Xocalı rayonunun toponimləri - Ballıca kəndi

        Ballıca kəndi Xocalı rayonunda, Qarabağ silsiləsinin ətəyində, Qarqar çayının qolu olan Ballıca çayının sol sahilində, rayon mər­kəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin 1100 nəfər əhalisi var idi. Əhali əsasən taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğul olurdu. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, uşaq bağçası vardı. Ballıca kəndinin ərazisi XIX əsrə qədər Gəncə (Yelizavetpol) qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylaq yeri idi. Sonralar başqa ərazilərdən, o cümlədən, İrandan köçürülən ermənilər burada məskunlaşdırılmışdı. Bu yaylaq ballıca bitkisinin adını özündə əks etdirir. Ballıca bitkisinin başqa bir adı isə öfkəotudur. Ballıca kəndi Xan Şuşinskinin babasının mülkü olub; – Sonralar kənd onun nökəri əraziyə köçürülmüş erməni Cümşüdə qalıb....
    
          “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

Yorum Gönder

Daha yeni Daha eski