Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Ağa körpüsü


Ağa körpüsü Xocalı rayonu ərazisində, Xankəndi şəhə­rindən 1 km cənubda, Xocalı-Şuşa avtomobil yolu üstündə, Qarqar çayı üzərində tikilmişdir. Körpü Ağa adlı şəxsin adı ilə əlaqədardır. Azğınlaşmış ermənilər Şuşa ilə əlaqə yaradan bu körpünü dəfələrlə partlatmış və dağıtmışdılar. Yerli məlumata görə, Ağa körpüsü Qarabağın varlı adamlarından olmuş, böyük mülk sahibi Məhəmməd ağanın adı ilə bağlıdır. Ümumiyyətlə, ağa apelyativi sahib, hakim, bəy, böyük qardaş və s. mənalarda olan arxaik tituldur. O, Azərbaycan antro­po­nimik vahidlər sistemində həm türk mənşəli, həm də hibrid antro­ponimlər tərkibində işlənir. Fikrimizcə, “ağa” titulu iki funksiya bil­dirir: əvvəla, o, sahibkar mənasında işlədilir, daha sonra isə o, an­tro­po­nimik vahid əsasında yaranan coğrafi adlar (toponimlər) siste­minə aid edilir.
                                                                         “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi