın V cildində nəşr edilib
Müəllif:Xocalının səsi
-
0