Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır

         Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler, rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapılmış eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar. Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri böyük əhəmiyyət kəsb etmişdir. Azərbay­canın görkəmli aliminin qənaətinə görə Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır. Ümum­milli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid 28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəti­cəsində tunc dövrünə aid 8 kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid 9 məbəd, IX-XVIII əsrlərə aid 5 qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi