
ETSN Milli Hidrometeorologiya Departamenti Qərb Regional Hidrometeorologia Mərkəzinin direktoru Əli Ağayev bildirir ki, Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidir. Rəhbərlik etdiyi qurum 9 rayona xidmət edir. Qərb bölgəsində 8 meteoroloji stansiya və 2 radiometeoroloji stansiya vardır. Tabeliyimizdə olan 8 stansiyazımızın gücləndiriməsi üçün 7 vaysala 301 tipli avtomat meteoroloji stansiya qurulub. QRMN-nin Göygöl Radiometeoroloji stansiyasında cari ildə "Baron" tipli radiolokator qurulmuşdur. Qərb Ağstafa Radiometeoroloji stansiyasında MRL-5 tipli radiolokator vasitəsilə mütəmadi radar müşahidələri aparılmaqdadır.
Əli Ağayev qeyd edir ki, Hidrometeoroloji Proqnozlar Bürosuna Qərb Regional Hidrometeorologiya Mərkəzinin aidiyyəti əməkdaşları tərəfindən gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə mütəmadi məlumat göndərilir.
ETSN Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanı və Departamentin bütün əməkdaşlarını peşə günü münasibətilə təbrik edirik. Hava məlumatı marağımızı təmin edən hidrometeorologia işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qalib BƏYMƏMMƏDOĞLU