Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun toponimləri - Bozqaya

        Bozqaya Türkdilli oronimlərin bir hissəsi müxtəlif rəng bildirən sözlərlə və oronimik terminlərin (dağ, qaya, dərə, yoxuş, güney və s.) birləşməsi nəticəsində yaranmışdır. Relyef formalarının belə adlanması landşaftın özü ilə əlaqədardır. Xocalı rayonu ərazisindəki Bozqaya oronimi də belələrindəndir. Burada qaya sözü müsbət relyef bildirən termin, boz komponenti isə rəng mənası ifadə edir. Qaya kül rənginə çaldığı üçün belə adlandırılmışdır. Daşkəsən, Kəlbəcər və s. rayonlarda da Bozqaya oronimi vardır.

“Müqəddəs yurd: Xocalı” adlı kitabdan
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi