Sizə ünvanladığımız bu «Müraciət» hər hansı bir hadisə haqqında məlumat deyil, bu bir gecənin içərisində ermənilər tərəfindən xarabalığa çevrilən , qocasına, qadınına, körpəsinə məhəl qoyulmadan gülləboran olunan Azərbaycanın tarixən qədim yaşayış məntəqələrindən biri sayılan Xocalı şəhərinin adi təsadüf nəticəsində sağ qalan sakinlərinin haqq səsi və harayıdır.
1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xankəndi (Stepanakert) şəhərində yerləşən Rusiya Federasiyasına məxsus 366-cı motoatıcı alayın hərbi texnikasının və şəxsi heyətinin birbaşa dəstəyi ilə Azərbaycan xalqına qarşı tarixdə misli bərabəri olmayan ən dəhşətli faciə, soyqırımı törədildi. Dörd tərəfdən mühasirəyə alınmış Xocalı şəhəri bir neçə saat ağır texnika və artilleriyadan atəşə tutulduqdan sonra qaniçən ermənilər şəhərə daxil olaraq şəhəri oda qaladı, qarşılarına çıxanın kimliyinə – qocalığına, qadınlığına, körpəliyinə məhəl qoymadan gülləboran edildi, min bir işgəncələrlə qətlə yetirildi, tonqallara qalandı, diri-diri qurbanlıq qoyun kimi başları və bədən üzvləri kəsildi, gözləri çıxarıldı. Qarlı-şaxtalı o qış gecəsi təsadüf nəticəsində şəhəri tərk etməyə müvəffəq olmuş, canlarını bu vəhşi, qaniçənlərin əlindən xilas etməyə çalışan dinc əhali silahlı ermənilər tərəfindən Ağdam-Əsgəran arasında əvvəlcədən təşkil olunmuş pusqulara salınaraq gülləboran edildi, qətlə yetirildi, yaralılar isə əsir götürüldü. Əsir götürülmüş dinc sakinlərə ermənilər tərəfindən verilmiş işgəncələri sözlə ifadə etmək mümkün deyildir.
Hadisə zamanı Xocalı şəhərində olan 3000 nəfərdən 613 nəfəri ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1200 nəfərdən çoxu isə müxtəlif dərəcəli güllə yarası alaraq əlil olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadınlar, 63 nəfəri körpələr və azyaşlı uşaqlar, 70 nəfəri isə yaşı 60-dan yuxarı olan qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
XIX əsrin birinci yarısında Rusiyanın vasitəçiliyi ilə İran və Türkiyədən köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər həmin dövrdən xalqımız üçün böyük bəlalar gətirmiş, soyqırımlar, deportasiyalar törətmiş, məhz bu yolla da mənfur məqsədləri olan «Böyük Ermənistan» dövləti yaratmaq ideyasını reallaşdırmağa çalışmışlar. Bu çirkin siyasəti reallaşdırmaq naminə ermənilər tərəfindən ayrı-ayrı vaxtlarda Azərbaycanın başqa bölgələri ilə yanaşı Xocalı əhalisinə qarşı da soyqırımlar törədilmişdir.
Təkcə XX əsrdə üç dəfə, yəni 1905, 1918 və 1992-ci illərdə ermənilər tərəfindən Xocalı şəhəri yandırılmış, əhalisi min bir işgəncələrlə qətlə yetirilmiş və öz daimi yaşayış yerlərindən didərgin salınmışdır. Beynəlxalq ictimaiyyətin diqqətinə özlərini «məzlum» xalq kimi çatdıran bu vəhşi xilqətin əsil simaları bunlardır.
Ermənilərin yeritdiyi işğalçılıq siyasəti nəticəsində 1.000.000-dan artıq soydaşımız öz daimi yaşayış yerlərindən didərgin düşmüşdür.
Ermənilər işğal etdikləri torpaqlarımızdan BMT-nin «Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında» 4 qətnaməsinə məhəl qoymayaraq narkotik maddələr istehsalı və bəşəriyyətin bəlasına çevrilmiş terror yuvası kimi istifadə edirlər. Çox əfsuslar olsun ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana qarşı obyektiv yanaşma sərgiləmək əvəzinə ikili standartlardan çıxış edir.
Dünyanın bütün dövlətlərini, xalqlarını və beynəlxalq təşkilatlarını mənfur erməni siyasətinin qarşısının alınmasına, ermənilər tərəfindən törədilmiş «Xocalı soyqırımı»nın tanınmasına, Azərbaycanın işğal olunmuş torpaqlarının yaxın müddətdə geri qaytarılmasına yardımçı olmağa və əsil həqiqətlərin obyektiv şəkildə qiymətləndirilməsinə çağırırıq.
Əksər inkişaf etmiş dövlətlər tarixdə baş verməmiş məqsədli şəkildə ortaya atılmış “erməni soyqırımı” kartından istifadə edərək əsil həqiqətlərə göz yumur və bundan bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. İnkişaf etmiş dövlətlərin bəzilərinin rəhbərləri bu qondarma hadisənin ildönümləri ilə bağlı Ermənistana səfər edərək bəyanatlar verirlər. Bu da bizim tərəfimizdən Xocalı soyqırımına və ümumilikdə Dağlıq Qarabağ hadisələrinə ikili standartla yanaşmanın bir təzahürü kimi qiymətləndirilir.
Müraciət Xocalı əhalisinin 18 fevral 2020-ci il tarixdə keçirilmiş ümumrayon toplantısında qəbul edilmişdir.