
Bizim tanışlığımız belə oldu. Bu tanışlıq peşə dostluğuna çevrildi. Çünki biz görüşəndə hal-əhvaldan sonra söhbətimiz ancaq qəzetdən olardı. Mətbuat Şurasının və digər təşkilatların keçirdiyi tədbirlərdə də adətən bir yerdə olardıq. Bundan başqa Qasım müəllimin yolu Goranboy rayonunun mərkəzinə düşəndə redaksiyaya da gələrdi. Beləcə illər bir-birini əvəz etdi. Qasım müəllim həm də şair idi.
2015-ci ilin iyulunda-milli mətbuatımızın 140 illiyi ərəfəsində Gəncə şəhərində keçirilən respublika səviyyəli tədbirdə Qasım müəllim işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə səsləyən şeirlər oxudu. Sözügedən tədbirdən bir neçə ay sonra biz Qasım müəllimlə təsadüfən Gəncədə görüşdük. Harasa tələsirdi. Yaşadığı evi mənə göstərib nə vaxt gəlsən qonağım ola bilərsən dedi. Amma həmkarımın bu dəvətini qəbul etmək mənə nəsib olmadı... Eşitdim ki, Qasım müəllim vəfat edib. Mən bu itkiyə təəssüfləndim. Bu gün mən də Qasım müəllimə böyük yaradandan rəhmət diləyir və ruhu şad olsun deyirəm.
Fəxrəddin XƏLİLOV,
“Mübariz”qəzetinin redaktoru.
Goranboy rayonu.