Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Aranzəmin kəndi

        Aranzəmin kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, Naxçıvanlı kənd sovetliyində dağətəyi ərazidə yerləşir. Kənd bir müddət Mirzəbuyi (Mirzənin yurdu) da adlanmışdır. Bəzi məlumatlara görə, kəndin əsl adı Mirzəboyun olub. Bir çox tədqiqatçıların fikrincə, VI əsrdə alban hökmdarı Varazın burada iqamətgahı olduğu üçün kənd müəyyən müddət Varazabun adlanmışdır. Kəndin əhalisinin XIX əsrin əvvəllərində İrandakı Qaradağ mahalından gəlmə ermənilər olması məlumdur. Aranzəmin toponimi “aran yeri” mənasındadır və şübhəsiz ki, özündə türkdilli aran (uran/oran) etnonimini əks etdirir. Aran adlı, Yevlax rayonunda qəsəbə, Lerik və Tovuz rayonlarında kənd var.
                                                                                                                                     
                                                            “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi